İran hamını vurdu, İsrailə toxunmadı – Səbəb nədir? - VİDEO

İran hamını vurdu, İsrailə toxunmadı – Səbəb nədir? - VİDEO
15.07.2026 16:58 Təhlil

İranın son hücum dalğasında Yaxın Şərqdəki bir neçə ölkə hədəfə alınsa da, İsrail  toxunulmaz qaldı. Hesabatlarda bildirilir ki, İsrail güclü hərbi çəkindirmə qabiliyyəti formalaşdırıb və İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İsrailin genişmiqyaslı hərbi reaksiyasından ehtiyat edərək ona birbaşa hücumlardan yayınıb.  Bu iddia artıq İsrailin bölgədə yeni hərbi çəkindirmə səviyyəsi yaradıb-yaratmadığı ilə bağlı qızğın müzakirələrə səbəb olub.   İran İsraildən qorxur?  

Məsələ ilə bağlı politoloq Natiq Miri TodayPress TV-yə danışıb.


Analitikin qənaətincə, İsrail hökuməti İranla atəşkəs mövzusu gündəmə gəldiyi gündən bu razılaşmanın uzunmüddətli olacağına və mümkün memorandumun bütün şərtlərinin yerinə yetiriləcəyinə inanmayıb:

"Təl-Əviv hesab edir ki, İran atəşkəs dövründən istifadə edərək hərbi potensialını artırıb, hava hücumundan müdafiə sistemlərini və raket arsenalını gücləndirib. Məhz buna görə İsrail rəhbərliyi dəfələrlə xəbərdarlıq edib ki, İran və ya onun dəstəklədiyi qüvvələr tərəfindən İsrailə qarşı hər hansı hücum olarsa, cavab çox sərt olacaq".

O qeyd edib ki, hazırkı mərhələdə ABŞ ilə İran qarşılıqlı zərbələr endirərkən, Tehran İsraili münaqişəyə cəlb etməkdə maraqlı görünmür:

"İran anlayır ki, İsrail ABŞ-dan fərqli olaraq məhdud əməliyyatlarla kifayətlənməyəcək. Belə bir ssenaridə İranın strateji hərbi obyektləri, hərbi sənaye kompleksi, enerji infrastrukturu, nəqliyyat-kommunikasiya şəbəkəsi və logistika mərkəzləri əsas hədəfə çevrilə bilər".

Ekspert düşünür ki, bu, İsrailin prosesdən kənarda qalacağı anlamına gəlmir:

"Çox şey İranın gələcək davranışından asılı olacaq. Tehran həm xarici auditoriyaya, həm də daxildə qisas ritorikasını gücləndirib, o cümlədən ABŞ Prezidenti Donald Trampa qarşı sərt hədələr səsləndirir".

Politoloq tərəflər arasında gərginliyin diplomatik razılaşma ilə tam aradan qalxmasının çətin olacağını deyib. Onun sözlərinə görə, daha real ssenari lokal hərbi əməliyyatların zamanla daha genişmiqyaslı qarşıdurmaya çevrilməsidir.

"ABŞ hələlik İsrailin birbaşa müdaxiləsini məhdudlaşdırmağa çalışır və hesab edirdi ki, məhdud zərbələrdən sonra İran danışıqlar masasına qayıdacaq. Lakin hadisələrin gedişi bu gözləntini doğrultmur. Bu səbəbdən gələcək mərhələdə İsrailin də münaqişəyə qoşulması ehtimalı qalır", – ekspert əlavə edib.

Natiq Miri qeyd edib ki, İsrail üçün əsas məqsəd yalnız İranın nüvə və raket proqramını məhdudlaşdırmaq deyil, həm də onun hərbi və iqtisadi imkanlarını uzunmüddətli perspektivdə zəiflətməkdir. Bu baxımdan əvvəlki atəşkəs qərarı Təl-Əviv üçün gözlənilməz olmuşdu.

Analitik bildirib ki, münaqişənin ağırlıq mərkəzi getdikcə Hörmüz boğazına nəzarət məsələsinə yönəlir:

"Bu bölgəyə nəzarət həm qlobal enerji təhlükəsizliyi, həm də ABŞ-ın strateji maraqları baxımından həlledici əhəmiyyət daşıyır. Bu səbəbdən qarşıdurmanın təkcə hava və raket zərbələri ilə məhdudlaşmayaraq, gələcəkdə quru əməliyyatlarını da əhatə edə biləcəyi ehtimalı istisna edilmir".

Onun sözlərinə görə, İranın hələlik İsraillə birbaşa toqquşmadan yayınması da məhz münaqişənin daha geniş miqyas almasının qarşısını almaq məqsədi daşıyır:

"Körfəz ölkələrinin reaksiyasını İsrailin reaksiyası ilə eyni səviyyədə qiymətləndirməyən Tehran anlayır ki, İsrailin birbaşa müharibəyə qoşulması qarşıdurmanın xarakterini köklü şəkildə dəyişə bilər. Buna baxmayaraq, mövcud dinamika İsrailin hansısa mərhələdə prosesə daxil olması və müharibənin daha geniş, daha dağıdıcı mərhələyə keçməsi ehtimalını artırır".

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Bütün Xəbərlər