“Bu il Qüdsdə”: Netanyahunun dəvəti hansı mesajı verir?

“Bu il Qüdsdə”: Netanyahunun dəvəti hansı mesajı verir?
04.02.2026 17:53 Təhlil

İsrail və Azərbaycan arasında süni intellekt sahəsində əməkdaşlığa dair memorandumun imzalanmasından sonra İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevə Qüdsə rəsmi səfər üçün dəvət göndərib.

Netanyahu Prezident İlham Əliyevin İsraildə çox isti qarşılanacağını bildirib.

İsrail Baş nazirinin “Biz həmişə deyirik: "Gələn il Qüdsdə". Ona deyin: "Bu il Qüdsdə" ifadəsi fonunda səsləndirilən dəvət, İsrailin Azərbaycanı Yaxın Şərqdə regional proseslərdə etibarlı dövlət tərəfdaşı kimi qəbul etdiyini göstərən siyasi mesaj kimi dəyərləndirilə bilərmi?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Ənvər Ağayev bildirib ki, İsraillə Azərbaycan arasında münasibətlər etibarlı tərəfdaşlıq üzərində qurulub və bu əməkdaşlıq real nəticələr verib.


“İkinci Qarabağ müharibəsində İsrail Azərbaycana açıq şəkildə dəstək göstərib. Torpaqlarımızın qısa müddətdə erməni işğalçılarından azad olunmasında İsrailin ölkəmizə satdığı kamikadze dronlarının xüsusi rolu oldu. Bu, sadəcə hərbi əməkdaşlıq deyil, strateji tərəfdaşlığın real göstəricisidir”.

Politoloqun sözlərinə görə, İsrail beynəlxalq təşkilatlarda da Azərbaycanın haqlı mövqeyinə daim dəstək verib:

“İsrail beynəlxalq platformalarda Azərbaycanın mövqeyini açıq şəkildə müdafiə edib. Hətta İsrailin Baş naziri Benyamin Netanyahu erməni jurnalistin müasir silahların Ermənistana satılmaması, Azərbaycanla isə hərbi əməkdaşlıq barədə sualına diplomatik ifadələrdən kənar, tam açıq şəkildə cavab verərək “Azərbaycan qardaş ölkədir” deyib. Bu açıqlama Azərbaycan–İsrail münasibətlərinin mahiyyətini aydın şəkildə ortaya qoyur”.

Ənvər Ağayev diqqətə çatdırıb ki, Azərbaycan regional sülh və dialoq proseslərində də fəal rol oynayır:

“Azərbaycan qardaş ölkə Türkiyə ilə İsrail, eləcə də Suriya–İsrail münasibətlərinin yaxşılaşması üçün vasitəçilik edib. Bu, Bakının regionda balanslaşdırılmış və məsuliyyətli siyasət yürütməsinin göstəricisidir. Eyni zamanda İsraillə Azərbaycan arasında iqtisadi əlaqələr də günbəgün genişlənir”.

Ekspert qeyd edib ki, İsrail Baş nazirinin Azərbaycana dəvəti və səfərin reallaşması gələcək münasibətlərə ciddi töhfə verə bilər:

“Bu səfər təkcə Azərbaycan–İsrail münasibətləri üçün deyil, eyni zamanda Türkiyə–İsrail münasibətlərinin normallaşması baxımından da əhəmiyyətli ola bilər”.

Politoloq əlavə edib ki, Azərbaycan–İsrail əlaqələrinin inkişafı bəzi regional aktorları narahat edir:

“Sözsüz ki, bu münasibətlərin güclənməsi Azərbaycanın cənub qonşusunu narahat edir və zaman-zaman Azərbaycana qarşı böhtan xarakterli ittihamlar səsləndirilir. Amma Azərbaycan dəfələrlə bəyan edib ki, İsrail və ya hər hansı digər ölkə ilə əməkdaşlıq üçüncü tərəfə qarşı yönəlməyib”.

Analitik Azərbaycanın yalnız regional problemlərin sülh və diplomatik yollarla həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb:

“Hətta 12 günlük İsrail–İran müharibəsi zamanı guya İsrailin İrana zərbə endirmək üçün Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı ittihamlar səsləndirildi. Lakin bu iddialar üzrə heç bir fakt təqdim olunmadı. Daha sonra İran rəsmiləri bu ittihamların heç bir əsasının olmadığını etiraf etdi”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
31 JULY 2026
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 All News