Fransadan Ermənistana milyonluq silah dəstəyi: Məqsəd nədir?

Fransadan Ermənistana milyonluq silah dəstəyi: Məqsəd nədir?
04.11.2025 13:08 Təhlil

Ermənistan 2023–2024-cü illərdə Fransa ilə 274,5 milyon avro dəyərində silah tədarükü müqaviləsi imzalayıb. Fransa Silahlı Qüvvələr Nazirliyinin parlamentə təqdim etdiyi hesabatda bildirilir ki, yeni texnika, hərbi təlimlər və birgə əməliyyatlar yalnız müdafiə xarakteri daşıyır.

Məlumata görə, 2023-cü ildə İrəvanda Fransa müdafiə missiyasının yaradılması iki ölkə arasında hərbi əməkdaşlığı gücləndirib. Fransa Ermənistanı “Sezar” tipli özüyeriyən haubitsalar, 15 ədəd tank əleyhinə raket və onların buraxılış qurğuları ilə təmin edir. 2022-ci ilə qədər bu ölkə Ermənistana demək olar ki, silah tədarük etmirdi.

Bəs bu addımların yalnız müdafiə xarakteri daşıması nə qədər realdır?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Mustafa bildirib ki, Fransanın Ermənistana silah dəstəyi uzunmüddətli siyasi əlaqələrin davamıdır:


"Ermənistan və Fransa arasında əməkdaşlıq yeni deyil. Onsuz da bu iki ölkə arasında həmişə dostluq münasibətləri mövcud olub. 2022-ci ildən sonra Fransanın Ermənistanın silahlandırılmasında rolunun artmasının isə özünəməxsus səbəbləri var".

Politoloq qeyd edib ki, Fransa Ermənistanın silah boşluğunu doldurur:

"Əvvəla, Avropa ölkələri Ermənistanın ənənəvi silah tədarükçüsü olan Rusiyadan asılı qalmasını istəmir. Ermənistan da Rusiya ilə əlaqələrinin zəifləməsində maraqlıdır. Yaranmış bu boşluğu isə Fransa doldurmağa çalışır".

Onun sözlərinə görə, silahlanma daha çox müdafiə və siyasi maraqlara xidmət edir:

"Bununla belə, Azərbaycanın hərbi gücü və imkanları ilə müqayisədə Ermənistanın silahlanması balans yarada bilmir. Bu baxımdan, proses daha çox müdafiə xarakteri daşıyır. Fransa həm silah ixracatçısı kimi Ermənistana bazar gözü ilə baxır, həm də Cənubi Qafqazda maraqlarını bu ölkə üzərindən həyata keçirməyə çalışır".

Ekspert vurğulayıb ki, Ermənistan hərbi rəqabətdən uzaqlaşıb:

"Eyni zamanda, Ermənistanın son aylarda müdafiə xərclərini azaltması, hərbi xidmət müddətini qısaltması göstərir ki, rəsmi İrəvan Azərbaycanın hərbi gücü ilə rəqabət apara bilməyəcəyini anlayır və daha çox sülh istiqamətinə üstünlük verir".

Ə.Mustafa son olaraq əlavə edib ki, ümumilikdə, Fransa–Ermənistan əməkdaşlığı daha çox siyasi konjonktura və Fransa-Ermənistan münasibətlərinin tarixi fonu ilə əlaqədardır. Bu əməkdaşlıq Ermənistana müdafiə imkanlarından artıq üstünlük vəd etmir.

Jalə Rövşən

NEWS FEED
15 JUNE 2026
ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 ABŞ və İranın ortaq tələbi cavabsız qaldı: İsrail geri addım atmır 21:26 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 All News