Gürcüstanlı ekspert: “Rusiya ərazilərimizi qaytarmadan bu, mümkün deyil!”

Gürcüstanlı ekspert: “Rusiya ərazilərimizi qaytarmadan bu, mümkün deyil!”
02.12.2025 17:51 Təhlil

Gürcüstanda ölkənin Aİ və NATO-ya üzvlüyünə qarşı çıxan “Birləşmiş Neytral Gürcüstan” partiyasının təsis qurultayı keçirilib.


Partiyanın lideri Vato Şekarişvili Qərbə inteqrasiyanı “ilüziya” adlandırıb və bildirib ki, neytral status Gürcüstana ərazi bütövlüyünü bərpa etməyə, tranzit rolunu gücləndirməyə və suveren iqtisadi siyasət həyata keçirməyə imkan verəcək. Onun sözlərinə görə, ölkə Qərb kursunu davam etdirsə, Vaşinqton və Brüssel Tbilisiyə təsir göstərməyi davam etdirəcək. 


Maraqlıdır, “Neytrallıq” konsepsiyasının Gürcüstanın siyasi gündəminə daxil olması ölkənin Aİ-NATO kursuna və Qərb-Rusiya təsir balansına necə təsir göstərə bilər? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan gürcüstanlı politoloq Giorgi Qoqua bildirib ki, neytrallıq ideyası kağız üzərində mümkün olsa da, praktikada gerçəkləşməsi mümkün görünmür:

"Gürcüstan üçün neytrallıq nəzəri cəhətdən mümkündür, amma real şəraitdə onun həyata keçirilməsi çox çətindir. Əsas səbəb işğal olunmuş ərazilərdir. Ölkənin təxminən 20 faizi — Abxaziya və Tsıxnval (Osetiya) regionu — Rusiya nəzarəti altındadır. Gürcüstan bütün ərazisinə tam nəzarət etmədiyi müddətdə neytral statusun beynəlxalq səviyyədə tanınması demək olar ki, mümkün deyil".

Onun sözlərinə görə, vəziyyəti mürəkkəbləşdirən digər məsələ isə geosiyasi mühitdir. Gürcüstan ətrafında böyük təsir imkanlarına və müxtəlif maraqlara malik ölkələr — Rusiya, Türkiyə və İran yerləşir. Neytrallığın tanınması və qorunması üçün qonşuların bu statusa hörmət etməsi vacibdir, lakin regionda vəziyyət qeyri-sabit olduğundan bunun təmin edilməsi çətinləşir.


Ekspert, həmçinin prosesin mümkünsüzlüyünün bəzi vacib səbəblərini açıqlayıb:

“Bundan başqa, Gürcüstanın neytral ölkələrdə olduğu kimi təhlükəsizlik təminatları yoxdur. Məsələn, İsveçrə və Avstriya kimi dövlətlərin neytral statusu beynəlxalq zəmanətlərlə möhkəmləndirilib. Gürcüstan isə hazırda belə zəmanətlərə malik deyil. Üstəlik, ölkə Konstitusiyasında NATO və Avropa İttifaqına inteqrasiya kursu təsbit edilib və bu yoldan imtina çox ciddi daxili siyasi dəyişikliklər tələb edir”.

Gürcüstanlı analitik, həmçinin əlavə edib ki, hazırkı şəraitdə Gürcüstan üçün neytrallıq praktik deyil:


“Nəzəri baxımdan neytrallıq yalnız böyük dəyişikliklər baş verərsə mümkün ola bilər: ərazilərin deokkupasiyası, beynəlxalq təhlükəsizlik zəmanətləri, daxili siyasi konsensus və müdafiə qabiliyyətinin gücləndirilməsi. Lakin mövcud şərtləri nəzərə aldıqda neytrallıq hazırda daha çox ideya səciyyəsi daşıyır, nəinki ölkənin təhlükəsizliyini təmin edə biləcək real variant”.  

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub 09:12 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 All News