Rusiya və İran təşvişdə - İranın Zəngəzur dəhlizinə gücü çatmadı

Rusiya və İran təşvişdə - İranın Zəngəzur dəhlizinə gücü çatmadı
05.06.2026 10:35 Təhlil

"Tramp Marşrutu"nun reallaşması Cənubi Qafqazda güc balansını köklərinə qədər dəyişərək Rusiya və İran üçün ciddi təhdid yaradır.

TodayPress TV xəbər verir ki, bunu iranlı ekspert Ehsan Movadeihan öz "X" hesabında yazıb.

Ekspert məsələni özünəməxsus qərəzli prizmadan şərh edib. Həmişəki kimi, anti-Azərbaycan və anti-Türkiyə ritorikası ilə tanınan Movadeihan, bu layihəni İranın regiondakı hegemonluq xəyalları üçün bir "təhdid" kimi təqdim etməyə çalışır.

Onun iddiasına görə, Rusiya üçün bu marşrut regiondakı ənənəvi təhlükəsizlik nizamının çöküşü, Ermənistanın isə öz sərhədləri üzərindəki nəzarəti faktiki olaraq Qərbə təhvil verməsi deməkdir.

Bu adamın narahatlığı "geo-iqtisadi qısqanclıq"dan qaynaqlanır. Movadeihan iddia edir ki, Amerikanın nəzarətindəki bu marşrut İranın tranzit tənliklərindəki rolunu azaldır və Tehranı regional proseslərdən təcrid edir.

O, xüsusilə Bakı və Ankaranın Vaşinqtonla strateji uyğunlaşması fonunda, Ermənistanda Qərb təsirinin güclənməsinin İranın şimal sərhədlərində "geosiyasi mühasirə" yaratdığını iddia edərək, Tehranın öz təsir dairəsini itirməsindən açıq şəkildə ehtiyat edir.

Layihəni "təhdid" kimi qələmə verməsi, əslində, Azərbaycanın diplomatik və strateji zəfərini təsdiqləyir. Azərbaycan üçün "Tramp Marşrutu" Regional sabitliyin təminatıdır: Azərbaycanın təşəbbüskarı olduğu regional layihələr (Zəngəzur dəhlizi kimi) həm də İranın öz maraqlarına zidd olsa da, regionda iqtisadi interqrasiyanı və sülhü stimullaşdırır.

Azərbaycanın strateji coğrafi mövqeyi, bu marşrut vasitəsilə Qərblə Şərq arasında ən təhlükəsiz və səmərəli körpü rolunu daha da möhkəmləndirir.

Azərbaycan öz suveren siyasəti ilə İranın regionda yaratmağa çalışdığı "ikili standartlar" və "təsir dairəsi" oyunlarını pozur. İranın narahatlığı onun regionda "böyük güc" olmaq iddiasının Azərbaycanın müstəqil xarici siyasəti qarşısında iflasa uğramasından irəli gəlir.

Bu adamlar təbii ki, İranın deyə bilmədiyini deyən dildir. Tehranın "narahatlıqları" da Azərbaycanın yürütdüyü balanslı və milli maraqlara söykənən siyasətin nə qədər effektiv olduğunun göstərir. İranın Tehran-Bakı xəttindəki gərginliyi özünün regional ambisiyalarından qaynaqlanır, lakin bütün dünya qəbul edib ki, Cənubi Qafqazın gələcəyini Azərbaycanın yaratdığı yeni əməkdaşlıq və inkişaf arxitekturası müəyyən edir.

Jalə Rövşən

XƏBƏR LENTİ
31 IYUL 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Bütün Xəbərlər