Miqrasiya siyasətində sərt gedişlər: Avropa humanizmi tarixə qovuşur...

Miqrasiya siyasətində sərt gedişlər: Avropa humanizmi  tarixə qovuşur...
09.12.2025 17:42 Təhlil

Avropa İttifaqı (Aİ ) qeyri-qanuni miqrasiyaya nəzarəti gücləndirmək üçün sığınacaq axtaranların daha sadə deportasiyası və yükün üzv ölkələr arasında bölüşdürülməsini nəzərdə tutan yeni mexanizmlər üzrə razılığa gəlib. “Təhlükəsiz üçüncü ölkə” siyahısına Banqladeş, Kolumbiya, Misir, Hindistan, Kosovo, Mərakeş və Tunis daxil edilib. Yeni qaydalar 2026-cı ildən qüvvəyə minəcək.  

Bəs  bu qərar hansı məqsədi daşıyır? Aİ miqrasiya siyasətində humanitar yanaşmanı gözardı edir? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Məhəmməd Əsədullazadə  bildirib ki, Aİ miqrasiyanı artan geosiyasi təzyiqlərə görə sərtləşdirir:


"Avropa İttifaqının qeyri-qanuni immiqrasiyaya nəzarəti gücləndirməsi, düşünürəm ki, birbaşa geosiyasi reallıqlardan irəli gəlir. Çünki Rusiya–Ukrayna müharibəsi, eyni zamanda Ərəb Baharı, Suriyada yaranmış böhran və uzunmüddətli müharibə vəziyyəti Avropaya doğru qaçqın axınını xeyli artırdı və miqrantların bu istiqamətə yönəlməsinə ciddi təsir göstərdi".

Analitik qeyd edib ki, Avropa artıq humanist yox, təhlükəsizlik maraqları ilə hərəkət edir:

 "Bu gün Avropa İttifaqı artıq əvvəlki kimi yalnız sosial yönümlü siyasət aparmır, daha çox öz iqtisadiyyatını hərbi rejimə uyğunlaşdırır. Bu da birbaşa Rusiya–Ukrayna müharibəsi ilə əlaqədardır. Mən burada hər hansı humanist yanaşmadan çox, real geosiyasi və təhlükəsizlik maraqlarına uyğun atılan addımlar görürəm. Avropa sadəcə olaraq mövcud reallıqlara uyğun hərəkət edir". 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
04 AUGUST 2026
Ceki Çan Azərbaycandadır 00:50 İrandan ABŞ-yə: “Keçməyə imkan verməyəcəyik, vuracağıq!” 01:25 DSX-nin təqaüddə olan polkovniki vəfat etdi - FOTO 01:13 Ukraynanın ABŞ-dəki yeni səfiri o ola bilər 00:42 Qəzzada sülhlə bağlı YENİ ADDIM: Türkiyə-HƏMAS görüşünün detalları 00:31 Nəriman Axundzadə Türkiyə klubuna keçdi 00:09 ABŞ əvvəlcə İranın şərtlərini qəbul edib, amma sonra… 23:57 İstanbul məktəblərində YENİ QƏRAR: Məscidlər yaradılacaq 23:41 “NATO-ya Rusiyanın yarısı olmaq üçün hələ 12 il lazımdır” - Zalujnı 23:28 İran Ukraynaya zərbə endirmək istəyirmiş - Son anda buna görə fikrini dəyişib 23:18 İsrail Qəzzadan nə vaxt çıxacaq? - AÇIQLANDI 23:07 SOCAR Gürcüstan zavodunu bu ölkənin nefti ilə təmin edəcək - Rusiya nefti “dəbdən düşdü” 22:54 Tramp İrana son şans verdi: 4 avqusta qədər nə baş verəcək? 22:42 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 22:26 Füzulidə açıq ərazidə yanğın başladı - VİDEO 22:15 Zelenski Azərbaycan haqqında görün, nələr dedi 22:09 Zelenski Ukraynanın ABŞ-dəki səfirini vəzifəsindən azad etdi 21:51 Lənkəranda açıq ərazidə baş verən yanğın söndürüldü 20:12 Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı - Səbəb... 21:39 “Sumqayıt” hazırlıq oyununda “İmişli”yə məğlub oldu 21:30 Azərbaycanlıların da olduğu gəmi VURULDU - TƏCİLİ 21:21 ABŞ-nin keçmiş diplomatından XƏBƏRDARLIQ: "Dünya bu boğazdan asılıdır" 21:07 Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırıldı 20:51 İstanbulda torpaq sürüşməsi - Dağıntılar altında qalanlar var 20:42 Dənizdə bədbəxt hadisə: 15 yaşlı yeniyetmə BATDI 20:27 All News