Özbəkistan ABŞ-yə sərmayəni artırır: Rusiyanın bölgədəki çəkisi azalacaq?

Özbəkistan ABŞ-yə sərmayəni artırır: Rusiyanın bölgədəki çəkisi azalacaq?
07.11.2025 11:34 Təhlil

ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında açıqlayıb ki, Özbəkistan növbəti üç ildə ABŞ-nin müxtəlif sənaye sahələrinə təxminən 35 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Onun sözlərinə görə, bu məbləğ 10 il ərzində 100 milyard dolları da keçə bilər.

Açıqlama Ağ Evdə Orta Asiya liderləri ilə keçirilən görüşdən sonra verilib. Son illər Vaşinqton Orta Asiyada iqtisadi və strateji iştirakını genişləndirir. Bundan əvvəl də ABŞ region ölkələri ilə kritik xammal, enerji və istehsal sahələrində əməkdaşlığı dərinləşdirmək yönündə bir sıra razılaşmalar imzalamışdı. Bu siyasət həm Çinin iqtisadi nüfuzunu balanslaşdırmaq, həm də Rusiyanın təsirini məhdudlaşdırmaq niyyəti ilə izah olunur. 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, 100 milyard dollarlıq sərmayə regional kontekstdə kiçik sayılır:


"Özbəkistanın Amerika Birləşmiş Ştatlarına yaxın 10 ildə 100 milyard dollar sərmayə qoyması o qədər də ciddi bir rəqəm sayıla bilməz. Nəzərə alsaq ki, Ərəb ölkələri daha qısa müddət ərzində trilyonlarla dolları Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatına sərmayə qoymaq öhdəliyini götürüblər".

Ekspert qeyd edib ki, bu, Çin–Rusiya rəqabəti fonunda Mərkəzi Asiyada diqqət çəkən hadisədir:

"Ancaq bütövlükdə bu hadisə həm bölgə üçün, həm Mərkəzi Asiya üçün, həm də dünya üçün mühüm əhəmiyyətə malikdir. Məlumdur ki, Mərkəzi Asiya bölgəsi uğrunda Rusiya və Çin arasında ciddi rəqabət gedir. Ukrayna müharibəsindən istifadə edən Çin, bu bölgədə özünün nüfuzunu daha da artırıb və müxtəlif sahələrdə Mərkəzi Asiya ölkələri ilə, o cümlədən Özbəkistanla əməkdaşlıq edir.

Rusiya bu müdaxiləni narazılıqla qarşılasa da, etiraz etmək imkanı olmadığından buna dözmək məcburiyyətində qalır."

Abutalıb Səmədov əlavə edib ki, bu sərmayə proqramı ABŞ-nin bölgədəki mövqelərini gücləndirə bilər: 

"Amerika Birləşmiş Ştatlarının atdığı addımlar və bu sərmayə proqramı, təbii ki, bir neçə mühüm istiqamətdə Vaşinqtonun, yəni Amerika Birləşmiş Ştatlarının bölgədəki mövqeyini möhkəmləndirəcək. İlk növbədə, bölgədə siyasi nüfuz artacaq. Bu, Rusiyanın çəkisinin azalmasına gətirib çıxaracaq. İqtisadi təsir genişlənəcək və Amerika Birləşmiş Ştatlarına bölgədə Çinin və Rusiyanın iqtisadi üstünlüyünə qarşı balans yaratmaq imkanı verəcək.

Bu, Mərkəzi Asiya ölkələrinin xarici siyasət balansına da öz təsirini göstərəcək. Məlumdur ki, bu ölkələr Rusiyanın təsirindən uzaqlaşmaq üçün cəhdlər göstərirlər və Amerika Birləşmiş Ştatlarının bölgədə möhkəmlənməsi bu prosesə də öz təsirini göstərəcək".

O, son olaraq əlavə edib ki, bu addım,  həmçinin ABŞ-yə təhlükəsizlik mövqelərini gücləndirmək imkanı verir:

"Təhlükəsizlik baxımından da bu addım həm bölgə üçün, həm də Amerika Birləşmiş Ştatlarının özü üçün mühüm əhəmiyyətə malikdir. Vaşinqton Əfqanıstana yaxın regionda öz mövqelərini möhkəmləndirir və bu, onlar üçün çox mühüm əhəmiyyətə malikdir. Amerika Birləşmiş Ştatlarının Əfqanıstana böyük əhəmiyyət verməsi və orada baş verən son hadisələr hamımızın gözləri önündə olub. Və bu addımlar təbii ki, Amerika Birləşmiş Ştatları üçün təhlükəsizlik baxımından da mühüm əhəmiyyətə malik olacaq".

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Dünya çempionatı: İbrahim Həsənov 1/4 finala vəsiqə qazandı 15:10 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 All News