Hərbi əməliyyatlar masada: Trampın cavabında NƏ GİZLƏNİB?

Hərbi əməliyyatlar masada: Trampın cavabında NƏ GİZLƏNİB?
05.02.2026 20:09 Təhlil

“ABŞ Prezidenti Donald Trampın cavabı İran üçün dolayısı ilə ciddi təzyiq və xəbərdarlıq mesajıdır”. 

Politoloq Natiq Miri bunu TodayPress TV-yə açıqlamasında bildirib. 


Onun sözlərinə görə, Ağ Ev liderinin İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei ilə bağlı səsləndirdiyi “Mən deyərdim ki, o,  çox narahat olmalıdır” fikiri birbaşa mövqe yox, verilən sualın kontekstində formalaşan cavabdır.

Siyasi şərhçi vurğulayıb ki, İran ətrafında toplanan hərbi güc sıradan bir güc deyil. 

“Əgər bu güc sürətli, davamlı və dəqiq zərbələr üzərində qurulmuş planlı hərbi əməliyyata çevrilərsə, bu, İran rejiminin tam şəkildə gücsüzləşdirilməsi ilə nəticələnə bilər”.  

Onun fikrincə, bu ssenarinin baş vermə ehtimalı mövcuddur və məhz buna görə də İran rəhbərliyi narahat olmalıdır. 


Natiq Miri əlavə edib ki, Trampın bu cavabı eyni zamanda hərbi əməliyyatların hələ də masada olduğuna dair açıq mesajdır:  

“Bu, dolayısı ilə təzyiq mesajıdır. Əgər İran danışıqlar prosesində özünü güzəştsiz və güclü tərəf kimi aparmaqda davam edərsə, bu, hərbi əməliyyatların qaçılmaz olması deməkdir”. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibə verib. O, müsahibəsində bildirib ki, İranın Ali Rəhbəri Seyid Əli Xamenei çox narahat olmalıdır. 

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
"Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 All News