Ermənistanın ən böyük itkisi, ölkə Xamenei üçün göz yaşı tökür...

Ermənistanın ən böyük itkisi, ölkə Xamenei üçün  göz yaşı tökür...
03.07.2026 10:34 Təhlil

Bu gün səhər saatlarından İranda ölkənin mərhum Ali Lideri Seyid Əli Xameneinin vida mərasiminə start verilib. Mərasimin proqramına əsasən, vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək. Sabiq dini liderin cənazəsi iyulun 8-də İraqa aparılacaq. Bütün mərasimlərdən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılacaq.

Ermənistanın daxili sosial şəbəkə seqmentində (Telegram və Facebook) apardığımız  monitorinqlər göstərir ki, ölkə daxilində sıravi kütlə arasında Xamenei üçün kütləvi matəm aksiyaları keçirilməsə də, ermənidilli iranpərəst analitik dairələr və müəyyən siyasi qruplar Xameneini xüsusi həssaslıqla yad edirlər.

Onlar regional layihələr və Zəngəzur dəhlizi kontekstində ölkənin maraqlarını qorumaq üçün rəsmi İrəvanın İranla eyni narrativi bölüşməsinin vacibliyini önə çıxarırlar. Eyni zamanda, İranın İrəvandakı səfirliyində də xatirə kitabının imzalanması və diplomatik matəm ritualları təşkil olunub.

İranda yaşayan etnik erməni icması və dini institutları matəm prosesində rəsmən və aktiv şəkildə iştirak edirlər.

Tehrandakı Kilikya Katolikosluğuna tabe olan Erməni Apostol Kilsəsinin yepiskopluğu rəsmi başsağlığı bəyanatı yayıb və İrandakı kilsələrdə xüsusi xatirə və dua mərasimləri təşkil edib.

İran parlamentindəki erməni icmasının deputatları (Ara Şahverdiyan və Robert Beqlaryan) icma adından bəyanatlar verərək Tehrandakı rəsmi cənazə yürüşlərinə qatılıblar. İcmanın mədəniyyət və idman mərkəzləri isə Xameneinin İrandakı xristian azlıqlara qarşı siyasətini vurğulayan matəm paylaşımları ediblər. 

Jalə Rövşən

XƏBƏR LENTİ
03 IYUL 2026
Hikmət Hacıyev dünya şöhrətli professorla görüşdü 13:05 Goranboyda itkin-şəhid Rauf Əhmədovla vida mərasimi keçirildi 13:01 Naxçıvanda uşağa peyvəndi səhv vurdular, izi itirmək üçün sənədləri saxtalaşdırdılar - İDDİA 12:50 İtkin-şəhid Dəyanət Musayev dəfn edildi 12:47 Alleqri “Napoli”nin baş məşqçisi təyin olundu 12:38 Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - VİDEO 12:16 Paşinyan Pezeşkianla Tehranda danışıqlar aparır 12:11 Azərbaycandan Ermənistana tonlarla buğda göndərildi? AÇIQLANDI 12:03 Pakistanda avtobus dərəyə aşdı - 40 nəfər ölüb 11:54 Prezident Aleksandr Lukaşenkoya təbrik ünvanladı 11:34 Paşinyanın ən yaxın silahdaşı belə “vuruldu” – Simonyanla bağlı şok iddialar 11:25 İsrail Qalibaf və Əraqçini hədəfə aldı: sui-qəsd planı belə pozuldu – İnanılmaz detallar 11:22 Fransada anomal istilər qırğın törədir: Bir həftədə 2 mindən çox şəxs... 11:18 Moldovanın Baş naziri istefa verdi 11:11 İlkin hərbi qeydiyyatda əyani təmasa son: Valideynlərin və çağırışçıların işi asanlaşır 11:05 Dövlət torpaqlarını qanunsuz satanlar cinayət məsuliyyətinə cəlb olundu 10:56 Azərbaycan neftinin ucuzlaşması büdcəyə necə təsir edəcək? - AÇIQLANDI 10:37 Ermənistanın ən böyük itkisi, ölkə Xamenei üçün göz yaşı tökür... 10:34 Niyə azərbaycanlılar Əliyevə alternativ görmürlər? 10:32 Sevgilisi tərəfindən tərk edilmiş, qohumu tərəfindən öldürülən azərbaycanlı qıza erməni qadınından inanılmaz əməl 10:10 Əmtəə bazarlarında qızıl növbəti rekorda yaxınlaşır? 09:53 DÇ-2026: 1/8 finalın 6 cütlüyü müəyyənləşdi 09:47 Brent neftində müsbət tendensiya davam edir 09:36 İranda Xameneinin vida mərasimi başladı - VİDEO 00:06 Paşinyan Tehrandadır 09:21 Bütün Xəbərlər