HÖRMÜZƏ ALTERNATİV: Ankaranın GİZLİ "5 Marşrut" planı

HÖRMÜZƏ ALTERNATİV: Ankaranın GİZLİ "5 Marşrut" planı
03.04.2026 15:44 Təhlil

İran ətrafında gərginlik fonunda Türkiyə Hörmüz boğazından yan keçərək neft və qaz tədarükü üçün beş alternativ marşrut hazırlayıb. Daha əvvəl bildirilib ki, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı Hörmüz boğazından neft məhsullarının daşınmasını əlaqələndirmək üçün konsorsium yaratmaq imkanlarını araşdırır. 

Sual yaranır, Türkiyə Hörmüzdən əlini üzüb? 

Mövzunu TodayPress TV-yə siyasi analitik Şakir Ağayev şərh edib. 


Onun sözlərinə görə, Hörmüz boğazından yan keçən boru kəmərləri mövcuddur, lakin Hörmüzdən keçən neftin həcmini, yəni məhsuldarlığını tam əvəz edə bilmir. Türkiyə isə İraq və Suriya üzərindən quru yolla neft məhsullarının daşınması üçün alternativ təqdim edib və bu gün bunu çıxış yolu kimi gündəmə gətirir.

Politoloq qeyd edib ki, Hörmüz boğazı yalnız müharibədən sonra açıla bilər: 

"Bəs Türkiyə Hörmüzdən əlini çəkirmi? Faktiki olaraq, bu gün Hörmüz boğazından İranın istəmədiyi heç bir ölkə heç bir tanker keçə bilmir. Yəni çox dövlətlər, Amerikanın, İsrailin və İranın müharibəsi fonunda, bu gün üçün bu marşrutdan istifadə edə bilmir. Dünən isə Avropa ölkələrinin, xüsusilə İngiltərənin moderatorluğu ilə 41 ölkənin iştirakı ilə Hörmüz boğazı ilə bağlı bir tədbir keçirildi. Orada da qəti qərar qəbul olunmadı. Qərara gəldilər ki, Hörmüz boğazı ilə bağlı hər hansı qərar yalnız müharibədən sonra verilə bilər. Hətta müharibə bitdikdən sonra buna ehtiyac o qədər də böyük olmayacaq".

O, hesab edir ki, dövlətlərin silah gücünə Hörmüzü açmaq missiyasını üzərinə götürməməsi təbii haldır: 

"Bu gün Hörmüz boğazını silah vasitəsilə açmaq həm mürəkkəb, həm də praktik olaraq mümkünsüzdür. Eyni zamanda, Türkiyə enerji resurslarından əziyyət çəkən ölkə olaraq alternativ marşrutlar hazırlayır. Bu marşrutlar gələcəkdə Türkiyədən keçəcək loqistika üçün də çox önəmlidir. Əgər neft məhsulları Suriyanın üzərindən keçərsə, sözsüz ki, Türkiyədən də tranzit olunacaq. Bu, Türkiyəni həm tranzit ölkə, həm də enerji mərkəzi kimi mühüm mövqeyə çıxarır".

Ş Ağayev nəzərə çatdırıb ki, Türkiyə çox yaxşı başa düşür ki, sabah atəşkəs olsa belə, Hörmüzdən gəmilərin tam təhlükəsiz keçməsinə zəmanət yoxdur: "Gələcəkdə, məsələn, 1, 3 və ya 5 ildən sonra hər hansı müharibənin olmayacağını demək çətindir. Çünki görürük ki, Livan-İsrail və Qəzza bölgəsi ilə bağlı atəşkəslər hələlik kağız üzərində qalır və praktikada həyata keçirilmir. İranla bağlı vəziyyət də bənzər ola bilər: bu gün açıla bilər, amma sabah yenidən münaqişə baş verə bilər. Buna görə də daimi alternativ marşrutlara ehtiyac var və Türkiyə bunu nəzərə alır".

Analitik sonda əlavə edib ki, Hörmüz boğazı atəşkəsdən sonra açılsa belə, İran artıq boğazın onun yurisdiksiyasında olmalı olduğunu şərt qoyub. Keçən gəmilər Hörmüzə görə ona ödəniş etməlidir. Üstəlik, Hörmüz boğazının tam təmizlənməsi – yanan və batan gəmilər, minalar – bir neçə ay çəkə bilər. Bu isə enerji bazarında böyük bir krizis yaradacaq. Buna görə də Türkiyə alternativ marşrutları təklif edir. Burada əl çəkmək məsələsi yoxdur; söhbət bugünkü geosiyasi reallıqlardan və praktiki ehtiyaclardan gedir. 

Qeyd edək ki, Tehran Hörmüz boğazını ABŞ, İsrail və İrana qarşı təcavüzü dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün bağlayıb. Həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehranın icazəsi olmadan boğazdan keçən bir neçə tankerə zərbə endirib. 

Jalə Rövşən

NEWS FEED
16 JUNE 2026
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 All News