NATO, Avropa və Tramp: Qrenlandiya məsələsi bitdi?

NATO, Avropa və Tramp: Qrenlandiya məsələsi bitdi?
22.01.2026 11:59 Təhlil

“Qrenlandiya məsələsi bitdi. ABŞ Prezidenti Donald Trampın bir illik isterikası nəticə vermədi”.

TodayPress TV xəbər verir ki, bu fikirləri politoloq Kamran Cəfərov Donald Trampın Qrenlandiya ilə bağlı siyasətini şərh edərkən bildirib.


Analitik xatırladıb ki, son bir il ərzində Tramp dəfələrlə, o cümlədən Davosda çıxış edərkən Qrenlandiyanın yalnız ABŞ-nin tam nəzarətinə keçəcəyi halda qane olacağını açıq şəkildə bəyan edib. Onun sözlərinə görə, Avropa müttəfiqləri bu “Qrenlandiya isterikası”na qarşı vahid və qətiyyətli mövqe sərgiləyiblər:

“Dünən Tramp ilə NATO-nun Baş katibi Mark Rütte arasında bir neçə saat davam edən görüş keçirilib. Görüşdən sonra Tramp “bizə lazım olan hər şeyi nəzərdə tutan” bir razılaşmanın əldə olunacağını bəyan edib. Eyni zamanda o, Qrenlandiya ilə bağlı iddialarına qarşı çıxdıqlarına görə səkkiz Avropa müttəfiqinə fevralın 1-dən rüsum tətbiq etmək hədəsini həyata keçirməyəcəyini açıqlayıb. Jurnalistlərin Qrenlandiyanın ABŞ-nin bir hissəsinə çevrilib-çevrilməyəcəyi ilə bağlı suallarına Tramp konkret cavab verməkdən yayınaraq bunu “uzunmüddətli, müddətsiz və əbədi razılaşma” adlandırıb”.

Kamran Cəfərov vurğulayıb ki, təqdim olunan bu model Qrenlandiya üzərində suverenliyin Danimarkadan ABŞ-yə verilməsini nəzərdə tutmur. Söhbət ABŞ və Danimarka arasında 1951-ci il tarixli “Qrenlandiyanın Müdafiəsi üzrə Saziş”in yenilənməsindən gedir. Həmin saziş ABŞ-yə adada hərbi bazalar tikməyə və NATO zəruri hesab edərsə, “müdafiə zonaları” yaratmağa imkan verir.

Onun sözlərinə görə, təklif eyni zamanda Qrenlandiyada təhlükəsizliyin artırılması, NATO-nun Arktikadakı fəaliyyətinin genişləndirilməsi və faydalı qazıntılar sahəsində əlavə işlərin görülməsi ilə bağlı müddəaları da əhatə edir. Razılaşmada “Qızıl Qübbə”nin Qrenlandiyada yerləşdirilməsi və Rusiya ilə Çinin “zərərli xarici təsirinə” qarşı mübarizə də ayrıca qeyd olunur.

Politoloq bildirib ki, Mark Rüttenin səsləndirdiyi ideyalar Danimarkanın artıq uzun müddətdir nəzərdən keçirdiyi yanaşmalarla üst-üstə düşür: Danimarka suverenliyi qoruyur, ABŞ isə hərbi mövcudluğunu artıra bilər. Yaxın həftələrdə Vaşinqtonun Danimarka və Qrenlandiya ilə yüksək səviyyəli danışıqlara başlaması gözlənilir.


Kamran Cəfərov Trampın bu prosesdə özünə xas taktikasından istifadə etdiyini vurğulayıb:

“Tramp maksimum təzyiq göstərir, nəticə əldə edə bilmədikdə isə geri çəkilir və bunu öz qələbəsi kimi təqdim edir. Altı ay əvvəl Avropa və Çinlə tarif danışıqlarında da eyni ssenari tətbiq olunmuşdu. Bu dəfə Tramp Avropanın son dərəcə sərt və həmrəy mövqeyi ilə üzləşib və Qrenlandiyanın suverenliyinin müzakirə predmeti olmadığını görüb. Avropa ABŞ ilə ticarət müharibəsinə hazır olduğunu açıq şəkildə bəyan edib və geri çəkilməyəcəyini göstərib”.

Onun sözlərinə görə, Konqresin sərt mövqeyi və fond bazarlarında yaşanan ciddi itkilər də prosesə təsir edib. Nəticədə Tramp geri çəkilib, lakin bu geri addımı öz siyasi qələbəsi kimi təqdim edib.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 All News