İraq və Türkiyə arasında tarixi saziş: Nə vəd edir? – ŞƏRH

İraq və Türkiyə arasında tarixi saziş: Nə vəd edir? – ŞƏRH
03.11.2025 18:15 Təhlil

İraqın baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynin Ankaraya səfəri çərçivəsində İraq və Türkiyə arasında Su Əməkdaşlığı Sazişi imzalanıb.

Fuad Hüseyn bu sənədin iki ölkə arasında münasibətləri gücləndirən birgə layihələr vasitəsilə su böhranına davamlı həll yolu təklif etdiyini bildirib.


Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd edib ki, saziş İraqın su sistemlərinin bərpasına yol açacaq və bu, İraq tarixində ən böyük infrastruktur investisiyası olacaq.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, türkiyəli politoloq Hasan Oktay məsələ ilə bağlı TodayPress TV-yə danışarkən deyib ki, Türkiyə ilə İraq arasında münasibətlər son dövrlərdə mühüm strateji mərhələyə qədəm qoyub və “İnkişaf yolu layihəsi” adlandırılan əsas nəqliyyat dəhlizi ilə bağlı sazişlər imzalanıb. 


Türkiyə bu razılaşmaları təkcə Bağdad mərkəzi hökuməti ilə deyil, eyni zamanda Ərbil hökuməti ilə də imzalayaraq Bağdad–Ərbil–Ankara üçtərəfli əməkdaşlıq formatını formalaşdırıb.

Ekspert bildirib ki, terrorla mübarizə, qarşılıqlı əməkdaşlıq və strateji tərəfdaşlıq bu üç mərkəz tərəfindən imzalanan əsas istiqamətlərdəndir:

“İraqın sabitliyini daha da möhkəmləndirmək məqsədilə su resursları ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün aparılan danışıqlar ən yüksək səviyyəyə qaldırılıb. Xüsusilə Hakan Fidanın İraqa etdiyi səfər zamanı imzalanan sazişin “səssiz diplomatiya” nümunəsi kimi dəyərləndirilməsi region diplomatiyasında mühüm addımdır. Bu, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın yeni mərhələsini göstərir”.


Hasan Oktay qeyd edib ki, PKK-nın silahı yerə qoyaraq bəzi əsas üzvlərini İraqa çəkməsi bundan sonrakı mərhələdə Türkiyə–İraq münasibətlərinin strateji əhəmiyyətini artıracaq:

“PKK-nın xarici qüvvələrlə mümkün ittifaqları və Türkiyəyə qarşı İraqda yeni cəbhə açmaq riski nəzərə alınır. Ankara bu ehtimalları qiymətləndirərək İraqın prioritetlərini diqqətdə saxlayır və daha sağlam əməkdaşlıq infrastrukturu formalaşdırır. Bundan sonra İraqla bütün sahələrdə qarşılıqlı fəaliyyət genişlənəcək, terror təhlükəsinə qarşı isə Bağdad, Ərbil və Ankara birgə hərəkət edəcək. Bu, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması üçün mühüm zəmindir”.

Politoloqun fikrincə, su ilə bağlı imzalanmış son saziş də bu mənada xüsusi əhəmiyyət daşıyır:

“Su ehtiyatları həm iqtisadi, həm də sosial baxımdan regionun gələcəyi üçün həyati resursdur. Bu mövzuda əldə edilən anlaşma, Türkiyə və İraqın bir-birinə qarşılıqlı etimadının göstəricisidir. Artıq regionda yeni əməkdaşlıq modeli formalaşır - bu model həm təhlükəsizlik, həm iqtisadi, həm də diplomatik baxımdan sabitlik gətirəcək”.  

Analitik əlavə edib ki, Türkiyə bu proseslərdə həm regional liderlik, həm də vasitəçilik rolunu davam etdirəcək.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 All News