Amerika ilə müharibə bitdi: İran qolunu çırmalayıb, Qafqaza girir

Amerika ilə müharibə bitdi: İran qolunu çırmalayıb, Qafqaza girir
19.06.2026 17:20 Təhlil

Cənubi Qafqazda son geosiyasi proseslər və bəyanatlar regionda maraqların toqquşduğunu, gərginliyin isə artdığını göstərir. Ermənistanda seçkilər bitsə də, müxalifət Rusiyanın dəstəyini alaraq yenidən birləşmək çağırışları edir. 

Görünən odur ki, Nikol Paşinyan siyasi rəqibləri Karapetyan və Koçaryanı həbs etmək istəyir. O, bununla Rusiyanın həmin şəxslər vasitəsilə Ermənistanda göstərdiyi gücü sıfırlamağı hədəfləyir.


Digər mühüm məsələ isə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibinin Dilijanda keçirilən görüşüdür. Bu görüşdən dərhal sonra Paşinyan qəfil bir açıqlama verdi. O bildirdi ki, Cənubi Qafqazda bəzi tərəflər yeni toqquşma yaratmaq həvəsindədirlər, bunun üçün çalışır və təxribat törədirlər.

Paşinyanın bu xəbərdarlığında daha çox Rusiyanın adı çəkilsə də, bəzi mənbələr İranı işarə edir. Xüsusilə İran və ABŞ arasındakı müqavilədən sonra, Hörmüz boğazında konfliktin artması fonunda Tehran özünü qalib hesab edir. İran bu şəraitdən istifadə edərək prosesi xüsusilə Zəngəzur dəhlizinə qarşı yönəltmək istəyir.

Bəs bölgə üçüncü savaşı qaldırmağa hazırdırmı?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Yusif Bağırzadənin sözlərinə görə, Cənubi Qafqazda son dövrdə müşahidə olunan proseslər göstərir ki, regionda mübarizə artıq yalnız Azərbaycan–Ermənistan münasibətləri çərçivəsində deyil, daha geniş geosiyasi rəqabət fonunda gedir:


“Burada Rusiya, İran, ABŞ və Avropa aktorlarının maraqları bir-biri ilə kəsişir. Buna görə də istənilən siyasi bəyanat və ya daxili siyasi proses regional güc balansı kontekstində qiymətləndirilir. Ermənistanda daxili siyasi vəziyyət bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Baş nazir Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən ölkənin xarici siyasət istiqamətində müəyyən dəyişikliklərə gedib və Qərblə münasibətləri gücləndirməyə çalışıb. Bu isə ənənəvi olaraq Ermənistanın təhlükəsizlik sistemində mühüm rol oynayan Rusiyanın təsir imkanlarının azalması ilə müşayiət olunub. Müxalifətin Rusiya ilə daha yaxın münasibətləri müdafiə etməsi də Ermənistan daxilindəki geosiyasi mübarizənin əsas xəttlərindən biridir.

Lakin burada diqqət edilməli məqam odur ki, Ermənistan daxilindəki siyasi qarşıdurmanı yalnız xarici qüvvələrin mübarizəsi kimi izah etmək kifayət deyil. Daxili siyasi maraqlar, hakimiyyət uğrunda rəqabət və Qarabağ məsələsindən sonra yaranmış yeni siyasi reallıq da mühüm rol oynayır. Paşinyan üçün əsas məsələ dövlət institutlarına nəzarəti qorumaq və alternativ siyasi mərkəzlərin güclənməsinin qarşısını almaqdır”.

