Bakıda mühüm görüş: İsrail XİN baçısı Azərbaycana niyə gəlir?

Bakıda mühüm görüş: İsrail XİN baçısı Azərbaycana niyə gəlir?
12.01.2026 13:18 Təhlil

İsrailin Xarici İşlər naziri Gideon Saar yanvarın 26-da Azərbaycana səfər edəcək. Bu barədə Azərbaycan-İsrail Alyansı AIA Global məlumat verib. Səfər proqramında bir sıra görüşlər, o cümlədən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar planlaşdırılıb. Məlumata görə, Bakıdan sonra Gideon Saar Qazaxıstana gedəcək.

Bəs səfərdən gözləntilər nələrdir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, İsrailin Xarici İşlər nazirinin Azərbaycana səfəri 2025-ci ilin noyabrından elan olunub:


"Həmin dövrdə İqtisadiyyat naziri Mikayıl Cabbarov İsraildə səfərdə idi və Xarici İşlər naziri Gideon Saar Azərbaycana səfərini səbirsizliklə gözlədiyini bəyan etmişdi".

Ekspert qeyd edib ki, səfər zamanı İsrail-Azərbaycan əməkdaşlığı və Qəzza sülh planı müzakirə olunacaq:

"Təbiidir ki, İsrail-Azərbaycan əməkdaşlığı məsələləri ilk növbədə müzakirə olunacaq. Bu əməkdaşlıq müxtəlif sahələri əhatə edir. Beynəlxalq məsələlərdən isə hər iki dövlətin marağını cəlb edən ABŞ Prezidenti Donald Trampın Qəzzada sülhün təmin olunması ilə bağlı planının icrası mövzusu diqqət mərkəzindədir. Bu planın həyata keçirilməsi böyük çətinliklərlə üzləşir, İsraillə HƏMAS arasında problemlər davam edir və bəzi hallarda prosesin pozulma riski yaranır".

A.Səmədov bildirib ki, İranın nüvə proqramı və region sabitliyi də müzakirə mövzusudur:

"Digər mühüm məsələ İranın nüvə proqramıdır. Təəssüf ki, İran ABŞ və Avropa üçlüyü ilə danışıqlarda razılıq əldə edə bilməyib və yenidən İrana qarşı hərbi zərbələrin endirilməsi ehtimalı var. Bu isə Azərbaycan üçün narahatlıq doğurur. Azərbaycan bölgədə sakitliyin, sabitliyin və əmin-amanlığın qorunmasında maraqlıdır və belə zərbələrin endirilməsi Azərbaycan hakimiyyətini ciddi şəkildə narahat edir".

Ekspert həmçinin əlavə edib ki, sülh prosesi və Mərkəzi Asiya ilə əlaqələr də gündəmdə ola bilər:

"Azərbaycan-Ermənistan sülh prosesi də çox güman ki, müzakirə olunacaq. Mərkəzi Asiya ilə münasibətlər İsrail üçün xüsusi əhəmiyyət kəsb edir, Azərbaycan isə dünyada Mərkəzi Asiyanın qapısı hesab olunur. Buna görə də bu münasibətlərin müzakirə olunma ehtimalı yüksəkdir. Başqa hansı məsələlərin gündəmə gələcəyi isə səfər başa çatdıqdan sonra məlum olacaq".

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
"Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü 16:37 Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 All News