Politoloq: "İŞİD-in Türkiyə planları alt üst olacaq"

Politoloq: "İŞİD-in Türkiyə planları alt üst olacaq"
30.12.2025 17:32 Təhlil

Türkiyədə 21 əyalətdə antiterror əməliyyatı nəticəsində İŞİD-lə əlaqədə şübhəli 357 nəfər saxlanılıb; Yalovada toqquşmada altı yaraqlı öldürülüb, üç polis həlak olub, İstanbulda təhlükəsizlik tədbirləri gücləndirilib.  

Maraqlıdır, Türkiyədə aparılan antiterror əməliyyatı İŞİD-in fəaliyyətini nə dərəcədə zəiflədə  bilər? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Natiq Miri bildirib ki, Türkiyənin İŞİD-ə qarşı əməliyyatları terroru mənbəyindən asılı olmayaraq zərərsizləşdirməyə yönəlib:


"Türkiyədə İŞİD terrorçularına qarşı aparılan əməliyyatlar, sadəcə olaraq Türkiyə ərazisində bu terror təşkilatının yuvalandığı məkanların zərərsizləşdirilməsinə yönəlib və bu da “terrorsuz Türkiyə” məqsədinə xidmət edən fəaliyyət kimi qiymətləndirilməlidir. Terrorun İŞİD və ya PKK kimi “tərəfi” olmur — terror terrordur, terrorçu isə terrorçudur. Bu, mahiyyət etibarilə insanlığa qarşı yönəlmiş fəaliyyətdir və buna qarşı mübarizə davamlı xarakter daşıyır".

Analitik qeyd edib ki, Əməliyyatlar İŞİD-i Türkiyədə zəiflətsə də,  onu qlobal miqyasda bitirmir:

"Türkiyədə bu əməliyyatların başlanması, son dövrlərdə Türkiyə əleyhinə formalaşan bir sıra geosiyasi layihələrin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Türkiyə bu təhlükələri zərərsizləşdirmək üçün zaman-zaman belə əməliyyatlar keçirməyə məcbur qalır. Bu proses bütövlükdə İŞİD-in fəaliyyətinə təsir edəcəkmi? Şübhəsiz ki, bu əməliyyatlar Türkiyə ərazisində İŞİD-in fəaliyyətini qismən zəiflədə və zərərsizləşdirə bilər. Lakin bu, geniş miqyasda İŞİD-in fəaliyyətinə son qoyacaq addımlar deyil. Çünki İŞİD qlobal səviyyədə idarə olunan, zaman-zaman maliyyələşdirilən və geosiyasi alət kimi istifadə edilən bir strukturdur. Bu gün də Türkiyəyə qarşı yönələn proseslər fonunda İŞİD-in yenidən aktivləşməsi cəhdləri bu kontekstlə bağlıdır".

Onun sözlərinə görə, terror qruplarının xaricdən dəstəkləndiyi iddia olunur:

"Siyasi gündəm məsələsinə gəldikdə isə, terrorla mübarizə artıq təxminən 40 ildir ki, Türkiyənin əsas gündəm mövzularından biridir. Bu prosesin arxasında qlobal güclər dayanır və onların arasında Türkiyənin NATO üzrə “dırnaqarası” müttəfiqləri də mövcuddur. Məhz bu dairələr terrorçu qruplar üçün həm maliyyə mənbəyi, həm də sığınacaq rolunu oynayırlar. Bu cür mərkəzlər Avropada, xüsusilə də Skandinaviya ölkələrində mövcuddur. PKK terrorunun maliyyələşdirilməsi və dəstəklənməsi Almaniya, Fransa və digər Avropa ölkələrində uzun illərdir davam edir və bu gün də qeyri-rəsmi, qeyri-qanuni formada həyata keçirilir".

Politoloq vurğulayıb ki, Azərbaycanın mövqeyi  Türkiyəyə siyasi dəstəyi göstərir:

"Hazırkı mərhələdə də Türkiyə əleyhinə yeni bir geosiyasi layihənin icra olunduğunu görürük. Bu kontekstdə İsrail, Yunanıstan və Kipr arasında son dövrlərdə formalaşan əməkdaşlığa diqqət yetirmək lazımdır. Eyni zamanda Türkiyənin təhlükəsizliyinə ciddi töhfə verdiyi Somali dövlətinin parçalanmış hissəsi olan Somalilandın İsrail tərəfindən tanınması cəhdləri də bu prosesin tərkib hissəsidir. Təsadüfi deyil ki, Azərbaycan dövləti Xarici İşlər Nazirliyi səviyyəsində Somalinin ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi. Azərbaycan uzun illər separatizmdən əziyyət çəkmiş bir ölkə kimi həm prinsipial mövqe ortaya qoydu, həm də dolayısı ilə qardaş Türkiyənin yanında olduğunu nümayiş etdirdi".

Onun fikrincə, terror mövzusu bir müddət gündəmdə qalacaq:


"Bu baxımdan demək olar ki, terrorla bağlı mövzular müəyyən müddət Türkiyə cəmiyyətinin diqqət mərkəzində qalacaq. Lakin Türkiyə cəmiyyəti üçün bu, yeni bir vəziyyət deyil. Cəmiyyət 40 ildən artıqdır ki, terrorla mübarizəyə hazırdır və bu proses onun ictimai şüurunda artıq formalaşıb. Xüsusilə PKK terrorunun bitirilməsinə və Suriyadakı mövcudluğunun sona yaxınlaşdığı bir mərhələdə digər terror ünsürlərinin Türkiyədə aktivləşdirilməsinə cəhd göstərilməsi diqqət çəkir. Bu, həm mesaj, həm də Türkiyəni daxili problemlərə fokuslamağa yönəlmiş siyasətin tərkib hissəsidir".

N.Miri sonda qeyd edib ki, Türkiyə terrorla mübarizədə güclü və hazırlıqlıdır, planlar iflasa uğrayacaq:

"Lakin düşünürəm ki, bu cəhdlər nəticəsiz qalacaq. Türkiyənin terrorla mübarizə təcrübəsi böyükdür və dövlət institusional baxımdan kifayət qədər güclüdür. Şəhidlər olsa da, Türkiyə bu növbəti sınaqdan da uğurla çıxacaq və geosiyasi müstəvidə ona qarşı birləşən qüvvələrin planları iflasa uğrayacaq".

 Jalə Rövşən

TodayPress TV

NEWS FEED
31 JULY 2026
“Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 All News