"Həlqə qırılarsa, domino effekti yaranacaq..." — Qərb NARAHATDIR

"Həlqə qırılarsa, domino effekti yaranacaq..." —  Qərb NARAHATDIR
20.10.2025 17:58 Təhlil

ABŞ Prezidenti Donald Tramp və Vladimir Putin son telefon danışığından sonra bu həftə Budapeştdə görüşməyi qərara alıblar.


"İlkin görüşlərə ABŞ tərəfindən dövlət katibi Marko Rubio rəhbərlik edəcək. Onunla birlikdə daha sonra təyin olunacaq digər şəxslər də iştirak edəcək. Görüşün yeri hələ müəyyənləşdirilməyib. Daha sonra Prezident Vladimir Putin və mən razılaşdırılmış məkanda — Macarıstanın Budapeşt şəhərində görüşəcəyik. Məqsədimiz Rusiya və Ukrayna arasında olan bu “biabırçı" müharibəyə son qoymaq imkanlarını müzakirə etməkdir", - deyə Tramp sosial media hesabında yazıb.

Maraqlıdır, bu dəfəki görüşdən gözləntilər nədir? Konkret nəticə əldə olunacaqmı?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Orucov Trampla Putinin oktyabrın sonlarında Budapeştdə planlaşdırılan görüşünün Ukrayna–Rusiya müharibəsinin dayandırılmasına müsbət təsir göstərəcəyini düşünmür:


"Bundan əvvəl də ABŞ-nin təşəbbüs və cəhdləri nəticəsiz qalıb, Kreml isə işğalçı müharibəsini davam etdirib. Hətta cari ilin avqustunda Alyaskada keçirilən Tramp–Putin görüşü, yüksək səviyyədə qarşılanma və aparılan müzakirələr də heç nəyi dəyişmədi. Əksinə, Rusiya hücumlarının intensivliyini və miqyasını artırdı, mülki obyektləri və enerji sektorunu hədəfə aldı, şəhərləri və yaşayış məntəqələrini bombalamaqda davam etdi.

Trampın sistemsiz siyasəti Putini bir qədər də cəsarətləndirdi. NATO səmasını pozdu, hədələyici tonunu daha da sərtləşdirdi. Qərbdən fərqli olaraq, Tramp administrasiyası Rusiya ilə əlverişli sövdələşməyə can atır. ABŞ üçün Ukraynanın təhlükəsizliyi və ərazi bütövlüyü prioritet deyil. Əsas məqsəd – müharibəni dayandırmaq, Rusiya ilə ticari əlaqələri bərpa etmək və Pekinin Moskva üzərindəki təsirini azaltmaqdır".


Ekspertin sözlərinə görə, Alyaska görüşü bir daha sübut etdi ki, güzəştlərlə Kremli dayandırmaq, onu təcavüzkar planlarından döndərmək mümkün deyil. Əksinə, bu güzəştlər Putində özünə inamı artırır və ambisiyalarını dərinləşdirir. Nəzərdə tutulan Macarıstan görüşündə də eyni mənzərə gözlənilir. Tramp Qərbsiz və Ukraynanın maraqlarına əhəmiyyət vermədən qazanmaq istəyir. Lakin Ukrayna–Rusiya müharibəsi Qərbin təhlükəsizlik arxitekturasının qorunmasında mühüm həlqədir. Əgər bu həlqə qırılarsa, domino effekti yaranacaq və Moskva təsir zonalarını genişləndirmək həvəsinə düşəcək. Qərbin də Tramp–Putin görüşündən narahatlığı məhz bundandır: Birləşmiş Ştatların yenidən Rusiyaya ciddi güzəştlərə gedəcəyi və Putinin tələsinə düşəcəyi ehtimal edilir.


Analitik əlavə edib ki, Zelenski ilə Trampın son görüşlərindən çıxarılan nəticələr Qərb paytaxtlarında təşviş yaradıb:

"Haqlı olaraq, ABŞ-nin təklif etdiyi “ərazi əvəzində sülh” prinsipi İkinci Dünya müharibəsi ərəfəsində Çexiyanın Sudet vilayətinin Hitlerə güzəştə gedilməsi ilə müqayisə olunur. Putinin mövqeyi və niyyətləri aydındır – o, bir addım da geri çəkilmək niyyətində deyil. Ukraynanın və onun qərbli müttəfiqlərinin mövqeyi isə dəyişməzdir. Belə olan halda, Macarıstanda Putin–Tramp görüşü ən yaxşı halda bəzi humanitar razılaşmalarla və nümayəndə heyətlərinin yenidən bir araya gələrək detalları müzakirə etməsi ilə nəticələnə bilər. Əgər cəbhə xəttində müvəqqəti atəşkəs əldə edilərsə, bu, ilk və əhəmiyyətli uğur hesab oluna bilər".

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Kiprdə SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Bütün Xəbərlər