Politoloq: "Ankaranın ŞKTR-də vəziyyəti daim diqqətdə saxlaması vacibdir"

Politoloq: "Ankaranın ŞKTR-də vəziyyəti daim diqqətdə saxlaması vacibdir"
20.10.2025 14:16 Təhlil

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən Prezident seçkilərinin nəticələrinə etiraz edib. 

Belə ki, o, parlamenti təcili iclasa çağırıb və ölkənin Türkiyəyə birləşməsi qərarını qəbul etməyi tələb edib. 

Onun fikrincə, seçkilərin nəticəsi az sayda seçici iştirakı ilə əldə olunub və federasiya planı qəbul edilməməlidir.   

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Elşad Mirbəşiroğlu bildirib ki, yeni prezidentin mövqeyi tamam fərlidir:  

"Bəli, ŞKTR-də Prezident seçkilərində hazırkı Prezident Ersin Tatar məğlub olub, onun rəqibi - Cümhuriyyətçi Türk Partiyasının lideri Tufan Erhürman ciddi fərqlə qalib gəlib. Düzdür, iştirakçılıq zəif olsa da, o, iştirakçıların dəstəyini qazanıb.

Ümumiyyətlə, Tatar iki dövlət prinsipini dəstəkləyirdi: yəni Kipr Türk Respublikası və Yunan Kipr Respublikası ayrı-ayrılıqda mövcud olsun. Bu, rəsmi Ankaranın siyasi xəttinə uyğundur. Tufan Erhürman isə federasiya prinsipini dəstəkləyir ki, bu da MHP və rəsmi Ankaranın mövqeyinə uyğun gəlmir".

Politoloq onu da vurğulayıb ki, mövcud hökumətin gələcəkdə müəyyən problemlərlə üzləşmə ehtimalı var: 

"ŞKTR parlamenti həm qanunverici, həm də hökuməti formalaşdıran orqandır. Buna görə də Erhürman parlamentin mövqeyi və siyasi reallıq şəraitində fəaliyyət göstərməli olacaq. Bu baxımdan, gələcəkdə ciddi maraq toqquşması ola bilər".

Onun sözlərinə görə, mövcud vəziyyətdə Türkiyənin maraqları ön planda olmalıdır:

"Türkiyənin ŞKTR-də vəziyyəti daim diqqətdə saxlaması vacibdir və iki dövlət prinsipinin gücləndirilməsi Kiprdə türklərin maraqlarının qorunması və regionda Türkiyənin təsir imkanlarının saxlanması baxımından önəmlidir. Həmçinin parlamentdə Türkiyənin rəsmi siyasi xəttinə uyğun siyasi qüvvələrin qalması və güclənməsi həm ŞKTR-nin mövcudluğunu təmin edə, həm də Türkiyənin maraqlarının qorunmasına xidmət edə bilər.Tufan Erhürmanın federasiya yanaşması isə ŞKTR-də yaşayan türklərin maraqlarına və rəsmi Ankaranın siyasətinə ziddir. Buna görə də biz ümid edirik ki, parlamentin və rəsmi Ankaranın səyləri sayəsində ŞKTR-nin mövcudluğunun qorunması və güclənməsi mümkün olacaq". 

Qeyd edək ki, Şimali Kipr Türk Respublikasında (ŞKTR) oktyabrın 19-da keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Bütün Xəbərlər