“Moskva SSRİ-nin səhvlərini təkrar edir” - Ramiz Yunusdan SƏRT AÇIQLAMA

“Moskva SSRİ-nin səhvlərini təkrar edir” - Ramiz Yunusdan SƏRT AÇIQLAMA
20.08.2025 10:33 Təhlil

“Azərbaycan və Ermənistanın barışığa doğru real addım atdığını və bu tarixi hadisənin başqa yerdə deyil, məhz Ağ Evdə, üstəlik ABŞ Prezidenti Donald Trampın iştirakı ilə baş verməsini nəzərə alsaq, o zaman rəsmi Kremlin “tavanı uçub” deyə bilərik”.

TodayPress TV xəbər verir ki, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus bunu öz “Facebook” hesabında yazıb.

O, Kremlin reaksiyasını dəyərləndirib:

“Azərbaycana siyasi, iqtisadi və ya hərbi-texniki təzyiq göstərmək üçün real rıçaqları olmayan Kreml tərəfdarları media vasitələrini eyni anda hərəkətə gətirərək Rusiya informasiya məkanında ən sərt anti-Azərbaycan isteriyasını başlatdı. Ardınca isə Rusiyanın müxtəlif bölgələrində azərbaycanlı diaspor nümayəndələrinə qarşı sözün əsl mənasında “ov” kampaniyası start götürdü. Bununla eyni vaxtda Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) enerji infrastrukturuna təkrar bombardmanlar həyata keçirildi”.

Ramiz Yunus bu hadisələr fonunda Kremlin yanlış hesablamalarına toxunaraq bildirib: 

“Əgər Kreml elə düşünürsə ki, bu yolla Azərbaycanı, onun rəhbərliyini və bütövlükdə xalqını qorxutmaq mümkündür, deməli, onlar dərin səhv edirlər. Görünür, “rus torpaqlarının toplayıcıları” İkinci Qarabağ müharibəsinin dərslərini yaxşı mənimsəməyiblər və Azərbaycan cəmiyyətinin xarici təhdidlər qarşısında nümayiş etdirdiyi güclü birliyi hələ də lazımınca qiymətləndirmirlər. Elə buna görə də onlar üç il yarım əvvəl Ukrayna məsələsində buraxdıqları strateji səhvin eynisini təkrar edirlər".

Professor regionda yaranmış yeni reallığı da diqqətə çatdırıb:

“Moskvaya xoş gəldi, ya gəlmədi, Cənubi Qafqazda status-kvo artıq tam dəyişib və bölgənin lideri Azərbaycandır. Azərbaycanın arxasında isə Türkiyə, Pakistan və İsrail kimi güclü müttəfiqlər dayanır. Bu prosesi Kreml artıq dayandıra bilməz. Ermənistan Azərbaycanın şərtlərini qəbul edib və indi Zəngəzur dəhlizi Rusiya sərhədçilərinin deyil, ABŞ-nin nəzarətində olacaq. Təbii ki, bu, Kreml üçün asanlıqla həzm edilə biləcək bir məsələ deyil. Tezliklə Ermənistanla Türkiyə arasında da barışıq prosesi başlayacaq və yaxın vaxtlarda biz Ermənistan ərazisindəki, o cümlədən Gümrüdə yerləşən Rusiya hərbi bazasının və digər hərbi infrastrukturun sıxışdırılıb çıxarılmasının şahidi olacağıq”.

Azərbaycanın milli birliyini xüsusi vurğulayan siyasətçi bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən bu günə qədər cəmiyyətin bütün təbəqələrinin xarici düşmən qarşısında nümayiş etdirdiyi möhkəm birliyi ilə postsovet məkanında misilsiz nümunə ortaya qoyub. Kreml sakinlərinin artıq yeni regional reallığı aydın şəkildə anlamasının vaxtı çatıb.

R.Yunus, həmçinin Bakının mövqeyini diqqətə çatdırıb ki, Azərbaycan Rusiya ilə qarşıdurma axtarmır, lakin Kremlin sərgilədiyi sayğısız və təhdidedici davranışlara da səssiz qalmaq niyyətində deyil. Rəsmi Bakının bütün addımları güzgü effekti ilə cavablandırılacaq. Yəni nə qədər təzyiq olarsa, eyni səviyyədə cavab veriləcək.

Analitik, həmçinin Rusiyanın gələcək perspektivləri ilə bağlı ciddi xəbərdarlıq edib:

“Rusiya Ukrayna cəbhəsində getdikcə daha dərinə batır, sərhədlərinin demək olar ki, bütün istiqamətlərində mövqelərini itirir. Moskva yaxın tarixdən dərs çıxarmaq əvəzinə, eyni səhvləri təkrar edir, Sovet İttifaqının taleyini yaşamağa doğru gedir. Nəticədə Kreml yalnız Cənubi Qafqazda deyil, həm də Mərkəzi Asiyada geosiyasi dayaqlarını sürətlə itirəcək".

Professor sonda amerikalı filosof və yazıçı Corc Santayandan sitat gətirib:

“Keçmişi unudanlar onu təkrar yaşamağa məhkumdurlar”.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUN 2026
Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 Bütün Xəbərlər