Danimarka seçim qarşısında: Ukraynaya dəstək, yoxsa milli müdafiə?

Danimarka seçim qarşısında: Ukraynaya dəstək, yoxsa milli müdafiə?
19.01.2026 15:55 Təhlil

Danimarka Ukraynaya verdiyi "F-16" qırıcılarını geri istəyir. Buna səbəb kimi Danimarkanın hərbi cəhətdən zəif olması və "F-16"ları Qrenlandiyaya yerləşdirmək istəyi göstərilir.

Maraqlıdır,  F-16-lar Qrenlandiyanı xilas edəcək?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Mustafa bildirib ki, ABŞ Qrenlandiyanı hər vasitə ilə almaq istəyir:


"Bəli, bu gün Danimarka ciddi bir sınaqla üz-üzə qalıb. Onun suverenliyinə daxil olan Qrenlandiyanı Amerika istəyir. Görünən odur ki, ABŞ onu nəyin bahasına olursa olsun əldə etmək niyyətindədir. Satın almalı olsa da, işğal etməli olsa da, xoşluqla olsa da, xoşluqla olmasa da istəyir. Hətta Tramp belə bir açıqlama verib: deyir ki, qrenlandiyalılar ABŞ-nin bir hissəsi olmaq istəmirlər, amma bu onların problemi deyil. Yəni bütün hallarda ABŞ Qrenlandiyanı əldə etmək istəyir". 

Analitik qeyd edib ki, Danimarka Qrenlandiyanı  qorumağa çalışır:


"İndi aydın görünür ki, Danimarka da oranı qorumağa çalışır. Düzdür, F-16-ların Qrenlandiyaya köçürülməsi vəziyyəti köklü şəkildə dəyişdirmir, yəni bu, Qrenlandiyanı xilas etməyəcək. Bütün hallarda Danimarka ABŞ ilə uzlaşmaq məcburiyyətində qalacaq və ehtimal ki, nəticədə güzəştə getməli olacaq. Amma hər halda bu vəziyyət Danimarka üçün müəyyən problemlər yaradır. Bir tərəfdən Ukraynanı dəstəkləyir və Rusiya təcavüzü ilə üz-üzədir, digər tərəfdən isə ABŞ-nin tələbi ilə qarşı-qarşıyadır. Bu, olduqca kritik bir durumdur".

Politoloqun qənaətincə, Danimarka seçim qarşısındadır:

"Təbii ki, F-16-lar Ukraynanın hava müdafiə sistemində vacib bir hissədir. Qeyd edim ki, Danimarkanın Ukrayna dəstəyi kifayət qədər əhəmiyyətlidir. Amma artıq Danimarka özü bir seçim qarşısında qalıb. Öz ərazilərini qorumaq üçün müdafiə addımı atmalı, digər tərəfdən isə bu addım Ukraynanın mövqeyini zəiflədə və Rusiyanın mövqeyini gücləndirə bilər. Ümumiyyətlə, Qrenlandiya məsələsi beynəlxalq hüquq baxımından Rusiyanın xeyrinə işləyir. İndiyədək Rusiyanı qınayan bütün dünya indi ABŞ-nin bu istəyi ilə üz-üzədir və bu, sanki Rusiyanın işğalına bir növ haqq qazandırır".

Əli Mustafa həmçinin vurğulayıb ki, Qrenlandiyada sakinlərin seçim şansı  yoxdur və Danimarka çətin vəziyyətdədir:

"Bütün hallarda Qrenlandiya üçün seçim imkanı verilmir. Orada təxminən 60 min insan yaşayır, onların fikirləri və Danimarkanın tərkibində qalmaq istəyi, yaxud ABŞ-yə birləşmək arzuları hələ soruşulmur. Bu, yeni dünya düzəninin sərt və konkret addımlarından biridir və Danimarka bununla üz-üzə qalıb. Bu olduqca ağır bir seçimdir. Balans pozulur: bir tərəfdən beynəlxalq öhdəliklərə görə Ukraynanı müdafiə etməli, digər tərəfdən isə öz suveren ərazilərini qorumaq üçün müdafiədən geri çəkilməli olur".


Ekspert sonda əlavə edib ki, F-16-ların geri qaytarılmasının Qrenlandiyanı xilas edəcəyini demək olmaz. Bu təyyarələr daha çox Rusiyaya qarşı cəbhədə faydalıdır, Qrenlandiyada isə ABŞ-yə qarşı səmərəsi daha azdır. Yenə də son qərarı Danimarka hökuməti verməlidir.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
31 JULY 2026
İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub 09:12 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 All News