“Bu, danışıqlar prosesinə töhfə verə bilər” – Politoloq RƏYİ

“Bu, danışıqlar prosesinə töhfə verə bilər” – Politoloq RƏYİ
20.02.2026 18:00 Təhlil

ABŞ Prezidenti Donald Tramp “Sülh Şurası”nın Vaşinqtonda keçirilən ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan haqqında danışıb. 


O, hər iki liderin mövqelərində dayanan insanlar olduğunu bildirib:

“Onlar yaxşı insanlardır, amma öz mövqelərində dayanan insanlardır. Düşünürəm ki, onlar dost olublar”.

ABŞ Prezidenti qeyd edib ki, iki çox vacib ölkə arasında sülh əldə edib və bunu heç vaxt unutmayacaq.

“Sizə çox təşəkkür etmək istəyirəm. Bu, sizin və yeni dostunuzun etdiyi əla bir şey idi. Biz bunu təxminən 24 saat ərzində həll etdik və bu, yaxşı bir hissə oldu. Düşünürəm ki, onlar dostlaşıblar”, – deyə o əlavə edib.

Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü, politoloq Tamilla Qulami bu barədə TodayPress TV-yə danışıb. 


O, Donald Trampın İlham Əliyev və Nikol Paşinyan barəsində səsləndirdiyi ifadələrin daha çox siyasi optimizm və simvolik diplomatiya xarakteri daşıdığını bildirib: 


“Xüsusilə, Trampın seçkidən öncə dünyaya sülh gətirəcəyi ilə bağlı mesajlar verməsi, Rusiya–Ukrayna savaşını 24 saat ərzində bitirəcəyi bəyanatını xatırlasaq, görərik ki, onun üçün bu tip məqamları digər münaqişə regionları üzrə də səsləndirmək siyasi baxımdan önəmlidir. Ona görə də Trampın Vaşinqtonda səsləndirdiyi fikirlər siyasi ritorika ilə diplomatik reallığın kəsişdiyi müstəvidə qiymətləndirilməlidir”.

Ekspertin fikrincə, Azərbaycan və Ermənistan arasında onillərə, hətta yüzillərə dayanan mürəkkəb münaqişə prosesi yalnız bir görüş və ya qısa zaman kəsiyi ilə yekunlaşa biləcək məsələ deyil:


“Bunun üçün verilən mesajlar və səsləndirilən vədlər real addımlarla müşayiət olunmalıdır. Sülhün real, etibarlı və davamlı olması üçün sərhədlərin delimitasiya və demarkasiyası, təhlükəsizlik təminatları, kommunikasiyaların açılması, hüquqi öhdəliklərin institusionallaşdırılması kimi fundamental məsələlər həllini tapmalıdır. 

Düzdür, sərhədlərin müəyyənləşdirilməsi prosesi Rusiya və Gürcüstanla da mövcud olub, Gürcüstanla isə hələ də qalmaqdadır – lakin bu, Sülh müqaviləsinin imzalanmasına maneə hesab edilmir. Konstitusiya dəyişikliyi məsələsi isə Azərbaycanın mütləq tələbidir. Ümumilikdə, Trampın “24 saatda həll etdik” ifadəsi daha çox siyasi jest və diplomatik uğur göstəricisi kimi təqdim olunur”. 

Analitikə görə, “dostlaşma” ifadəsi beynəlxalq münasibətlər kontekstində emosional deyil, funksional məna daşıyır. Dövlətlərarası münasibətlər şəxsi simpatiyaya deyil, milli maraqlara, təhlükəsizlik prioritetlərinə və geosiyasi balanslara əsaslanır. Liderlər arasında müsbət atmosferin formalaşması danışıqlar prosesinə töhfə verə bilər, lakin bu, avtomatik olaraq dərin struktur problemlərin həlli demək deyil.


“Digər tərəfdən, ABŞ-nin Cənubi Qafqazda aktiv mövqe nümayiş etdirməsi geosiyasi kontekstlə də bağlıdır. Xüsusilə Orta Dəhliz – TRIPP (Zəngəzur dəhlizi) layihəsi fonunda region enerji və nəqliyyat marşrutları baxımından strateji əhəmiyyət daşıyır. Bu məkanda təsir imkanlarının genişlənməsi böyük güclər arasında rəqabət elementini  gücləndirir. Bu baxımdan səsləndirilən bəyanatlar həm də Vaşinqtonun regiondakı rolunu qabartmaq və vasitəçi statusunu ön plana çıxarmaq məqsədi daşıya bilər”, - deyə Tamilla Qulami diqqətə çatdırıb.

O əlavə edib ki, Cənubi Qafqazda illərlə xüsusi rol oynamağa çalışan Rusiyanın fonunda Trampın bu fikirləri siyasi iradənin nümayişi və müsbət diplomatik siqnal kimi qiymətləndirilə bilər: 

“Lakin davamlı və güvənli sülh üçün konkret hüquqi mexanizmlər, regional güc balansının nəzərə alınması və qarşılıqlı etimad mühiti real addımlarla təsdiqini tapmalıdır. Buna görə də bəyanatın real nəticələrə çevrilməsi prosesin növbəti mərhələlərində atılacaq praktiki addımlardan asılı olacaq”.

Qiymət Mahir

NEWS FEED
16 JUNE 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 All News