Generalın SSENARİSİ təvşiş yaratdı: Risk pəncərəsi açılır!

Generalın SSENARİSİ təvşiş yaratdı: Risk pəncərəsi açılır!
29.01.2026 15:32 Təhlil

NATO ilə Rusiya arasında mümkün hərbi qarşıdurma ilə bağlı Qərb məkanında səsləndirilən açıqlamalar yenidən diqqət mərkəzindədir. 

Almaniya Bundesverinin Birləşmiş Dəstək Komandanlığının qərargah rəisi, general-leytenant Gerald Funkenin “The Times” qəzetinə verdiyi müsahibədə yaxın üç il ərzində NATO-nun Rusiya tərəfindən hücuma məruz qala biləcəyi ehtimalını səsləndirməsi müzakirələri daha da intensivləşdirib.  

Bəs bu tip bəyanatlar doğrudanmı yaxın hərbi riskin göstəricisidir, yoxsa alyansın çəkindirmə və hazırlıq strategiyasının tərkib hissəsidir?  

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Anar İsayev bildirib ki, bu bəyanatlar real və dərhal müharibə təhlükəsindən daha çox, NATO-nun risk qiymətləndirməsi və çəkindirmə strategiyasının tərkib hissəsidir. 


Onun sözlərinə görə, bu açıqlamaları “boş bəyanat” kimi qiymətləndirmək də doğru olmaz:

“Bu tip açıqlamalar kəşfiyyat məlumatına əsaslanan konkret hücum planının açılması deyil. Daha çox NATO daxilində aparılan ən pis ssenari planlaşdırması, alyansın hazırlıq səviyyəsini artırmaq istəyi, eyni zamanda Moskva üçün psixoloji-siyasi çəkindirmə mesajıdır. NATO hər zaman “3–5 illik risk pəncərəsi” ilə danışır. Bu, “hücum olacaq” demək yox, “olarsa, hazır olmalıyıq” yanaşmasıdır”.

Politoloq Rusiyanın real olaraq NATO-ya hücum ehtimalına da toxunub və hazırkı mərhələdə bu riskin aşağı olduğunu, lakin tam istisna edilmədiyini vurğulayıb:

“Hazırkı vəziyyətdə Rusiya üçün NATO-ya hücum ehtimalı aşağıdır, amma sıfır deyil. Bunun əsas səbəbi Rusiyanın Ukraynada hələ də böyük resurs itirməsidir — canlı qüvvə, texnika və iqtisadiyyat baxımından ciddi itkilər davam edir. Digər tərəfdən, NATO ilə birbaşa münaqişə nüvə eskalasiyası riski daşıyır. ABŞ və Avropanın sənaye və hərbi üstünlüyü hələ də Rusiyadan qat-qat böyükdür”.

A.İsayev hesab edir ki, geosiyasi balansda dəyişiklik olacağı təqdirdə Kremlin davranışı fərqli ola bilər:


“Əgər Kreml NATO-nun zəiflədiyini və ya parçalandığını hiss etsə, məsələn, ABŞ-də izolasionizm güclənsə, Baltik regionunda “lokal və sürətli” test ssenarisi — Litva, Latviya və ya Estoniya üzərindən nəzəri olaraq istisna edilmir”.  

Ekspert Almaniyanın bu proseslərin mərkəzində yer almasının təsadüfi olmadığını da qeyd edib:

“Almaniya Avropada NATO-nun əsas logistika və arxa cəbhə ölkəsi hesab olunur. Litvada yerləşdirilən alman briqadası “tripwire force” rolunu oynayır. Yəni hücum olarsa, avtomatik olaraq NATO-nun bütün mexanizmləri işə düşür. Berlin artıq yalnız iqtisadi güc deyil, eyni zamanda hərbi aktor roluna qayıdır”.

Politoloq bu tip açıqlamaların əsas məqsədinə də aydınlıq gətirib. Onun fikrincə, burada qorxu yaratmaqdan daha çox, hərbi-siyasi hazırlıq və ictimai rəyin formalaşdırılması ön plandadır:

“ABŞ-nin təkidindən sonra Avropa Birliyi dövlətləri müdafiə xərclərinin artırılmasını nəzərdə tutan qərarlar qəbul ediblər. Artıq Aİ ölkələri ÜDM-in təxminən 5%-ni müdafiə xərclərinə yönləndirməyi planlaşdırır. Bu cür qərarları ictimaiyyətə izah və əsaslandırmaq üçün belə açıqlamalara ehtiyac yaranır”.

Anar İsayev sonda vurğulayıb ki, generalın səsləndirdiyi fikirlər real və yaxın təhlükənin mövcudluğunu deyil, daha çox real riskin nəzəri imkanını göstərir.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 All News