AZAL faciəsi ilə bağlı yeni təfərrüatlar: Nəticələr nəyi dəyişəcək?

AZAL faciəsi ilə bağlı yeni təfərrüatlar: Nəticələr nəyi dəyişəcək?
03.12.2025 13:50 Təhlil

Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL təyyarəsinin 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında qəzaya düşməsi ilə bağlı araşdırmanın tamamlanmaq üzrə olduğunu bildirib. Baş nazirin müavini Kanat Bozumbayevin sözlərinə görə, həm cinayət işi üzrə Baş Prokurorluq, həm də aviasiya üzrə texniki istintaq paralel aparılır və artıq yekun rəy gözlənilir. Texniki hesabatın bu ilin sonunda və ya gələn ilin əvvəlində başa çatdırılması planlaşdırılır.  Yekun hesabatın isə 2025-ci ilin dekabrına qədər tamamlanması gözlənilir. 

Maraqlıdır, açıqlanacaq nəticələr nəyi dəyişəcək?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elşad Mirbəşiroğlu bildirib ki, nəticələr bəlli olduqdan sonra qərarlar hüquqa uyğun veriləcək:


"Həmin vaxt elan olunmuşdu ki, ilin sonuna qədər araşdırmaların nəticələri bəlli olacaq. Təbii ki, mövcud hüquq normalarına və beynəlxalq hüquqi aktlara uyğun olaraq hansı addımlar tələb olunursa, həmin çərçivədə də tədbirlər görüləcək. Ən vacibi, araşdırmaların tam və aydın nəticələrini gözləməkdir".

Onun sözlərinə görə, nəticələr açıqlananda Azərbaycan və Rusiya addımlarını ona uyğun müəyyən edəcək:

"Rusiya tərəfi dəfələrlə bildirib ki, araşdırma başa çatdıqdan sonra nəticələrə uyğun addımlar atılacaq. Xatırladım ki, Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin Bişkek görüşündə də bu mövzu gündəmə gətirilmiş, Rusiya Prezidenti bir daha üzrxahlığını ifadə etmişdi. Yəni, araşdırmanın yekun nəticələri hadisə barədə tam təsəvvür formalaşdıracaq və Azərbaycan ilə Rusiya bundan sonra növbəti addımları həmin nəticələr əsasında müəyyən edəcəklər".

Ekspert vurğulayıb ki, araşdırmanın başa çatmasını gözləməliyik. Nəticələr məlum olduqdan sonra məsələnin ətraflı müzakirəsi daha əsaslı şəkildə aparıla bilər.

Analitik qeyd edib ki, hadisənin səbəbləri tam müəyyənləşəndə məsul tərəf ortaya çıxacaq:

"Beynəlxalq təcrübə və normativ hüquqi aktlar mövcuddur. Hadisənin hansı şəraitdə və necə baş verdiyi tam dəqiqləşdirildikdən sonra məsuliyyətin kimə aid olduğu barədə də daha aydın təsəvvür yaranacaq. Azərbaycan tərəfinin mövqeyi artıq açıqlanıb və bu məsələ Rusiya ilə müzakirə olunub, ictimaiyyətə də təqdim edilib".

Elşad Mirbəşiroğlu əlavə edib ki, nəticə etibarilə, araşdırma bitdikdən sonra qərarlar onun ortaya çıxardığı faktlara əsaslanacaq:

"Qazaxıstan tərəfi, o cümlədən məsul şəxs Kanat Bozumbayev dəfələrlə obyektiv araşdırma aparıldığını bildirib. Eyni zamanda, təyyarəni istehsal edən ölkə də araşdırmada fəal iştirak edir və əməkdaşlıq göstərir. Kanat Bozumbayevin sözlərinə görə, obyektiv araşdırmanın nəticələri hadisənin bütün məqamlarını aydınlaşdıracaq. Bundan sonra atılacaq addımlar da həmin nəticələrə uyğun olacaq və mövcud hüquq normaları əsasında tənzimlənəcək". 

Jalə Rövşən

 TodayPress TV

NEWS FEED
31 JULY 2026
Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 All News