İrəvan sərxoş halda seçkiyə gedir - Fransız xalqı kef edir...

İrəvan sərxoş halda seçkiyə gedir - Fransız xalqı kef edir...
04.06.2026 13:04 Təhlil

Ermənistan mediasını ələkdən keçirdikdə aydın olur ki, Ermənistan parlament seçkiləri ərəfəsində həm daxili siyasi qarşıdurmalar, həm də Rusiya ilə münasibətlərdə dərinləşən böhran fonunda gərgin günlər yaşayır. İyunun 7-də keçiriləcək seçkilərdə hakim “Mülki Müqavilə” partiyası favorit sayılsa da, analitiklər seçkidən sonra koalisiya hökumətinin qurulacağını istisna etmirlər.

Seçki kampaniyası hüquq-mühafizə orqanlarının görünməmiş fəallığı ilə müşayiət olunur. Seçki prosesi ilə bağlı 89 cinayət işi açılıb, 128 nəfər saxlanılıb. Müxalifətin etiraz aksiyaları davam etdiyi bir vaxtda, iş adamı Qaqik Tsarukyanın Baş nazir Nikol Paşinyana qarşı qaldırdığı məhkəmə iddiası seçkiqabağı siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Seçkilərin şəffaflığını təmin etmək üçün ATƏT və Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) müşahidəçiləri prosesi yaxından izləyirlər.

Bu arada, Ermənistanla Rusiya arasında münasibətlər daha da pisləşib. İyunun 2-dən Rusiya Ermənistandan albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin və üzüm idxalını dayandırıb, bir gün sonra isə qadağalar kartof, badımcan və quru meyvələri də əhatə edib. Moskva qərarı fitosanitar tələblərin pozulması ilə əsaslandırsa da, Rusiya qurumları eyni zamanda Ermənistanın kənd təsərrüfatı idarəçiliyində problemlərin olduğunu və keçmiş Kənd Təsərrüfatı Nazirliyinin ləğvinin nəzarət boşluğu yaratdığını iddia edirlər. İrəvanda isə bu addımlar siyasi və iqtisadi təzyiq kimi qiymətləndirilir.

Rusiya ilə gərginlik fonunda Ermənistan Qərblə əməkdaşlığı genişləndirməyə çalışır. ABŞ və Avropa İttifaqı ilə yeni layihələr və təhlükəsizlik sahəsində əməkdaşlıq güclənir, Aİ isə Ermənistana dezinformasiya və digər hibrid təhdidlərə qarşı mübarizə üçün əlavə dəstək ayırıb. Türkiyə ilə dialoqun davam etdirilməsi də regional normallaşma cəhdlərinin tərkib hissəsi kimi qiymətləndirilir.

İqtisadi və texnoloji sahədə isə Ermənistan regional innovasiya mərkəzinə çevrilmək iddiasını gücləndirir. NVIDIA-nın Blackwell B200 və B300 platformalarının ölkəyə çatdırılması, həmçinin 100 meqavat gücündə Süni İntellekt Mərkəzinin yaradılması planları müzakirə olunur. Təxminən 1,5 milyard dollar dəyərində qiymətləndirilən layihə Ermənistanın Cənubi Qafqazda süni intellekt və yüksək texnologiyalar üzrə əsas mərkəzlərdən birinə çevrilməsini hədəfləyir.

Siyasi gərginliyə baxmayaraq, ölkədə ictimai və mədəni həyat da davam edir. İyunun əvvəlində “Ararat-Armenia” klubu Ermənistan Premyer Liqasının çempionu olaraq ölkəni UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb. İyunun 5-7-də isə İrəvanın mərkəzində ənənəvi “Yerevan Wine Days” festivalı keçirilir. Şəhərin əsas küçələrini əhatə edən tədbir Ermənistanın şərabçılıq ənənələrini və turizm potensialını beynəlxalq auditoriyaya təqdim edən ən böyük festivallardan biri hesab olunur.

Beləliklə, Ermənistan seçkilər ərəfəsində həm siyasi qeyri-müəyyənlik, həm Rusiya ilə artan gərginlik, həm də Qərbə inteqrasiya və texnoloji inkişaf hədəflərinin müəyyən etdiyi mürəkkəb bir dövrdən keçir.

Jalə Rövşən

XƏBƏR LENTİ
30 IYUL 2026
Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Bütün Xəbərlər