Analitik Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilən görüşün isə başqa bir istiqamətdən diqqət çəkdiyini izah edib:


“Bu cür təmaslar göstərir ki, Bakı və İrəvan arasında dialoq kanalları saxlanılır və tərəflər mümkün gərginliklərin qarşısını almaq üçün siyasi əlaqələri davam etdirirlər. Paşinyanın görüşdən sonra Cənubi Qafqazda yeni toqquşma yaratmaq istəyən qüvvələr barədə xəbərdarlığı isə müxtəlif cür şərh oluna bilər. Burada bir neçə mümkün ünvan var. Bir tərəfdən, Ermənistan rəhbərliyi uzun müddətdir Rusiyanın bəzi dairələrinin regionda əvvəlki təsir imkanlarını qorumağa çalışdığını düşünür. Digər tərəfdən isə İran amili də xüsusi əhəmiyyət daşıyır. İranın əsas narahatlığı regionda yeni nəqliyyat və təhlükəsizlik arxitekturasının formalaşması ilə bağlıdır. Xüsusilə Ermənistanın cənubundan keçməsi nəzərdə tutulan kommunikasiya layihələri Tehran tərəfindən yalnız iqtisadi məsələ kimi deyil, geosiyasi məsələ kimi də qiymətləndirilir. İran öz sərhədlərinə yaxın ərazidə ABŞ və ya Qərb təsirinin artmasını istəmir və bu səbəbdən müəyyən “qırmızı xətlər” ifadə edir.

Y.Bağırzadə düşünür ki, hazırkı vəziyyət üç paralel prosesin təsiri altındadır: 

“Ermənistan daxilində hakimiyyət və geosiyasi seçim mübarizəsi, Azərbaycan–Ermənistan sülh prosesinin gələcəyi və böyük güclərin regiondakı təsir rəqabəti. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan bu rəqabəti qarşıdurmaya deyil, əməkdaşlığa yönəldə biləcək ya yox?”

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
19 JUNE 2026
Azərbaycan-Ermənistan sərhədində ZƏLZƏLƏ 19:40 Azərbaycan və Yunanıstan universitetləri arasında əməkdaşlıq müzakirə olundu 19:20 İran nüvə qapılarını açmaqdan imtina etdi - XİN məlumat yaydı 18:51 Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatdı 18:55 Edinson Kavani "Boka Xuniors" klubundan ayrıldı 18:27 İran cəmi 5 gündə nə qədər neft satdı? – Rəqəmlər açıqlandı 18:24 DİM magistratura üzrə universitetlərin nəticələrini açıqladı 18:13 Balaca bir rayonun əhalisi qədər tələbə universitetdən qovulub 17:53 DİM: Məzun təhsil proqramının 40–77%-ni mənimsəmir 17:35 Amerika ilə müharibə bitdi: İran qolunu çırmalayıb, Qafqaza girir 17:20 Ölkədə dəhşət yaşanır – Rusiyanın cəmi 10 qırıcısının qaldığı deyilir 17:12 Ceyhun Bayramov Almaniya səfirini qəbul etdi 17:04 Temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ 16:52 Şahmatçımız dünya çempionunu MƏĞLUB ETDİ - VİDEO 16:38 Qızıl mədəni vuruldu - qan su yerinə axdı - VİDEO 16:23 Müharibə zamanı qidalanma və su təchizatı mövzusunda müzakirə aparıldı 16:25 Ukrayna Moskva səmasını ələ keçirdi, “28 Panfilovçu” filmini çəkir – Bütün Rusiya canlı tamaşa edir 16:09 Azərbaycanın baş nazirini Tiflisdə arxadan güllələyib öldürdülər - Xoyski yaratdığı ölkənin şəhidi oldu... 15:57 "Araz-Naxçıvan" Luka Dumançiçlə anlaşdı 15:47 Moskvanın vurulmasının bədəli - Azərbaycanlılara milyonlarla ziyan dəydi, çarəsizdirlər 15:34 XİN ikitərəfli görüş barədə məlumat yaydı - Nələr müzakirə edildi? 15:29 Növbəti 3 gündə Azərbaycanda güclü külək əsəcək 15:20 "Sabah" Ceyms İdslə yolları ayırdı 15:09 Məktəbəqədər təhsillə bağlı yeni model tətbiq ediləcək 15:07 Moskva "qələbə" elan etdi - Zelenskinin məktubuna Moskvadan cavab gəldi 14:57 All News