Minsk qrupu ləğv olundu: "Azərbaycan dialoqu birbaşa aparır"

Minsk qrupu ləğv olundu: "Azərbaycan dialoqu birbaşa aparır"
04.09.2025 12:35 Təhlil

"Azərbaycan hər zaman diplomatik kanalların və dialoqun tərəfində olduğu üçün ATƏT-in Minsk qrupunun fəaliyyətinə razılıq vermişdi".

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Kazım Kazımov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, Azərbaycanın 1992-ci ilin yanvarında ATƏM-ə üzv olduğunu və həmin ilin mart ayından etibarən Minsk qrupu qurulduğunu bildirib:

"Onun müxtəlif dövrlərdə fərqli həmsədrləri olub. Lakin onu daha çox Fransa, Rusiya və ABŞ adları ilə assosasiya edə bilərik. Nə Birinci Qarabağ müharibəsi, nə İkinci Qarabağ müharibəsi dövründə, nə də postmüharibə mərhələsində onların heç bir real addımını görmədik. Xüsusilə 1993-cü ildə “3-cü paket” adlandırdıqları, guya sülhə xidmət edən sənəd Ulu Öndər Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, onların fəaliyyətinə ehtiyac qalmayıb. Onsuz da, əvvəllər də real fəaliyyətləri yox idi, sadəcə, Azərbaycan hər zaman diplomatik kanalların və dialoqun tərəfində olduğu üçün ATƏT-in Minsk qrupunun fəaliyyətinə razılıq göstərmişdi. Lakin biz müharibə ilə qalib gəldik. Prezident də müharibədən dərhal sonra ifadə etdi ki, Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur".

Ekspert 2024-cü ildə Prezident İlham Əliyevin ATƏT-ə müraciətindən bəhs edib:

"2024-cü ilin fevralında Prezident ATƏT-ə müraciət etdi ki, Minsk qrupu fəaliyyətini dayandırmalıdır. Onlar da Nazirlər Şurasında bunu qəbul etdilər.  1 sentyabr 2025-ci il tarixində onun fəaliyyətinə xitam verildi. Dekabrda isə bütün strukturları ləğv edilmiş hesab olunacaq. Bunun təbii ki, müsbət tərəfləri var. Məsələn, Minsk qrupuna quruluş etibarilə baxsaq, Fransa zaman-zaman erməni lobbisinin təsiri altında hərəkət etmişdi. ABŞ-də isə Demokratların iqtidarda olduğu dövrlərdə, xüsusilə sabiq prezident Cozef Baydenin prezidentliyi zamanı erməni lobbisinin Ağ Evdə və Konqresdə nə qədər “fəal” olduğunu görmüşük. Burada anti-Azərbaycan baxışlar mövcud idi ki, bu da Minsk qrupunun fəaliyyətinə təsir edirdi. Onlar İrəvan-Bakı arasındakı birbaşa dialoqu yayındırmağa çalışırdılar. Halbuki bu dialoq iki ölkə arasında açıq şəkildə davam edir. Vaşinqtonda ABŞ–Azərbaycan–Ermənistan üçtərəfli görüşü keçirildi və artıq Azərbaycanın istəklərinə uyğun olaraq sülhün təməlinin qoyulduğunu deyə bilərik".

K.Kazımov onu da əlavə edib ki, ATƏT-in Minsk qrupunun bundan sonra fəaliyyətində heç bir ciddi əhəmiyyət daşımayacağı aydın idi. Əksinə, lobbilərin dolayı təsiri ilə sülh prosesi əngəllənə bilərdi. Ona görə də, qurumun fəaliyyətinə xitam verilməsi daha faydalı oldu.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə sentyabrın 1-dən etibarən xitam verilib.

Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 2025-ci il dekabrın 1-dən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.

Qərarda, həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan olunub.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

Minsk qrupu ləğv olundu: "Azərbaycan dialoqu birbaşa aparır" — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Kiprdə SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Bütün Xəbərlər