İran savaşı bölgəmizi necə dəyişdisə, türkmənlər Bakıya qaz borusu çəkmək üçün elçi düşdülər

İran savaşı bölgəmizi necə dəyişdisə,  türkmənlər Bakıya qaz borusu çəkmək üçün elçi düşdülər
17.06.2026 16:06 Təhlil

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu yaxınlarda Azərbaycana gələcək.

İran ətrafında davam edən müharibə və Hörmüz boğazındakı qeyri-müəyyənlik fonunda Xəzər hövzəsi yenidən beynəlxalq diqqətin mərkəzinə çevrilib. Bakıda keçirilən Enerji Həftəsində müzakirə olunan layihələr – yaşıl enerji xətti, Orta Dəhliz və xüsusilə Trans-Xəzər Qaz Kəməri (TCP) – artıq uzun illərdir “kağız üzərində” qalan ideyadan real geosiyasi tələbatın cavabı funksiyasına keçid edib. 

İranla bağlı gərginliklər enerji daşımalarında ciddi risklər yaradıb. Neft və qaz tankerlərinin Hörmüzdən keçidi, cənub marşrutlarının etibarlılığı sual altına düşüb. Bu vəziyyət Avropa və Asiya ölkələrini alternativlər axtarmağa məcbur edir.

Məhz bu fonda Trans-Xəzər dəhlizləri – həm nəqliyyat, həm də enerji baxımından – ənənəvi marşrutlara “B planı” kimi önə çıxır. Rusiya-Ukrayna müharibəsi Şimali Dəhlizin problemlərini artıq ortaya qoymuşdu; indi isə cənub istiqamətindəki risklər Xəzəri mərkəzə gətirir.

TCP-nin potensialı və əhəmiyyəti sadədir. Türkmənistanın zəngin qaz ehtiyatlarını Xəzərin dibi ilə Azərbaycana, oradan isə Cənub Qaz Dəhlizi (TANAP və TAP vasitəsilə) ilə Avropaya çıxarmaq. Bu, Türkmənistan üçün yeni bazarlar, Azərbaycan üçün tranzit gəlirləri və Avropa üçün Rusiya və İrandan asılılığı azaldan rıçaqları deməkdir. Layihənin texniki və hüquqi əsasları da getdikcə möhkəmlənir. Xəzərin hüquqi statusu haqqında Konvensiya, “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı razılaşmalar kimi addımlar maneələri  seyrəldib.  

Lakin  maliyyələşdirmə ən böyük problem sayılır. Kim ödəyəcək?  Avropa şirkətləri, Aİ, yoxsa region ölkələrinin öz resursları? Tikinti xərcləri, ekoloji risklər və Xəzərin dibi ilə boru çəkməyin texniki çətinlikləri layihəni illərlə ləngitdi.

Amma hazırkı geosiyasi şərait bu maneələri aradan qaldırmağa təkan verə bilər. Aİ ölkələrinin enerji təchizatında diversifikasiya istəyi, Türkiyənin regional rolunun artması və ABŞ-nin son vaxtlar göstərdiyi maraq (xüsusilə Senat səviyyəsində səslənən dəstək) yavaş-yavaş suları isidir. 

Türkmənistan Prezidentinin Bakıya gəlişi də məhz bu məsələdə yeni addımların atılacağını deməyə əsas verir.  İki ölkə arasında enerji əməkdaşlığının genişləndirilməsi, yeni sənədlərin imzalanması TCP kimi iri layihələrə siyasi iradə əlavə edə bilər.

Azərbaycan artıq infrastruktur baxımından hazır vəziyyətdədir – Səngəçal terminalı, mövcud boru xətləri və tranzit təcrübəsi bu birləşməni asanlaşdırır. Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı ilə paralel gedən enerji layihələri regionu strateji enerji mərkəzinə çevirəcək.

Bakı Enerji Həftəsində səslənən müzakirələr təsadüfi deyildi. Region ölkələri krizi fürsətə çevirmək istəyirlər. Əgər TCP reallaşsa, Xəzəryanı əməkdaşlığın yeni səviyyəsi, Avropa bazarlarına çıxış və enerji təhlükəsizliyində real inkişaf  demək olacaq. 

Bunun  üçün maliyyə, vaxt və siyasi iradə lazımdır, amma indiki şərtlər son on ildə görünən ən münbit şəraiti  yaradıb. 

Jalə Rövşən

NEWS FEED
17 JUNE 2026
Aİ sammiti öncəsi Ukrayna planı: Meloni yeni nümayəndə irəli sürməyə hazırlaşır 21:28 Ağ Ev lideri iki ölkəyə təşəkkür etdi 21:25 Fransa hökuməti ittiham olundu - Səbəb nədir? 21:18 ABŞ–İran anlaşması bir addımlıqda: Pakistan və Türkiyə prosesə dair fikir mübadiləsi apardı 21:18 Danışıqlar uğursuz olarsa nə baş verəcək? - Tramp açıqladı 20:25 Qaydaları pozduqlarına görə 12 nəfər imtahandan xaric olundu 20:22 İran və ABŞ arasında saziş bu tarixdə imzalana bilər - Tramp açıqladı 20:45 Tramp: "Rusiyaya qarşı yeni sanksiyalar neftin qiymətindən asılı olacaq" 20:01 ADSEA-dan su ehtiyatları ilə bağlı vacib XƏBƏRDARLIQ 20:10 Qəbul imtahanında maksimum nəticə göstərən şagirdlərin adları açıqlandı 20:30 Xocalıda intensiv meyvə bağlarına və heyvandarlıq kompleksinə baxış keçirildi 19:43 II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi 20:13 İran və Çin XİN rəhbərləri tarixi sazişi müzakirə etdilər 19:28 Ərdoğandan Türkiyə millisinə qəfil zəng: Elə kritik mesajlar verdi ki... 19:39 Kiyevə 500 milyon avro: Vəsaitin yarısı dronların alınmasına xərclənəcək 19:17 Azərbaycan və Koreya münasibətlərinin inkişafı müzakirə olundu 19:13 Türkiyənin 54 vilayətində əməliyyat keçirildi, 258 nəfər saxlanıldı 18:54 “Mənim sazişim nüvə silahına qarşı bir divardır” – ABŞ liderindən İrana mesaj 18:45 Paşinyan Hikmət Hacıyevdən danışdı: İlk dəfə Ermənistanda.. 18:32 Köçəryanın toxunulmazlığı ləğv edilir? - Sabiq prezidentin adı yenidən gündəmdə 18:18 "Tasnim": ABŞ və İran arasındakı memorandum sənədi qeyri-dəqiqdir 18:08 Ceyhun Bayramov Abraham Hamade ilə TRIPP layihəsini müzakirə etdi 18:02 Türkiyəyə qurulan illərin məşhur bank tələsi suya düşdü - Xitam verildi 17:55 Bacarırsınızsa, çıxın küçələrə, inqilab edin, hökuməti dəyişin!... 17:50 Ağ Evdən ABŞ-İran gizli sazişi ilə bağlı ŞOK AÇIQLAMA: O sənəd saxtadır! 17:42 All News