İƏT sammitinin təşkili ölkəmizin geo-siyasi gücünü göstərir – RƏY

İƏT sammitinin təşkili ölkəmizin geo-siyasi gücünü göstərir – RƏY
03.07.2025 18:06 Təhlil

“Azərbaycanın Xankəndi şəhəri yüksək səviyyəli beynəlxalq tədbirə - İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşünə ev sahibliyi edəcək. Builki zirvə görüşünün əsas mövzusu dayanıqlı iqtisadi inkişaf və iqlimə uyğun regional əməkdaşlığın qurulmasıdır. Bu, Azərbaycanın strateji olaraq dəstəklədiyi istiqamətlərdən hesab olunur”.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, 570 milyon əhalisi ilə 2 trilyon 610 milyard dollarlıq nominal və 8 trilyon 830 milyard dollarlıq real ümumi daxili məhsula sahib olan İƏT artıq regional deyil, qlobal güc mərkəzlərindən hesab olunur:

"Son 10 ildə təşkilata üzv ölkələrdə iqtisadi artım 4.0 faizə yaxın olub. 2023-cü ildə isə təşkilata üzv dövlətlərinin iqtisadiyyatı orta hesabla 3.7 faiz böyüyüb ki, bu da 2.8 faizlik qlobal artımdan daha yüksəkdir. Xankəndində İƏT sammitinin təşkil edilməsi regiondakı yeni düzən fonunda ölkəmizin geo-siyasi gücünü bir daha təsdiq edir. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əməkdaşlığı daha da dərinləşdirir.  İƏT-də Azərbaycanın strateji əməkdaşlıq etdiyi ölkələr var. Həmin ölkələrlə əməkdaşlığın daha da dərinləşməsi Azərbaycanın xarici siyasətində prioritet məsələdir".

Parlamentari qeyd edib ki, Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti həmçinin təşkilata üzv dövlətlər arasında əlaqlələrin dərinləşməsinə, iqtisadi əlaqələrin, eləcə də strateji əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə xidmət edəcək:

"Bu, bütövlükdə təşkilata üzv ölkələr arasında əməkdaşlığın güclənməsi üçün imkandır. Bu kontekstdən Azərbaycan beynəlxalq tədbirlərə mütəmadi olaraq ev sahibliyi edir. İƏT sammitinin Azərbaycanda keçirilməsi bütövlükdə təşkilatın işinə töhfə verməklə yanaşı, ölkələr arasında münasibətlərin dərinləşməsinə xidmət edir".

Qiymət Mahir

FOTOLAR

İƏT sammitinin təşkili ölkəmizin geo-siyasi gücünü göstərir – RƏY — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər