Kreml təkzib etdi: Putin və Zelenski arasında danışıq olacaq?

Kreml təkzib etdi: Putin və Zelenski arasında danışıq olacaq?
29.12.2025 18:05 Təhlil

ABŞ Prezidenti Donald Trampın Volodimir Zelenski ilə Mar-a-Laqodakı görüşü, Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında beş ildən sonra ilk birbaşa telefon danışığının yolunu aça bilər. ABŞ tərəfi bunu potensial “diplomatik qələbə” hesab edir. Lakin Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda belə bir danışıq planlaşdırılmayıb. Moskvanın əsas şərti isə Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılmasıdır. 

Maraqlıdır,  Putin və Zelenski arasında ikili danışıq mümükündürmü və Trampın vasitəçiliyi ilə  bu sülh prosesinə hansı konkret dəyişikliyi gətirə bilər? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Turan Rzayev bildirib ki, ABŞ-nin sülh təşəbbüsü var, amma Rusiya hələ aktiv iştirak etmir: 


"Görüşün əsas mövzusu Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli və Trampın irəli sürdüyü 20 maddəlik sülh planı olub. Lakin proses kritik mərhələdədir və praktiki nəticələr baxımından zəifdir. ABŞ-nin təşəbbüsü açıq şəkildə öz maraqları çərçivəsində qurulub. Tramp administrasiyası Ukraynaya sülh sazişi imzalamaq üçün təzyiq göstərir və bunun qarşılığında Kiyev ehtimal ki, müəyyən ərazi güzəştlərinə razı olmalıdır. Bu yanaşma ABŞ-nin regional güc siyasətinin bir hissəsi kimi qiymətləndirilə bilər. Məqsəd həm münaqişənin siyasi həllinə nail olmaq, həm də Rusiyanın tam təcrid olunmasının qarşısını almaqdır. Rusiya tərəfinin hazırda danışıqlara qayıtması isə hələlik çətin görünür. Tramp görüşdən sonra açıqlayıb ki, Putin danışıqların baş tutmasını istəyib, amma Moskvanın aktiv iştirakının yaxın perspektivdə reallaşması qeyri-müəyyən olaraq qalır. Bu vəziyyət sülh prosesinin ABŞ-nin planlaşdırdığı kimi irəliləməsinin qarşısında əsas məhdudiyyət olaraq qalır".

Onun sözlərinə görə, Avropa İttifaqının mövqeyi isə ABŞ-dən fərqlidir. İtaliyanın xarici işlər naziri Antonio Tajani Avropanın sülh prosesində iştirakını vurğulasa da, praktik olaraq Aİ müharibənin real həllində maraqlı deyil və prosesdə fəal rol oynamır. Bu isə sülh sazişinin beynəlxalq legitimliyi və geniş dəstək baxımından əlavə çətinlik yaradır.

Sülh prosesinin nəticəsi hələ qeyri-müəyyəndir:

"Trampın açıqlamaları və Zelenski ilə görüşü göstərir ki, ABŞ sülh prosesinə prioritet verəcək və gələn il bu məsələyə daha çox diqqət ayıracaq. Lakin indiki mərhələdə prosesin nəticələri hələ qeyri-müəyyən olaraq qalır. Görüş diqqəti cəlb etsə də, real addımlar və praktik həll baxımından zəifdir. Ukrayna və Rusiya arasında kompromislərin əldə olunması, Avropanın fəal iştirakı və Rusiyanın danışıqlara qayıtması olmadan dayanıqlı sülhün təmin olunması çətin görünür".

 Jalə Rövşən

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
"Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 All News