İslamabadda "abad" danışıqlar: II raunda kim hansı dosye ilə gəlir?

İslamabadda "abad" danışıqlar: II raunda kim hansı dosye ilə gəlir?
21.04.2026 13:20 Təhlil

ABŞ və İran arasında İslamabadda planlaşdırılan ikinci raund danışıqların taleyi hələ də qeyri-müəyyən olaraq qalır. 

Vaşinqton nümayəndə heyətini və təhlükəsizlik qruplarını dörd təyyarə ilə Ravalpindi hava limanına göndərib, Pakistan ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri görüb, Tehran isə rəsmi səviyyədə hələlik susur və danışıqlara nümayəndə göndərməyəcəyinə işarə edən açıqlamalar yayır. Bu, sadəcə taktiki manevr deyil – təxminən əlli ilə yaxın davam edən düşmənçiliyin yaratdığı dərin etimadsızlığın təzahürüdür.

Hər iki tərəf əsas məqsədlərini gizlətmək üçün eyni mövzuları ön plana çıxarır: nüvə proqramı, zənginləşdirilmiş uran və Hörmüz boğazı. Əslində, bu məsələlər üzrə texniki razılaşma əldə etmək o qədər də çətin deyil. Hər iki ölkə nüvə silahı əldə etməmək və mülki nüvə proqramını davam etdirmək barədə prinsipial mövqeyə yaxınlaşır. Zənginləşdirilmiş uranın taleyi isə daha çox daxili auditoriya qarşısında “qələbə” imici yaratmaq məqsədilə istifadə olunur. Hörmüz boğazı məsələsində isə tərəflər artıq müvəqqəti “anlaşma memorandumu” formatına yaxınlaşırlar – əsas razılaşmaya qədər vaxt qazanmaq üçün.

Birinci raundun nəticələri göstərir ki, hər iki tərəf “qazana bilməyəcəyi müharibə və itirməyə dözə bilməyəcəyi sülh” vəziyyətindədir. Bu, klassik realpolitik determinizmin nümunəsidir: maraqlar ideoloji mövqelərdən üstün tutulur. Analitiklərin fikrincə,  əgər razılaşma əldə olunarsa, İran siyasi legitimlik, iqtisadi nəfəs və təhlükəsizlik təminatı qazana bilər. ABŞ isə Yaxın Şərq, Qafqaz, Xəzər hövzəsi, Mərkəzi Asiya və Hind okeanında Rusiya və Çinə qarşı geosiyasi üstünlük əldə edə bilər. İranın coğrafi mövqeyi bu baxımdan strateji əhəmiyyət daşıyır və Vaşinqtonun Tehrana verəcəyi güzəştlər əldə olunacaq faydalarla müqayisədə nisbətən kiçik görünür.

Görünən odur ki, razılaşma baş tutmazsa, itkilər hər iki tərəf üçün ciddi olacaq, ən böyük qalib isə Çin və Rusiya ola bilər. Onlar artıq İranı “anti-Qərb” oxu daxilində möhkəmləndiriblər və gərginlik davam edərsə, bu ox daha da güclənəcək. ABŞ bu riski dərk edir və buna görə də yalnız hərbi təzyiqdən deyil, diplomatik və iqtisadi vasitələrdən də istifadə edir.

“Kök və çubuq” siyasəti əvəzinə,  Pakistan kimi  üçüncü tərəflər vasitəsilə “paylaşım” strategiyası seçilir. Bu  hər kəsə müəyyən pay verərək tərəfləri masada saxlamaq məqsədi güdür.  Pakistanın bu prosesdəki rolu da strateji baxımdan əhəmiyyətlidir. İslamabadda görülən fövqəladə təhlükəsizlik tədbirləri ölkəyə regionda vasitəçi imici qazandırır, lakin eyni zamanda ciddi risklər də yaradır.

Ekspertlərin qənaətincə, mövcud gedişat göstərir ki, danışıqlar davam edəcək – çünki real siyasətin məntiqi hər iki tərəfin ideoloji gözləntilərindən və sərt mövqelərindən daha güclüdür. Nəticə etibarilə, Hörmüz boğazının açıq qalması, nüvə proqramının mülki çərçivədə saxlanılması və praktik addımların atılması artıq mühüm irəliləyiş hesab olunacaq. Regionun gələcək güc balansı isə bu danışıqların nəticəsindən birbaşa asılı olacaq.

Jalə Rövşən

NEWS FEED
31 JULY 2026
Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 All News