Paşinyan üçün seçkiöncəsi risk: İddialar təkzib olunsa da...

Paşinyan üçün seçkiöncəsi risk: İddialar təkzib olunsa da...
13.11.2025 12:00 Təhlil

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarının ölkənin Xarici Kəşfiyyat Xidmətinin yaradılmasında iştirak etməsi ilə bağlı iddiaları təkzib edib. O, bu məlumatları “cəfəngiyyat” adlandıraraq bildirib ki, xidmətin formalaşdırılması tamamilə Ermənistan qanunvericiliyinə uyğun şəkildə aparılıb. Paşinyanın sözlərinə görə, yeni qurum beynəlxalq təcrübəyə əsaslanır və müxtəlif ölkələrin kəşfiyyat strukturları ilə əməkdaşlıq edir.

Maraqlıdır, bu, Ermənistanın real xarici siyasət kursunu nə dərəcədə əks etdirir və bu açıqlama Moskva ilə münasibətlərə hansı siqnalı verir?


Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Paşinyanın bəyanatı Ermənistanın Qərb strukturları ilə əlaqələrinin dərinliyinə dair sualları tam aradan qaldırmasa da, onun suverenlik mesajı kimi qiymətləndirilə bilər:

“Əlbəttə, Nikol Paşinyan belə bir açıqlama verməzdi, çünki bu, həm Ermənistan qanunlarına, həm də ümumilikdə beynəlxalq hüquqa ziddir. Heç bir xarici dövlət digər dövlətin kəşfiyyat xidmətinin yaradılmasında birbaşa iştirak edə bilməz. Bununla belə, mümkündür ki, Ermənistan hökuməti bu sahədə təcrübəsi olan digər ölkələrdən məsləhət və ya texniki dəstək almış olsun. Böyük Britaniya da bu baxımdan istisna deyil, çünki Britaniyanın kəşfiyyat xidməti hazırda dünyada ən güclü və peşəkar strukturlardan biri kimi tanınır”.

Ekspertin fikrincə, xarici əməkdaşlıq cəhdləri gələcəkdə ölkə rəhbərliyi üçün siyasi və hüquqi nəticələrə səbəb ola bilər:

“Bu kontekstdə Paşinyanın rəsmi Londondan müəyyən məsələlərdə məsləhət və ya dəstək istəməsi ehtimal olunur. Lakin qeyd etdiyim kimi, bu, həm Ermənistan qanunvericiliyi, həm də beynəlxalq hüquq baxımından ziddiyyətli hal sayılır. Başqa dövlətin öz kəşfiyyat sirlərini xarici ölkə ilə bölüşməsi yolverilməzdir. Belə addım Paşinyan üçün həm seçkiöncəsi dövrdə siyasi risk yarada, həm də hakimiyyətdən getdikdən sonra onun barəsində istintaq başlanması üçün əsas ola bilər — çünki bu, dövlət sirrinin digər ölkələrin xüsusi xidmət orqanlarına ötürülməsi kimi qiymətləndirilə bilər”.

Z.Əmrəliyev vurğulayıb ki, Ermənistan hakimiyyəti hüquq-mühafizə sistemini yeniləməklə təhlükəsizlik strukturunu mərkəzləşdirməyə çalışır:

“Son dövrlərdə Ermənistanda hüquq-mühafizə sisteminin gücləndirilməsi istiqamətində müəyyən addımlar atılıb. Məsələn, Ədliyyə Nazirliyində islahatlar həyata keçirilib, Daxili İşlər Nazirliyinin strukturlaşdırılması məsələsi aktuallaşıb və bu istiqamətdə bir sıra tədbirlər görülüb. İndi isə hökumət xarici kəşfiyyat xidmətinin yaradılması istiqamətində mühüm addımlar atır. Qeyd etmək lazımdır ki, indiyədək bu xidmət Ermənistanda tam mütəşəkkil və müstəqil şəkildə fəaliyyət göstərmirdi, lakin indi görünür ki, hökumət belə bir qurumun formalaşdırılmasına qərar verib”.

Politoloq, həmçinin əlavə edib ki, kadr çatışmazlığı fonunda xarici təcrübəyə söykənmək ölkə rəhbərliyi üçün gələcəkdə siyasi risklər yarada bilər:

“Bu prosesin uğurlu olması üçün kadr potensialı əsas şərtdir. Əgər bir ölkə effektiv kəşfiyyat xidməti qurmaq istəyirsə, peşəkar və hazırlıqlı kadrların olması vacibdir. Görünür, Paşinyan hökuməti strukturun formalaşdırılması və kadrların hazırlanması mərhələsində digər ölkələrin təcrübəsindən yararlanmağa çalışır. Lakin bu, gələcəkdə, xüsusilə də Paşinyan hakimiyyətdən getdikdən sonra, onun üçün ciddi siyasi və hüquqi nəticələr doğura bilər”.

Jalə Rövşən

NEWS FEED
31 JULY 2026
Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 All News