Putinin İrana səfəri gözlənilir: Masada hansı məsələlər olacaq?

Putinin İrana səfəri gözlənilir: Masada hansı məsələlər olacaq?
06.06.2025 12:31 Təhlil

İranın Moskvadakı səfiri Kazım Cəlali Rusiya prezidenti Vladimir Putinin yaxın vaxtlarda Tehrana səfərinin gözlənildiyini açıqlayıb.

Bəs Rusiya və İran hansı məsələləri müzakirə edəcək?

Politoloq Sultan Zahidov bu barədə TodayPress TV-yə danışıb.

O, yanvar ayında tərəflər arasında imzalanan sazişi xatırladıb:

“Rusiya və İran arasında bu ilin yanvar ayında hərtərəfli strateji tərəfdaşlıq razılaşması imzalanıb. Bu razılaşma çərçivəsində bir sıra mühüm layihələrin həyata keçirilməsi planlaşdırılır. Onlardan biri də Azərbaycan ərazisindən keçməklə Rusiya və İran arasında qaz kəmərinin işə salınması və Rusiyanın İranı qazla təmin etməsidir. Layihənin praktiki detalları prezident Vladimir Putinin Tehrana səfəri zamanı müzakirə olunacaq.

Ekspert düşünür ki, müzakirə olunacaq məsələlər sırasına Şimal-Cənub dəhlizi də daxildir:

“Şimal–Cənub nəqliyyat dəhlizi məsələsi də gündəmdə olacaq. Çünki xüsusilə Avropa İttifaqının sərtləşən sanksiyaları fonunda Rusiya alternativ nəqliyyat və enerji marşrutları axtarışındadır. Belə marşrutlardan biri də strateji əhəmiyyətə malik Şimal–Cənub dəhlizidir. Təxminən 7200 kilometr uzunluğunda olan bu dəhliz Hindistan, İran, Azərbaycan, Rusiya və Avropanı birləşdirir. 

Dəhlizin potensialından tam istifadə olunması üçün onun İran hissəsinin, xüsusilə də Rəşt–Astara dəmiryolu xəttinin tamamlanması vacibdir. Lakin bu hissənin tikintisi uzun müddətdir İran tərəfindən təxirə salınır. Putin bu layihənin tezliklə tamamlanmasının tərəfdarıdır. Buna görə də Tehran görüşündə bu məsələ və o cümlədən Rəşt–Astara dəmir yolunun ətrafındakı 50 min hektar ərazinin Rusiya tərəfindən müvəqqəti icarəyə götürülməsi də müzakirə ediləcək”.  

S.Zahidov təhlükəsizlik sahəsində əməkdaşlıq və s. məsələlərin də masada olacağını bildirib:

“Tehrandakı danışıqlarda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri də gündəmə gələcək. Çünki hazırda Ukrayna ilə müharibə aparan Rusiyanın İrandan aldığı dronlara və digər hərbi texnikaya ehtiyacı var. İran bu günə qədər Rusiyanı hərbi baxımdan təmin edən əsas ölkələrdən biri kimi çıxış edir. Görüşdə, həmçinin Rusiya və İranın ortaq təhlükə kimi qəbul etdiyi NATO, ABŞ və Avropa İttifaqı ilə bağlı məsələlər də müzakirə ediləcək. 

Bundan əlavə, Putinin ABŞ prezidenti Donald Trampla son telefon danışığından sonra, ABŞ və İran arasında hazırda davam edən nüvə danışıqları da gündəmdə olacaq. ABŞ hər vasitə ilə İranın nüvə silahı olmayan dövlətə çevrilməsinə çalışır”. 

Analitik qeyd edib ki, Putin Trampla söhbəti zamanı bu məsələni Tehranda İran tərəfi ilə müzakirə edəcəyini bildirib. Hərçənd Rusiya İrana ciddi güzəştlər diktə etməyəcək, lakin ABŞ ilə münasibətlərin normallaşması məqsədilə müəyyən təzyiqlərin edilməsi mümkündür. 

Eskpertin fikrincə, iqtisadi və ticarət sahəsində əməkdaşlıq da danışıqların əsas mövzularından biri olacaq. İranla Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət razılaşması artıq qüvvəyə minib. Bu çərçivədə də əməkdaşlıq imkanlarının müzakirəsi gözləniləndir.

Qiymət Mahir

FOTOLAR

Putinin İrana səfəri gözlənilir: Masada hansı məsələlər olacaq? — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Bütün Xəbərlər