Ərdoğanın Zəngəzur dəhlizi açıqlaması: Cənubi Qafqazda nələr dəyişəcək? - Hasan Oktayın ŞƏRHİ

Ərdoğanın Zəngəzur dəhlizi açıqlaması: Cənubi Qafqazda nələr dəyişəcək? - Hasan Oktayın ŞƏRHİ
08.07.2025 17:09 Təhlil

“Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli barış modeli qurulmalı, Ermənistanın normallaşması təmin edilməli və bu ölkənin Türkiyə üzərindən Qərbə inteqrasiyasının yolu açılmalıdır”.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, türkiyəli politoloq Hasan Oktay bunu TodayPress TV-yə danışarkən deyib.

O, Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra torpaqlarını işğaldan azad etməsindən bəhs edib:

“Müharibə boyunca Türkiyə bölgəyə diqqətini və Azərbaycana dəstəyini ən yüksək səviyyədə nümayiş etdirdi. 10 noyabr razılaşmasından sonra Zəngəzur dəhlizi ilə bağlı gözlənti həm Azərbaycan, həm də Türkiyədə ciddi bir perspektiv olaraq formalaşdı. Çünki Rusiya 1960 hərbçisini Qarabağa yerləşdirməklə Donbas, Osetiya və Abxaziya kimi Rusiyaya bağlı ərazilər modelini burada da tətbiq etmək istəyirdi. Həmin ərazini möhkəmləndirmək və təminatını təmin etmək məqsədilə 10 noyabr razılaşmasının 4-cü bəndinə Laçın dəhlizi məsələsi daxil edilmişdi. Laçın dəhlizi – Azərbaycan ərazisindən keçərək Ermənistanla Qarabağı birləşdirən və Rusiyanın nəzarətində olan strateji keçid idi. Halbuki tarixi baxımdan Laçın bölgəsində dəhliz anlayışı mövcud deyildi. Məhz bu reallıqdan irəli gələrək, Türkiyə və Azərbaycan ictimaiyyəti Laçın dəhlizinə qarşılıq olaraq Zəngəzur dəhlizinin də gerçəkləşdirilməsini gözləməyə başladılar”.

Ekspert qeyd edib ki, Rusiya Laçın dəhlizinin əlində qalmasını təmin etmək və bu məsələ ətrafında yeni mübahisələrin yaranmasının qarşısını almaq üçün Zəngəzurla bağlı gözləntiləri qəsdən stimullaşdırıb. Zaman keçdikcə, Azərbaycanın Laçın dəhlizinə nəzarəti bərpa etməsi, vətəndaş cəmiyyətinin aksiyalar keçirərək həmin yolu bağlaması Rusiyanın uzunmüddətli planlarına ciddi əngəl olub. Rusiya isə, vaxtaşırı Ermənistanla Azərbaycan arasında toqquşmaların baş verməsinə şərait yaradaraq Qarabağdakı “sülhməramlı” qüvvələrinin orada qalma müddətini uzatmağa çalışıb.

Politoloqun fikrincə, Ermənistanla Azərbaycan arasında hər hansı dəhliz və ya nəqliyyat yolunun açılması üçün öncə iki ölkə arasında sülh müqaviləsi imzalanmalı, tərəflər bir-birini və sərhədlərini tanımalıdır. O, qeyd edib ki, Türkiyə bu məsələdə daim üçtərəfli sülh sazişini təşviq edir:

“İki dövlət arasında qarşılıqlı razılaşma olmadan hər hansı keçidə icazə verilməsi real görünmür. Ermənsitan Baş naziri Nikol Paşinyan Türkiyəyə gələndə "Sülh Yolu" adlandırdığı prosesdən bəhs edir, “Ədalətli Yaddaş” anlayışı ətrafında öz siyasi mövqeyini formalaşdırmağa çalışır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoöanın son olaraq Azərbaycandan dönüşdə, təyyarədə jurnalistlərlə söhbətində Zəngəzur dəhlizi ilə bağlı ifadə etdiyi fikirlərdən mövqeyini görmüş olduq. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmadan bir dəhlizin açılmasını gözləmək hazırkı şəraitdə “suya yazı yazmaq” qədər qeyri-mümkündür.

Təcili olaraq hazırda Paşinyanın zəifləyən siyasi mövqeyindən də istifadə edərək Türkiyə-Ermənistan-Azərbaycan Üçtərəfli Sülhü təsis etmək zəruridir. Bu sülh razılaşması əldə olunduqdan sonra 10 noyabr atəşkəs bəyanatının 9-cu maddəsində nəzərdə tutulan keçmiş Sovet dövründəki kimi Bakı ilə İrəvan arasında mövcud olmuş dəmir yolları, avtomobil yolları, poçt və teleqraf xətləri kimi əlaqələrin bərpası mümkün ola bilər. Hazırda dövlətlər bir-birini tanımalı, sərhədlər qarşılıqlı olaraq qəbul edilməlidir. Əgər bundan sonra bir dəhliz açılacaqsa, bu məsələ ikitərəfli görüşlər çərçivəsində masada müzakirə olunaraq nəticəyə gəlinə bilər. Lakin bu cür razılaşma olmadan Zəngəzur dəhlizinin açılacağını gözləmək, beynəlxalq münasibətlər və diplomatik mexanizmlər baxımından reallıqdan uzaq mövqe deməkdir”.

Hasan Oktay diqqətə çatdırıb ki, bölgədəki potensial, sülh imkanları nəzərə alınaraq təxirəsalınmaz şəkildə Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli barış modeli qurulmalı, Ermənistanın normallaşması təmin edilməli və bu ölkənin Türkiyə üzərindən Qərbə inteqrasiyasının yolu açılmalıdır. Beləliklə, artıq 200 ildir Rusiya ilə birlikdə bölgədə siyasət aparan və Cənubi Qafqazda Rusiyanın maraqlarını ifadə edən Ermənistanın normallaşması və bölgədə sabitliyin, təhlükəsizliyin və regional dövlətlərin sağlam zəmində fəaliyyət göstərməsinin əsası qoyula bilər.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə açıqlamasında deyib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar yaradacaq. 

Xatırladaq ki, bir müddət öncə ABŞ-dəki tanınmış “beyin mərkəzəri”ndən olan Kornegi Fondu Amerikanın Zəngəzur dəhlizinin ABŞ şirkətinin nəzarətinə verilməklə açılması təklifi irəli sürdüyünü iddia etmişdi.

Qiymət Mahir

FOTOLAR

Ərdoğanın Zəngəzur dəhlizi açıqlaması: Cənubi Qafqazda nələr dəyişəcək? - Hasan Oktayın ŞƏRHİ — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 Bütün Xəbərlər