Ekspert: "Türkiyə kənarda qalsa, sülh sazişi pozulacaq"

Ekspert: "Türkiyə kənarda qalsa, sülh sazişi pozulacaq"
31.10.2025 18:15 Təhlil

ABŞ, İsrailin etirazlarına baxmayaraq, Türkiyə hərbçilərinin Qəzza sektorunda sülhməramlı missiyada iştirakını dəstəkləyir.

“Axios” jurnalisti Barak Ravidin məlumatına görə, amerikalı rəsmilər Türkiyənin sülh sazişinin əldə olunmasında mühüm rol oynadığını bildiriblər.

Donald Trampın təklif etdiyi plana əsasən, HƏMAS və İsrail arasında atəşkəsdən sonra Qəzzada BMT mandatlı beynəlxalq hərbi kontingent yaradılacaq. Daha əvvəl bu kontingentə Misir, Türkiyə və İndoneziya kimi ölkələrin qoşulması gözlənilir. İsrail Türkiyənin iştirakına qarşı çıxmışdı. Maraqlıdır, Türkiyə bu kontengentdə iştirak edəcəkmi?     

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elşad Həsənov bildirib ki, Qəzzada atəşkəsin açarı Türkiyənin diplomatiyası oldu:

"Bəli, Qəzzada atəşkəsə nail olunmasında, yəni İsrail və Həmas, ümumilikdə isə Fələstin arasında sülhün bərqərar olmasında Türkiyənin çox böyük rolu və əməyi var. Bunu ABŞ Prezidenti Donald Tramp dəfələrlə vurğulayıb. Məhz Həmas rəhbərliyi ilə Türkiyə tərəfinin danışıqlarından sonra sülh sazişinə razılıq əldə olunub.

Donald Trampın təşəbbüsü ilə Şam Əş-Şeyxdə keçirilən Sülh Sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham  Əliyevin iştirakı da mühüm əhəmiyyət daşıyırdı. Çünki Yaxın Şərqdə sülhün əldə olunması istiqamətində Türkiyə uzun müddətdir fəal şəkildə çalışır, Azərbaycan isə hər zaman qardaş ölkə kimi bu prosesdə öz töhfəsini verir. Müharibənin dayandırılmasında da müəyyən rolumuz olub.

Əsas rolu, bir daha qeyd edirəm ki, ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oynayıblar. Çünki Həmas əvvəlcə Tramp tərəfindən təqdim edilən 20 maddəlik sülh planına razı deyildi. Ancaq Türkiyənin vasitəçiliyi sayəsində Həmas sülh razılaşmasını qəbul etdi və nəticədə müəyyən dərəcədə atəşkəsə nail olundu, əsirlərin dəyişdirilməsi baş verdi. Sonradan Həmas yaraqlılarının törətdiyi terror aktından sonra İsrail hərbi qüvvələri bir neçə əraziyə raket zərbələri endirdi. Nəticədə yüzdən çox insan həlak oldu".

Ekspert qeyd edib ki, ABŞ Türkiyənin gücünə bələddir:  

 "Hazırda isə həmin anklavda BMT-nin sülhməramlı qüvvələrinin yerləşdirilməsi məsələsi müzakirə olunur. İsrail birtərəfli şəkildə Türkiyə hərbçilərinin bu kontingentdə iştirakını istəmir. Lakin Tramp da anlayır ki, Türkiyə bu gün Yaxın Şərqdə və ümumilikdə İslam dünyasında çox güclü mövqeyə malikdir. Müsəlman ölkələri Rəcəb Tayyib Ərdoğana böyük hörmətlə yanaşır və onun sözünə etimad edirlər".

Onun sözlərinə görə, əgər bölgədə Türkiyə qüvvələri iştirak etməsə, vəziyyət gərginləşəcək:

"Hesab edirəm ki, atəşkəs tezliklə pozula bilər. Bunu nəzərə alan Tramp bildirir ki, Türkiyənin orada olması vacibdir. Həmçinin, müharibənin dayandırılmasına da Rəcəb Tayyib Ərdoğanın böyük təsiri olub. İsrail buna qarşı çıxsa da, Ərdoğan ABŞ Prezidenti Donald Trampla apardığı danışıqlar nəticəsində onu razı sala bilib və sülhün əldə olunmasına nail olunub".

Analitik son olaraq əlavə edib ki,  sülhməramlı kontingentdə mütləq Türkiyə ordusu da iştirak etməlidir. Əks halda, bu sülh sazişi də tezliklə pozula bilər.

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Ekspert: "Türkiyə kənarda qalsa, sülh sazişi pozulacaq" — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər