Politoloq: “Tramp Nobel Sülh Mükafatına layiq idi”

Politoloq: “Tramp Nobel Sülh Mükafatına layiq idi”
13.10.2025 16:45 Təhlil

ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatını ala bilməməsi müzakirələrə səbəb olub. 

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən politoloq Elşad Həsənov bildirib ki, Tramp münaqişələrin dayandırılmasında göstərdiyi səylərə görə bu mükafata tam layiq idi.

“Tramp Nobel Sülh Mükafatına layiq idi, ancaq Norveçdəki Nobel Sülh Komissiyası tam müstəqil orqandır. Onlar heç kimdən asılı deyillər və heç bir təsirə boyun əymirlər. Komissiya bu dəfə Venesuelalı keçmiş deputatı seçdi. Onun da bu sahədə müəyyən fəaliyyəti olub, lakin Trampın gördüyü işlərlə müqayisə etmək çətindir".

Ekspert qeyd edib ki, Tramp hakimiyyətə gələndən sonra ciddi şəkildə çalışıb ki, dünyada müharibələr dayansın:

“Xüsusilə Ukrayna-Rusiya müharibəsinin dayandırılması üçün səylər göstərib. Özünün də dediyi kimi, o, artıq səkkiz münaqişəni dayandırıb. Fikrimcə, bu, sülh üçün çox böyük nailiyyətdir. Lakin  Nobel Komissiyası bu faktları nəzərə almadı və bir çox namizəd arasından Venesuelalı müxalifət liderini seçdi. Hesab edirəm ki, bu il olmasa da, gələn il Tramp Nobel Sülh Mükafatına layiq görüləcək. Çünki o, faktiki olaraq müharibələri dayandırır".

Analitik əlavə edib ki, hazırda Yaxın Şərqdə - Şarm Ər-Şeyxdə keçirilən "Yaxın Şərq Sülh Sammiti" də onun təşəbbüsüdür:

“İsrail və HƏMAS arasında üçillik münaqişəyə demək olar ki, son qoyulub. Artıq 20 israilli girov azad edilib, yaxın günlərdə 28 nəfərin cəsədlərinin qaytarılması, əvəzində isə 1966 fələstinlinin azad olunması planlaşdırılır. Bu, Trampın apardığı çox böyük insani işlərin nəticəsidir".

E.Həsənov onu da vurğulayıb ki, sülh təşəbbüslərinə hər zaman dəstək verən Azərbaycanın həmin sammitdə iştirakı da qürurvericidir və regionda sabitliyin bərqərar olmasına töhfə verir.

Jalə Rövşən 

TodayPress TV

FOTOLAR

Politoloq: “Tramp Nobel Sülh Mükafatına layiq idi” — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər