Ermənistan QAZAXISTAN variantını təklif etdi – Moskvadan SƏRT REAKSİYA gəldi

Ermənistan QAZAXISTAN variantını təklif etdi – Moskvadan SƏRT REAKSİYA gəldi
31.03.2026 15:11 Təhlil

Rusiyanın nəqliyyat naziri Andrey Nikitin “RİA”ya müsahibəsində bildirib ki, 

Moskva Qazaxıstan üçün Ermənistanın dəmir yollarının idarə olunmasına görə güzəşt danışıqları aparmır.      

“Birincisi, heç kimə heç bir güzəşt etmək planımız yoxdur. İkincisi, Ermənistandakı həmkarlarımız və tərəfdaşlarımız bu məsələləri bizimlə rəsmi səviyyədə müzakirə etməyiblər”, - deyə Nikitin vurğulayıb. 

Sözügedən mövzunu politoloq Əli Mustafa TodayPress TV-yə şərh edib. 


O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Ermənistanda dəmir yollarını idarə etməsini istəmir:   

“Səhv etmirəmsə, 2038-ci ilə qədər Rusiya belə bir hüquqa malikdir. Bununla belə, Rusiya Ermənistan dəmir yollarının inkişafına lazım olan sərmayəni qoymur, yəni onların bərpasına və modernləşdirilməsinə maliyyə ayırmır. Ola bilər ki, indi imkanları yoxdur və ya Paşinyan hakimiyyəti ilə Rusiya hələlik bu məsələləri müzakirə etmək istəmir”.   

O bildirib ki, alternativ kimi üçüncü ölkənin bu sistemin idarəsini  üzərinə götürməsi məsələsi gündəmdədir:

“Hər halda, Qazaxıstan türk dövləti olsa da, Qazaxıstan-Ermənistan münasibətləri yaxşıdır və indiki hakimiyyətlə münasibətləri stabildir. Əgər Rusiyanın ciddi etirazı olmazsa, bu mümkündür. Amma belə başa düşürəm ki, hələlik Qazaxıstana bu hüquq verilmir. Yalnız maliyyə imkanları olan, Ermənistan dəmir yollarına sərmayə qoymağa qadir bir dövlət bu vəzifəni üzərinə götürə bilər”. 

Analitik hesab edir ki,  Rusiya buna mane olacaq: 

“Burada əvvəlcə Ermənistan hökumətinin mövqeyi mühümdür. Həm Rusiyanın öz vəziyyəti, həm də İrandakı proseslərin gedişatı müəyyən risklər yaradır. Bu məsələ bir müddət təxirə salına bilər.  Eyni zamanda mümkündür ki, Rusiya və Ermənistan arasında razılıq əldə olunarsa, dəmir yollarının idarə olunması hansısa bir ölkəyə verilsin. Amma düşünürəm ki, hələlik Rusiya buna mane olacaq. Moskva ən azı seçkilərə qədər çalışacaq ki, Ermənistanda müsbət tendensiyalar yaranmasın və Paşinyan bunu siyasi dividentə çevirə bilməsin. Yalnız seçkilərdən sonra bu mümkündür”. 

Əli Mustafa sonda vurğulayıb ki, hər bir halda Ermənistan Rusiyanın burada qalmasını istəmir: 

“Ermənistan dəmir yolları köhnədir və sovet dövründən qalıb. Bildiyim qədər, Rusiya ora müəyyən qədər sərmayə qoyub və bəzi işlər görüb, amma bu kifayət etmir. Ermənistan dəmir yollarının yenilənməsi üçün ciddi vəsait lazımdır, amma ölkənin özü bunu həyata keçirə bilmir. Odur ki, hansısa üçüncü ölkə bu vəzifəni üzərinə götürsə və tərəflər razılaşsa, bu mümkündür. Və istisna deyil ki, həmin ölkə Qazaxıstan da ola bilər”.            

Qeyd edək ki, 2008-ci ilin fevral ayında Ermənistan respublikanın dəmir yolu nəqliyyat sistemini Rusiya Dəmir Yollarının törəmə müəssisəsi olan Cənubi Qafqaz Dəmir Yollarının idarəçiliyinə təhvil verən müqavilə imzalayıb. Müqavilə 30 illikdir və əlavə on illik uzadılma imkanını nəzərdə tutur.

2025-ci ilin dekabrında Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı tərəfdaşlarından dəmir yolunun Türkiyə və Azərbaycanla sərhədlərə aparan hissələrini tez bir zamanda bərpa etmələrini istəyib (bu hissələr Ermənistan və ABŞ arasında "Tramp marşrutu" nəqliyyat layihəsinin həyata keçirilməsi üçün lazımdır). 

Martın əvvəlində isə Baş nazir Rusiya ilə dəmir yolu idarəetməsinin Qazaxıstan, BƏƏ və ya Qətər kimi başqa bir ölkəyə verilməsi ilə bağlı müzakirələr apardıqlarını açıqlayıb. 

Son olaraq martın 26-da Paşinyan ümid etdiyini bildirmişdi ki, Rusiya və Ermənistan idarəetmənin qazax tərəfdaşlara verilməsi barədə razılığa gələcək. Lakin indiyədək onun rusiyalı tərəfdaşları bu variantı təsdiqləməyiblər.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 All News