“İkiqütblü Avropa” — Orban yenə FƏRQLİ MÖVQEDƏ

“İkiqütblü Avropa” — Orban yenə FƏRQLİ MÖVQEDƏ
25.02.2026 14:40 Təhlil

Macarıstanın Baş naziri Viktor Orbanın Avropa İttifaqı (Aİ) və Ukraynaya qarşı açıqlamaları rezonans doğurub. 


Belə ki, baş nazir Kiyevi Macarıstanda keçirilən seçkilərə müdaxilədə günahlandırır, həmçinin ölkəni kollektiv Qərb siyasətinə tam uyğunlaşdırmır. Orban Rusiya–Ukrayna müharibəsi ilə bağlı kəskin fikirlər səsləndirir və avropalı həmkarları ilə uzlaşmayan mövqe nümayiş etdirir.

Maraqlıdır ki, Orban və Macarıstan hökumətinin Azərbaycanla münasibətləri yaxşıdır. Budapeşt Türk Dövlətləri Təşkilatı (TDT) ilə yüksək səviyyəli əlaqələr saxlayır. Bütün bunlar onun regional və qlobal siyasətdə balanslı, lakin təkidli mövqe tutması kimi dəyərləndirilir.

Orbanın mövqeyi və fəaliyyəti Qərbin Rusiyaya qarşı birliyinə təsir göstərə bilərmi?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Anar İsayev Orbanın mövqeyinin artıq bir neçə ildir, Aİ daxilində “konsensusdan kənar xətt” kimi qiymətləndirildiyini və müəyyən dərəcədə Qərbin Rusiyaya qarşı vahid siyasətinə təsir göstərdiyini deyib.


Lakin bu təsirin miqyası və real nəticələrinin bir neçə amildən asılı olduğunu izah edib:

“Avropa İttifaqında xarici siyasət və sanksiyalarla bağlı qərarlar əsasən konsensus (yekdillik) əsasında qəbul olunur. Bu isə Macarıstana faktiki olaraq veto imkanı verir. Orban hökuməti də Rusiyaya qarşı bəzi sanksiya paketlərini gecikdirir və ya yumşaltmağa çalışır, həmçinin Ukraynaya ayrılan maliyyə və hərbi dəstək mexanizmlərinə şərtlər qoyur, enerji sahəsində Rusiya ilə əməkdaşlığı (xüsusilə qaz və “Paks-2” AES layihəsi) davam etdirir. Bu baxımdan Orban Qərbin Rusiyaya qarşı tam və sürətli konsolidasiyasını çətinləşdirə bilir, xüsusən də maliyyə və enerji məsələlərində”.

STRATEJİ XƏTT DƏYİŞƏ BİLƏR?

Anar İsayev bildirib ki, Aİ indiyədək Rusiyaya qarşı çoxsaylı sanksiya paketlərini qəbul edib, Ukraynaya milyardlarla avro yardım ayırıb, NATO çərçivəsində Şərqi Avropada hərbi mövcudluq gücləndirilib. Yəni Orbanın mövqeyi prosesi ləngidə bilər, amma onu tam bloklaya bilmir. Çünki digər böyük dövlətlər – Almaniya, Fransa, Polşa, Baltik ölkələri daha sərt xətt tərəfdarıdır və onların siyasi çəkisi daha böyükdür. 


MÖVQENİN ARXASINDA DAYANAN FAKTORLAR 

Politoloq Orbanın belə bir siyasi mövqe tutmasının arxasında dayanan faktorlardan bəhs edib:

“Burada bir neçə faktor xüsusi qeyd olunmalıdır.

1. Enerji asılılığı: Macarıstan Rusiya qazından ciddi asılıdır.

2. Daxili siyasət: Orban milli suverenlik və “Brüsselin diktəsinə qarşı çıxış” ritorikasını seçki strategiyasının əsas elementi kimi istifadə edir.

3. Geosiyasi balans: O həm Aİ üzvü olaraq qalır, həm də Moskva və Ankara ilə münasibətləri qoruyur.

Bu balans siyasəti müəyyən mənada, xüsusilə enerji və suverenlik məsələlərində Azərbaycanın çoxvektorlu xarici siyasət modelinə oxşar elementlər daşıyır.

Azərbaycan kontekstində isə Macarıstan Türk Dövlətləri Təşkilatı ilə sıx işləyir, Azərbaycanla enerji və siyasi əlaqələri inkişaf etdirir, Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığa maraq göstərir. Bu, Orbanın “tam Qərb xətti”nə inteqrasiya olunmayan, lakin Aİ çərçivəsindən çıxmayan praqmatik modelinin tərkib hissəsidir”.


CİDDİ SINAQLA ÜZ-ÜZƏ

Bütün bunlara baxmayaraq, Anar İsayev düşünür ki, Orban Qərbin Rusiyaya qarşı birliyini tam sarsıda bilməz, amma Aİ daxilində fikir ayrılıqlarını görünən edir və qərarların qəbulunu ləngidə bilər. Uzunmüddətli perspektivdə isə bu cür mövqelər Aİ-də “iki sürətli Avropa” modelini gücləndirə və nəticədə birlik ciddi sınaqla üzləşə bilər.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
31 JULY 2026
ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 All News