NATO sistemləri İŞƏ DÜŞDÜ: Türkiyənin İrana cavabı nə olacaq?

NATO sistemləri İŞƏ DÜŞDÜ: Türkiyənin İrana cavabı nə olacaq?
31.03.2026 18:10 Təhlil

İrandan Türkiyəyə doğru atılan daha bir raketin zərərsizləşdirildiyi bildirilib.

Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumata görə, İran ərazisindən buraxılaraq Türkiyənin hava məkanına daxil olduğu müəyyən edilən dördüncü ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raket hücumundan müdafiə sistemi tərəfindən uğurla məhv edilib.

Bəs Ankara bu vəziyyətdə hansı addımları ata bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan türkiyəli politoloq İsmail Cingöz bildirib ki, Türkiyə mümkün İran müharibəsi ehtimalına qarşı bütün hərbi komponentləri ilə tam hazırlıqlı vəziyyətdədir:


“Coğrafi mövqeyi və hərbi strukturu baxımından Türkiyə hər zaman müdafiə imkanlarını yüksək səviyyədə saxlayan dövlətdir. Mövcud gərginlik də Ankaranın ehtiyat tədbirlərini daha da gücləndirməsinə səbəb olub. Türkiyə ilk növbədə İranla diplomatik kanalları açıq saxlayır və birbaşa müharibədən yayınmağa çalışır. Hazırda diplomatik danışıqlar davam edir”.

Politoloqun fikrincə, Türkiyə hərbi qarşıdurma ilə üzləşərsə, hava və quru qüvvələri, eləcə də ballistik raketlər və digər müdafiə sistemləri vasitəsilə İran sərhədi istiqamətində adekvat cavab vermək imkanına malikdir:


“Zərurət yaranarsa, quru əməliyyatlarının başlanması ehtimalı da istisna edilmir. Lakin Türkiyə İranla müharibə istəmir və gərginliyin ilk günlərindən etibarən diplomatik həll yollarına üstünlük verir”.

Ekspert qeyd edib ki, İsrail və ABŞ-nin İrana hücumları fonunda indiyədək İran tərəfindən Türkiyə istiqamətində dörd raketin atıldığı və onların həm Türkiyə daxilində, həm də Şərqi Aralıq dənizində yerləşən NATO sistemləri tərəfindən məhv edildiyi açıqlanıb.

“İran isə bu raketlərin özləri tərəfindən buraxılmadığını iddia edir və məsuliyyəti inkar edir. Türkiyə isə hər dəfə Tehrandan rəsmi izahat tələb edib”.


İsmail Cingöz əlavə edib ki, Türkiyə NATO üzvü olmasına baxmayaraq, uzun müddətdir diplomatik yollarla münaqişənin genişlənməsinin qarşısını almağa çalışır:

“Hazırda Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir tərəflərin qəbul edə biləcəyi şərtlərlə münaqişənin dayandırılması üçün fəal diplomatik səylər göstərir”.

Politoloq raketlərin Türkiyə hava məkanına daxil olması ilə bağlı bir neçə ehtimalı da irəli sürüb:

“İranın Türkiyəni qəsdən hədəf alması inandırıcı görünmür. Türkiyə münaqişənin tərəfi deyil və daim diplomatiyanı dəstəkləyib. Üstəlik, Türkiyə NATO üzvüdür və belə bir addım İranı bütün NATO ilə qarşı-qarşıya qoya bilər. Bu səbəbdən texniki nasazlıq, naviqasiya xətası və ya elektron müdaxilə nəticəsində raketlərin istiqamət dəyişməsi ehtimalı daha realdır. Həmçinin üçüncü qüvvələrin və ya kəşfiyyat elementlərinin regionu daha geniş münaqişəyə cəlb etmək məqsədilə belə addımları təşviq etməsi də istisna olunmur”.


Onun sözlərinə görə, ümumi mənzərə göstərir ki, məqsəd birbaşa Türkiyəni hədəf almaqdan daha çox regional reaksiya imkanlarını yoxlamaq ola bilər.

Ekspert Türkiyənin münaqişəyə qoşulmaq istəməməsinin səbəblərini də qeyd edib:

“İran əhalisinin əhəmiyyətli hissəsini türklər təşkil edir. İki ölkə arasında qədim qonşuluq münasibətləri mövcuddur, geniş iqtisadi əlaqələr var və regionun sabitliyi Türkiyə üçün strateji əhəmiyyət daşıyır”.


Sonda İsmail Cingöz vurğulayıb ki, buna baxmayaraq, Türkiyə mümkün təhlükə qarşısında həm öz hərbi gücü, həm də NATO çərçivəsində özünü müdafiə etmək imkanına malikdir:

“İranın qəsdən Türkiyəni və bununla da NATO-nu müharibəyə cəlb etməsi onun üçün çox ağır nəticələr doğura bilər. Tehran bunun fərqindədir və belə bir riskə getməsi real görünmür”.

Jalə Rövşən


NEWS FEED
16 JUNE 2026
Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 All News