“Kim gəlirsə, gəlsin”: Şah oğlundan inqilabçı olar?

“Kim gəlirsə, gəlsin”: Şah oğlundan inqilabçı olar?
08.01.2026 13:34 Təhlil

“1979-cu il inqilabından sonra İrandan qovulmuş Məhəmməd Rza Şahın oğlu Rza Pəhləvinin son dönəmdə yenidən aktivləşməsi və İran xalqını küçələrə çağırması onun real siyasi çəkisinin göstəricisi deyil, daha çox Qərbə mesaj vermək cəhdidir”.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Kazım Kazımov bunu TodayPress TV-yə açıqlamasında deyib. 


Ekspertin sözlərinə görə, Rza Pəhləvi bundan əvvəl İran üçün keçid planı hazırladığını və bu planı ABŞ Prezidenti Donald Trampla müzakirə etmək istədiyini açıqlasa da, Ağ Evdən hər hansı müsbət cavab almayıb:

“Qərb dairələri, xüsusilə ABŞ, Pəhləvi kartına ehtiyatla yanaşır. Bu səbəbdən Rza Pəhləvinin mitinq çağırışları həm Vaşinqtona, həm də İsrailə “İran daxilində sosial dayağım var” mesajı vermək cəhdidir”.

Kazım Kazımov hesab edir ki, bu çağırışın İran cəmiyyətində geniş rezonans doğurması real görünmür:

“Bu gün İranda etirazların əsas sosial bazasını gənclər, ticarətçilər və kasıb təbəqə təşkil edir. Kəskin devalvasiya və onun inflyasiyaya təsiri artıq mərkəzi şəhər və rayonlara yayılıb. Etiraz edən əsas kütlə fars mənşəli vətəndaşlardır. Lakin bu o demək deyil ki, onlar avtomatik olaraq şahçı mövqedədirlər”.

Siyasətçi vurğulayıb ki, etirazçılar arasında Pəhləvi rejiminin 54 illik şovinist siyasətini unutmayanlar az deyil:


“Etirazçıların bir qismi “kim gəlirsə, gəlsin” psixologiyası ilə Rza Pəhləvini dəstəkləyə bilər. Amma bu, ideoloji sədaqət deyil, ümidsizlikdən doğan müvəqqəti mövqedir. Hər fars etirazçı şahçı deyil və Pəhləvilərin zülmünü xatırlayan sosial təbəqə hələ də mövcuddur”.

Kazım Kazımov xatırladıb ki, İran etiraz mühitində təkcə şahçılar yox, çoxsaylı siyasi və ideoloji qruplar mövcuddur:

“Etirazlar arasında 1979-cu il inqilabında iştirak edib sonradan sistemdən kənarlaşdırılmış Tudəçi solçular, Milli Cəbhəçi millətçilər, liberallar, mühafizəkarlar var. Bundan başqa, həm Pəhləvilərlə, həm də mövcud rejimlə eyni dərəcədə düşmən münasibətdə olan Xalq Mücahidləri də aktivdir. İnqilabdan sonra İranda təkcə şahçılıq ideologiyası inkişaf etməyib və bu fakt Pəhləvi ailəsinin sosial dayağının zəifliyini açıq şəkildə göstərir”.

Ekspert xüsusilə qeyri-fars etnik qrupların mövqeyinə diqqət çəkib:

“Pəhləvi ailəsi başda azərbaycanlılar olmaqla qeyri-fars xalqlar tərəfindən nifrətlə xatırlanır. Rza Pəhləvinin atası və babası on minlərlə soydaşımızı və digər xalqların nümayəndələrini repressiyaya məruz qoyub. Bu tarixi yaddaş hələ də canlıdır”.

Kazım Kazımovun fikrincə, Rza Pəhləvinin İran cəmiyyətindən qopmasının daha bir səbəbi onun uzun illər ölkədən kənarda yaşamasıdır:  

“O, 16 yaşında İrandan çıxıb və 1977-ci ildən bəri bu ölkəyə ayaq basmayıb. Bioloji baxımdan fars olsa da, sosial və mədəni olaraq çoxdan amerikalılaşıb. 48 ildir ABŞ-də yaşayan bir şəxsin İran cəmiyyətinin real problemlərini dərindən dərk etməsi mümkün deyil”.

Ekspert hesab edir ki, Rza Pəhləvinin özünü alternativ lider kimi görməsi əsasən ailədaxili təlqinlərin nəticəsidir. 


Sonda analitik Qərbin mövqeyinə toxunaraq bildirib ki, Rza Pəhləvi üzərində beynəlxalq konsensus formalaşmayacaq:

“Son günlərdə adı yenidən gündəmə gəlsə də, Qərb dairələrinin “Rza Pəhləvi” fiquru ətrafında razılığa gələcəyini düşünmürəm. İran cəmiyyəti mürəkkəbdir, tarixi travmaları dərindir və bu ölkədə şah oğlundan inqilabçı olmaz”.

Qeyd edək ki, İranın sonuncu şahının oğlu Rza Pəhləvi “Fox News” telekanalına müsahibəsində yenidən İrana qayıtmağa hazır olduğunu deyib:

“Son mübarizəni idarə etmək üçün həmvətənlərimin yanında olmağa indi həmişəkindəən daha çox hazıram”.   

Xatırladaq ki, Tehranda dekabrın 28-də mağaza satıcıları tərəfindən rialın devalvasiyasına qarşı başlanan etirazlar hazırda bütün ölkəyə yayılıb.

Ölkədə ən az 34 nəfərin polis tərəfindən öldürüldüyü, 2000-dən çox etirazçının isə həbs olunduğu bildirilir.  

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
"Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 All News