Dünya sülhdən danışarkən QARŞIDURMA SƏRTLƏŞİR: Çeçenistan-Ukrayna gərginliyi

Dünya sülhdən danışarkən QARŞIDURMA SƏRTLƏŞİR: Çeçenistan-Ukrayna gərginliyi
05.12.2025 17:55 Təhlil

Rusiya Prezidenti Vladimir Putinin Avropa ilə müharibəyə hazır olduqlarını açıqlamasından sonra Çeçenistan rəhbəri Ramzan Kadırov “əmr gözləyirik” deyə sərt mesaj verdi. Ardınca Ukrayna ordusu Qroznıda Təhlükəsizlik Şurasının yerləşdiyi binanı vurdu və binanın ciddi zədələndiyi bildirildi.

Maraqlıdır, Ramzan Kadırovun sərt bəyanatının ardınca Ukraynanın Qroznıda strateji binanı vurması gərginliyi yeni mərhələyə keçirə bilərmi və bu hadisə Rusiya daxilində siyasi-hərbi balansa təsir edəcək?    

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Tofiq Abbasov bildirib ki, bu Kadırovun prosesdəki rolunun önə çıxdığını göstərir:


"Biz görürük ki, Rusiya–Ukrayna müharibəsində artıq bütün sərhədlər pozulub və Qroznıya zərbə endirilməsi onu göstərir ki, Ukraynanın hərbi rəhbərliyi Çeçenistanın strateji obyektlərini də hədəfə almağa başlayıb. Bu isə təsadüfi deyil. Çünki Ramzan Kadırovun proseslərə münasibət bildirməsi və sərt bəyanatlar verməsi onun Rusiya Federasiyasının “vuran əllərindən biri” kimi tanınması ilə bağlıdır. Onun tabeliyində ciddi döyüş qabiliyyətinə malik xüsusi təyinatlı birləşmələr var və bu faktor diqqətdən kənarda qala bilməz".

Onun sözlərinə görə, zərbə Kadırovun Kremlin potensial aləti olduğunu göstərir:


"Təhlükəsizlik Şurasının binasına zərbə həm bir xəbərdarlıq xarakteri daşıyır, həm də Ukraynanın “istənilən obyekti vurmaq gücümüz var” mesajını nümayiş etdirmək cəhdidir. Bu, hərbi-siyasi vəziyyəti kökündən dəyişməsə də, gərginliyi daha da dərinləşdirir. Məhz buna görə də Kadırovun reaksiyası göstərir ki, lazım gəldikdə Kreml onun imkanlarından istifadə edə bilər".

Analitik vurğulayıb ki, Kadırovun tabeliyində olan qüvvələr yaxşı təlim keçmiş, silahlandırılmış və əməliyyat qabiliyyətlidir. Onların ön xəttə cəlb olunması müəyyən situasiyalarda Rusiyanın xeyrinə dönüş yarada bilər. Amma bu baş verəcəkmi, yoxsa bu epizod yalnız lokal bir hadisə olaraq qalacaq – bunu zaman göstərəcək.

Ekspert hesab edir ki, tərəflər sülhdən uzaqdır və qarşıdurma davam edəcək:

 "Strateji binanın vurulması gərginliyi yeni mərhələyə çıxarır. Burada son qərarı isə Kreml verəcək. Çünki Qroznı bilavasitə Moskvaya tabedir və bundan sonra hansı addımın atılacağı Rusiyanın siyasi-hərbi qiymətləndirməsindən asılı olacaq. Hazırkı vəziyyət göstərir ki, tərəflər hələ sülhə yaxınlaşmaq niyyətində deyillər. Sülh prosesinin başlaya bilməsi üçün hər iki tərəf qarşı tərəfə doğru addım atmalıdır, lakin hazırda belə iradə görünmür. Bu isə sərt qarşıdurmanın davam edəcəyini göstərir".

Tofiq Abbasovun qənaətincə, Kreml Kadırovun qüvvələrini dövrəyə daxil edə bilər:


"Rusiya daxilində bu epizod ciddi dəyişiklik yaratmayacaq. Rusiyanın strateji resursları Ukrayna ilə müqayisədə daha genişdir və Moskva zəruri tədbirlər görməklə ön xəttdə vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Uitkoff və Kuşnerin Moskva səfəri də bunu göstərir, lakin hələlik konkret nəticə əldə olunmayıb. Burada diqqətçəkən əsas məsələ Kadırovun qüvvələrinin prosesə qoşulub-qoşulmayacağıdır. Əgər müharibənin coğrafiyası genişlənərsə, Kremlin bu qüvvələrdən istifadə etməsi ehtimalı yüksəlir".

O, həmçinin qeyd edib ki, bununla belə, hadisə ayrıca psixoloji mesaj da ola bilər. Kiyev öz imkanlarını göstərmək və Rusiyaya təzyiq yaratmaq niyyətindədir. Bu addımın nə dərəcədə uğurlu olduğu isə yaxın zamanda bilinəcək.

Politoloq sonda əlavə edib ki, digər tərəfdən, Rusiyanın ümumi hərbi potensialı daha genişdir. Hazırda hücum mövqelərində irəliləyiş əldə etməsi, Ukrayna ordusunda panika və geriçəkilmələrin artması, bəzi şəhərlərdə müqavimət göstərilmədən təslim hallarının olması müharibənin yeni mərhələyə keçdiyini göstərir. Bu proseslər bütövlükdə qarşıdurmanın yeni konfiqurasiyasını formalaşdırır.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 All News