Azərbaycan-Ermənistan sərhədində təxribat gözlənilir?

Azərbaycan-Ermənistan sərhədində təxribat gözlənilir?
03.06.2026 16:02 Təhlil

İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Azərbaycan-Ermənistan sərhədində revanşist qüvvələrin mümkün təxribatları ilə bağlı narahatlıqlar yenidən aktuallaşıb. Seçki prosesində daxili siyasi gərginliyin artması fonunda bəzi revanşist dairələrin sərhəddə qarşıdurma yaratmağa cəhd göstərə biləcəyi ehtimalları istisna olunmur.

Maraqlıdır belə bir ehtimal nə dərəcədə realdır?

Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev TodayPress TV-yə açıqlamasında vəziyyəti nisbətən sabit qiymətləndirib.


O qeyd edib ki, Ermənistan ordusunda son vaxtlar intizamın möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılır:

"Ermənistanın Baş naziri Nikol Paşinyan  Ermənistan ordusunda intizamın möhkəmləndirilməsi üçün kifayət qədər ciddi  addımlar atıb. Ən azından  bizim müşahidələrimiz ehtimal etməyə əsas verir ki, seçki günündə də Ermənistan tərəfindən təxribatlar olmayacaq".

Ekspert əlavə edib ki, istənilən halda, silahlı qüvvələrimizin Ermənistanla sərhəddə yerləşən hissə və bölmələri, mümkün təxribatların qarşısını almaq üçün zəruri olan bütün tədbirləri həyata keçirəcək.

Onun sözlərinə görə, hazırda Azərbaycan ilə Ermənistan arasında mövcud əməliyyat şəraiti kifayət qədər sabitdir.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
"Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 All News