"Elçibəy" Ermənistanı uçuruma aparır...

"Elçibəy" Ermənistanı uçuruma aparır...
02.06.2026 13:20 Təhlil

Ermənistan daxilində, xüsusilə müxalifət dairələrində Nikol Paşinyanın siyasətini Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin dövrü ilə müqayisə edirlər. Bu düşüncə 2020-ci il Vətən müharibəsindən sonra gücləndi və indi də seçki öncəsi yenidən aktuallaşdı.

Maraqlıdır ki, bu müqayisələr əsasən erməni siyasətçilər və ekspertlər tərəfindən səsləndirilir. Onlar Paşinyanı “Ermənistanın Elçibəyi” adlandıraraq, hər iki liderin siyasətinin ölkələri üçün ağır nəticələr doğurduğunu vurğulayırlar.

Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan 2021-ci ildə verdiyi müsahibədə açıq şəkildə demişdi:

Əbülfəz Elçibəyin Azərbaycanda rəhbərliyi Birinci Qarabağ müharibəsində bizə çox kömək etdi... İndi Azərbaycan ondan istifadə edir ki, bizim də öz Elçibəyimiz var". Manukyan Paşinyanı “rəngli inqilab” nəticəsində hakimiyyətə gələn və ölkəni böhrana sürükləyən şəxs kimi təsvir edir. O, Elçibəyin milliyyətçi və anti-Rusiya mövqeyinin Azərbaycana necə zərər verdiyini, eyni şəkildə Paşinyanın da Ermənistanı zəiflətdiyini qeyd edir.

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da Paşinyanı “erməni Elçibəyi” adlandırıb. Bu müqayisə erməni cəmiyyətində geniş müzakirə olunub. Koçaryan və onun tərəfdarları Paşinyanın siyasətini ölkəni daxili parçalanmaya, hərbi məğlubiyyətə və beynəlxalq təcridə aparan yol kimi görürlər – eynilə 1990-cı illərin əvvəllərində Elçibəy dövründə Azərbaycanın yaşadığı kimi.

Bəzi erməni nəşrlərində Paşinyan “kəpənək Elçibəy” (yapışqan, davamlı variant) adlandırılır və onun idarəçilik tərzi yeni torpaq itkilərinə səbəb ola biləcəyi xəbərdarlığı verilir. Bu ritorika xüsusilə 44 günlük müharibədən sonra və seçki kampaniyaları zamanı güclənib.

Erməni təhlilçilərə görə, hər iki lider “xalq hakimiyyəti”, demokratiya və anti-korrupsiya şüarları ilə gəlib, lakin ölkəni dərin böhrana sürükləyiblər. Elçibəy dövründə Azərbaycan daxili qarşıdurmalar, iqtisadi çöküş və ordu zəifliyi ilə üzləşmişdi. Paşinyan dövründə isə erməni müxalifəti eyni problemləri – cəmiyyətin parçalanmasını, hərbi məğlubiyyəti və idarəçilik böhranını qeyd edir.

Onlar deyirlər ki, Elçibəyin radikal milliyyətçiliyi və Rusiya ilə münasibətləri pisləşdirməsi Azərbaycana qarşı birləşmiş müqavimət yaratmışdı. Paşinyanın da bəzi addımları xüsusilə Rusiya ilə münasibətlərdəki dalğalanmalar - Avrasiya İqtisadi Birliyi və Avropa Birliyi  məsələsində toqquşmalar Ermənistanın strateji tərəfdaşlarını uzaqlaşdırdığı kimi qiymətləndirilir.

Birinci Qarabağ müharibəsində Elçibəy dövrü Azərbaycan üçün ağır itkilərlə yadda qalıb. İkinci Qarabağ müharibəsində isə Paşinyanın rəhbərliyi altında Ermənistan strateji əraziləri itirdi. Erməni müxalifəti bunu liderlik zəifliyi və real vəziyyəti qiymətləndirməməklə izah edirlər.

Müqayisə erməni daxili siyasətində Paşinyana qarşı tənqid silahı kimi istifadə olunur. Onlar göstərir ki, Ermənistanın öz daxilində belə Paşinyanın siyasəti böyük narazılıq doğurur və keçmiş uğursuz təcrübələrlə əlaqələndirilir.

Elçibəydən sonrakı dövrdə Azərbaycan bu illər ərzində güclü dövlətçilik, vahid rəhbərlik və praqmatik siyasət sayəsində böyük inkişaf yolu keçib. Vətən müharibəsində qazanılan Zəfər, iqtisadi yüksəliş və beynəlxalq mövqelərin möhkəmlənməsi bunu aydın göstərir. 

Ümummilli lider Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan güclü ordu qurub, iqtisadi müstəqilliyini təmin edib və 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək  Qarabağı işğaldan azad etdi.

Bu Zəfər Azərbaycan xalqının birliyi və Müzəffər Ali Baş Komandanın qətiyyətli, uzaqgörən liderliyinin təcəssümüdür. Azərbaycan öz yolunda – sülh, sabitlik və quruculuq yolunda inamla irəliləyir. Bu, indi region üçün də ən yaxşı nümunədir.

Jalə Rövşən

NEWS FEED
31 JULY 2026
UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 All News