Ən ağıllı erməni: "Çıxış yolumuz Bakı və Ankaradır!'"

Ən ağıllı erməni: "Çıxış yolumuz Bakı və Ankaradır!'"
08.04.2026 12:06 Təhlil

ABŞ, İsrail və İran arasında fevralın sonundan bəri davam edən müharibədə aprelin 8-də iki həftəlik atəşkəs razılaşması əldə olunub. 


Bu proses Cənubi Qafqaza, xüsusilə Ermənistana birbaşa təsir göstərir. Martın 5-də İran dronlarının Naxçıvan Beynəlxalq Aeroportuna vurduğu zərbə regionda gərginliyin nə qədər asanlıqla yayıldığını göstərdi. Eyni zamanda ABŞ-nin dəstəklədiyi TRIPP (Trump Route for International Peace and Prosperity) nəqliyyat dəhlizinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar artıb.

Bu yeni geosiyasi reallıq Ermənistanın xarici siyasət strategiyasını yenidən düşünməyə vadar edir. Kiçik dövlət kimi Ermənistan böyük oyunçuların müharibə məntiqindən kənarda qala bilmir və öz təhlükəsizlik risklərini minimuma endirmək məcburiyyətindədir.

TodayPress TV-yə danışan erməni jurnalist Natali Aleksanyana görə, Ermənistan ətrafında formalaşan yeni geosiyasi reallıq uzun illər boyu kök salmış yanaşmalara yenidən baxmağı zəruri edir:


“Yaxın Şərqdə gərginliyin artması, xüsusilə ABŞ–İsrail–İran üçbucağında baş verən proseslər sadə həqiqəti göstərir: kiçik dövlətlər böyük oyunçuların məntiqi ilə yaşaya bilməzlər. Bu şəraitdə Ermənistan üçün əsas prioritet geosiyasi düşərgələr arasında seçim etmək deyil, ən yaxın və həssas istiqamətlərdən başlayaraq öz risklərini azaltmaq olmalıdır. Bu istiqamətlər isə aydındır: Türkiyə və Azərbaycan. Burada yanaşmanın mahiyyətini düzgün anlamaq vacibdir. Söhbət emosiyalardan, tarixi qiymətləndirmələrin yenidən nəzərdən keçirilməsindən və ya ümumiyyətlə dostluqdan getmir. Söhbət dövlət maraqlarından irəli gələn, mərkəzində sabitliyin təmin olunması dayanan soyuq, hesablanmış siyasətdən gedir”.

Jurnalistin qənaətincə, Ermənistan təhlükəsizlik sahəsində əsas risklərinin birbaşa regiondan qaynaqlandığını nəzərə almaya bilməz:

“Deməli, əgər gərginliyi azaltmaq, kommunikasiyaları açmaq, daha proqnozlaşdırıla bilən mühit formalaşdırmaq üçün, hətta məhdud da olsa, imkan mövcuddursa, bu imkandan istifadə olunmalıdır. Çünki azaldılmış hər bir risk qazanılmış vaxt deməkdir, belə şəraitdə isə vaxt ən qiymətli resursdur. Eyni zamanda belə siyasət Ermənistana tez-tez öz maraqlarını rəhbər tutan və hər zaman real təhlükəsizlik zəmanətləri verməyə hazır olmayan xarici qüvvələrdən daimi asılılıq vəziyyətindən çıxmağa imkan verir. Regionda gərginlik səviyyəsi azaldıqca, xarici təsir rıçaqları da zəifləyir. Bu yanaşma narahat görünə və ölkə daxilində tənqid doğura bilər, lakin dövlət siyasəti komfort üzərində deyil, effektivlik üzərində qurulur. Bu halda effektivlik müharibə ehtimalının maksimum dərəcədə azaldılması və gələcək üçün daha proqnozlaşdırıla bilən mühitin formalaşdırılması deməkdir”.

N.Aleksanyan düşünür ki, Ermənistan qlobal münaqişələrin gedişatını dəyişə bilməz, lakin öz yaxın mühitində gərginliyin azaldılması üzərində işləyə bilər və işləməlidir. Əgər Türkiyə və Azərbaycanla münasibətlərin mərhələli normallaşdırılması, hətta mürəkkəb və ziddiyyətli şəraitdə belə, risklərin azalmasına gətirib çıxarırsa, bu, güzəşt kimi deyil, rasional və uzaqgörən dövlət siyasəti kimi qiymətləndirilməlidir.


“Regionda gərginliyin azaldılmasına və proqnozlaşdırıla bilmənin artırılmasına yönəlmiş hər bir addım, müxtəlif dairələr tərəfindən nə qədər mürəkkəb və ziddiyyətli qəbul olunsa da, öz dəyərinə malikdir. Həmçinin qeyd etmək lazımdır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılan addımlar, hətta məhdud səviyyədə belə, vəziyyətin sabitləşdirilməsinə və yeni eskalasiya risklərinin azaldılmasına yönəlib. Bu, problemlərin tam həll edilməsi və ya ziddiyyətlərin aradan qaldırılması demək deyil. Lakin siyasətdə çox vaxt əsas nəticə yekun həll deyil, risklərin idarə olunması və vaxt qazanılmasıdır. Məhz bu baxımdan belə yanaşmalar regional gərginliyin azaldılmasına və daha proqnozlaşdırıla bilən mühitin formalaşdırılmasına yönəlmiş ayıq və praqmatik siyasətin təzahürü kimi qiymətləndirilməlidir”, - deyə N.Aleksanyan fikirini yekunlaşdırıb.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 All News