İsrail Qəzzada yenidən müharibəyə başlaya bilər?

İsrail Qəzzada yenidən müharibəyə başlaya bilər?
11.10.2025 11:45 Təhlil

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrail hökumətinin Qəzzada yenidən müharibəyə başlaya biləcəyini deyib.  

Nazir bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun sülh məsələsində etibarlı olmadığı hamıya məlumdur və buna görə beynəlxalq ictimaiyyət hazırda yüksək hazırlıq vəziyyətindədir. 

Fidan qeyd edib ki, girov məsələsi həll olunduqdan sonra İsrailin öz legitimliyini dəstəkləmək üçün artıq heç bir arqumenti qalmayacaq. 

Təcrübədə müəyyən problemlərin yaranması qaçılmazdır.

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Telman Nüsrətoğlu bildirib ki, ən perspektivli yol ikidövlətli həll modelidir:

"İkidövlətli həll modeli İsraillə Ərəb dünyası arasında strateji uzlaşma olmadığı müddətcə bu məsələnin birdəfəlik həlli mümkün görünmür.

Qəzzaya yönəlmiş müdaxilələr və fələstinlilərin yaşayış yerlərinə qarşı İsrailin məskunlaşma siyasəti davam edən proseslərdir. Buna görə beynəlxalq ictimaiyyət Fələstin dövlətini tanımaqla məsələnin ikidövlətli həll əsasında həllini və sülhün bərqərar olunmasını istəyir".

Politoloq əlavə edib ki, radikal qüvvələr sülh prosesinə ciddi zərər verir:

"Netanyahunun kabinetində çox radikal qüvvələr mövcuddur və bu qüvvələr bəzən rasional olmayan qərarlara İsrail hakimiyyətini də sürükləyə bilirlər. Netanyahunun özü də radikal mövqeyə sahibdir. Dolayısıyla, Hakan Fidanın da qeyd etdiyi kimi, birmənalı atəşkəs mümkün görünmür".

Onun sözlərinə görə, əgər bu məsələ strateji bir uzlaşmaya, razılaşmaya və Fələstin dövlətinin qurulmasının İsrail tərəfindən qəbul edilməsinə yönəlməsə, problem müxtəlif yönləri ilə davam edəcək. Buna görə də orada Türkiyə də daxil olmaqla, sülhü qoruma missiyasının tətbiqi tələb olunur. Atəşkəsdən sonrakı dövrdə oranın idarəçiliyində atəşkəsin qarantoru kimi Türkiyə, Qətər, Misir və Amerika ilə birlikdə müzakirələr aparılır.

Analitik, həmçinin İsrailin siyasətini izlədiyini, İordaniyada və Suriya torpaqlarında hərbi müdaxilələr etdiyini, İranla yaşanan gərginliyin davam etdiyini vurğulayıb və bu vəziyyətdə heç bir qarantiya olmadığını bildirib. 

O qeyd edib ki, Hakan Fidanın da dediyi kimi, tam mexanizmlər formalaşmalı və məsələ birdəfəlik həll olunmalıdır.

Politoloq yekun olaraq bildirib ki, yalnız ikitərəfli həll modeli əsasında hərbi deyil, diplomatik çözüm tapılarsa, daimi sülhdən söhbət gedə bilər. 

Xatırladaq ki, oktyabrın 9-da İsrail ordusu Qəzzanın şimalında evlərinə qayıtmağa çalışan fələstinlilərin keçid yolu olan Rəşid küçəsini bombalayıb.

Jalə Rövşən 

TodayPress TV

FOTOLAR

İsrail Qəzzada yenidən müharibəyə başlaya bilər? — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
Putin "Allahın Evi"ni vurdu - Zelenskidən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 Bütün Xəbərlər