Qaluzindən ACİZANƏ açıqlama: “Rus Evi” bu dəfə açılacaq?

Qaluzindən ACİZANƏ açıqlama: “Rus Evi” bu dəfə açılacaq?
10.01.2026 13:00 Təhlil

Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya"ya verdiyi müsahibədə deyib ki, Kreml Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının tezliklə azad edilməsini istəyir.


Qaluzin yenə də Rusiyanın Azərbaycan hökumətinin Bakıda ləğv etdiyi “Rus Evi”nin bərpasına çalışdığını deyib.

Göründüyü kimi, Rusiya Azərbaycana qarşı törətdiyi açıq düşmənçiliklərə - Rusiyadakı azərbaycanlılara qarşı repressiyalara, AZAL təyyarəsinin vurulmasına dair cinayət işini bağlamasına, günahkarları cəzasız buraxmasına, heç bir kompensasiya ödəməməsinə, eləcə də ölkəmizə qarşı kiberhücumlar da daxil olmaqla, çoxsaylı təxribatlara rəğmən, Azərbaycanda “humanitar iştirakını bərpa etməkdə”, yəni, “yumşaq güc”dən istifadə etməkdə israrlıdır.

Siyasi məsələlər üzrə ekspert Şəhla Cəlilzadə Rusiya–Azərbaycan münasibətlərində son dövrdə yaşanan gərginliyi TodayPress TV-yə şərh edərkən bildirib ki, proseslərin başlanğıc nöqtəsi 25 dekabr 2024-cü ildə Rusiyanın Azərbaycanın mülki təyyarəsini vurması olub və bundan sonra iki ölkə arasında münasibətlər sürətlə mənfi trayektoriyaya daxil olub:


“Ötən il ərzində Rusiya siyasət qərarvericilərinin, dövlət rəsmilərinin və mediasının Azərbaycana qarşı açıq qərəzli mövqeləri, embarqo çağırışları, hətta “xüsusi hərbi əməliyyata” açıq dəvətlər, Rusiyada azərbaycanlılara qarşı ksenofobik davranışlar, cinayət törədənlərin cəzasız buraxılması, Azərbaycan diaspor təşkilatları rəhbərlərinin ardıcıl həbsi və ölkəmizə qarşı çoxsaylı kiberhücumlar fonunda gərginlik davamlı şəkildə artıb”.

Ekspert xatırladıb ki, oktyabr ayında MDB dövlət başçılarının Düşənbədə keçirilən zirvə görüşü çərçivəsində Prezident İlham Əliyev və Vladimir Putin arasında baş tutan görüş müəyyən ümidlər yaratsa da, bu ümidlər sonrakı proseslərdə doğrulmayıb:  

“Putin AZAL təyyarəsinin Ukraynaya hücumun dəf edilməsi zamanı zədələndiyini etiraf etmişdi. Bu açıqlama 2026-cı ildə münasibətlərin normallaşacağına dair gözləntilər yaratdı. Lakin cənab Prezidentin 22–23 dekabr tarixlərində Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-formal görüşünə qatılmaması, Azərbaycanın post-sovet siyasi məkanında iştirak səviyyəsinin de-fakto azaldıldığını göstərdi”.   

Şəhla Cəlilzadənin sözlərinə görə, rəsmi Moskvanın yanvar ayında verdiyi açıqlama Rusiyanın məsuliyyətdən yayınmaq niyyətini açıq şəkildə üzə çıxardı:

“Ali səviyyədə etiraf olmasına baxmayaraq, Rusiyanın rəsmi açıqlamasında təyyarənin guya hava şəraiti səbəbindən qəzaya uğradığı bildirildi. Bu, faktiki olaraq cinayət məsuliyyətindən boyun qaçırmaqdır. Belə bir fonda Rusiyanın “yumşaq güc” aləti olan “Rus Evi”ni bərpa etməyə çalışması və ölkəmizdə saxlanılan Rusiya vətəndaşlarının azad edilməsini tələb etməsi tamamilə absurd görünür”.

Analitik vurğulayıb ki, Rusiyanın “yumşaq güc” siyasətinin real niyyətləri Qarabağ məsələsində özünü açıq şəkildə göstərib:

“Qarabağın Rus İcması” adlı qondarma qurumun 27 avqust 2023-cü ildə yaydığı press-relizdə Azərbaycanın Qarabağda ruslara qarşı hibrid müharibə apardığını iddia etməsi və bölgənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mövcudluğunun mümkünsüzlüyünü irəli sürməsi bu siyasətin tərkib hissəsi idi”.

Ekspertin fikrincə, rus sülhməramlılarının Qarabağda olduğu dövrdə Rusiyaya ilhaq ideyasının sistemli şəkildə təbliğ olunması təsadüfi deyildi:

“Vardanyan kimi siyasi agentlərin fəaliyyəti, rus dilinin ikinci dövlət dili kimi təqdim edilməsi, Qarabağ ermənilərinə Rusiya Federasiyası pasportlarının verilməsi və Rusiya mərkəzli beyin mərkəzlərinin ilhaq ideyasını təşviq etməsi bu strategiyanın elementləri idi”.

Şəhla Cəlilzadə Artsuri adına Qaradəniz–Xəzər dənizi regionu üzrə İnstitutun rəhbəri Viktor Nadein-Raevskinin mövqeyini də xatırladıb:

“O, antiterror tədbirlərindən sonra verdiyi müsahibədə Qarabağın “erməni kimliyinin qorunması” və “sabitliyi” Rusiyaya ilhaqda gördüyünü açıq şəkildə ifadə etmişdi. Eyni zamanda etiraf edirdi ki, bunu indiki şəraitdə və silahlı yolla etmək mümkün deyil, gələcəkdə isə “yumşaq güc” vasitəsilə bu məqsədə nail olmağa çalışıla bilər”.

Ekspert hesab edir ki, bütün bu faktlar Rusiyanın “yumşaq güc” alətlərinin hansı məqsədlərə xidmət etdiyini aydın şəkildə ortaya qoyur və Azərbaycanın bu cəhdlərə qarşı son dərəcə ehtiyatlı və prinsipial mövqe sərgiləməsi zəruridir.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 All News