Ağ Evdən GÖZLƏNİLMƏZ QƏRAR: Rusiya ilə nə baş verir?

Ağ Evdən GÖZLƏNİLMƏZ QƏRAR: Rusiya ilə nə baş verir?
13.03.2026 15:39 Təhlil

ABŞ-nin Rusiya neft və neft məhsullarının satışına tətbiq etdiyi sanksiyalar müvəqqəti olaraq ləğv edilib.

Lakin Tramp bundan öncə dəfələrlə bu sanksiyaların Rusiyanın enerji gəlirlərinə və iqtisadi dayaqlarına təzyiq vasitəsi olduğunu vurğulamış və sanksiyaları sərt saxlayacağı ilə bağlı bəyanatlar vermişdi. 

Sözügedən məsələni siyasi şərhçi Abutalıb Səmədov TodayPress TV-yə şərh edib.  


“İran Hörmüz boğazını faktiki olaraq bağlayıb və yalnız müəyyən dövlətlərin gəmilərinin keçməsinə icazə verir. Hər gün Hörmüz boğazından təqribən 20 milyon barel neft daşınır. Bu həcmin dünya bazarlarına çıxarılmasına maneə neftin qiymətini artırır. Bu həftənin əvvəlində neftin bir bareli təqribən 120 dollara qədər qalxmışdı. ABŞ neftin qiymətini aşağı salmaq üçün təcili tədbirlər görmək məcburiyyətində qaldı. Bu tədbirlərdən biri də Rusiyadan müvəqqəti neft alışına icazə verməkdir; Rusiyaya təqribən 100 milyon barel neft satmaq imkanı yaradılıb”.

Ekspert hesab edir ki, hərbi əməliyyatlar ən azı iki həftə davam edə bilər ki, bu da ABŞ-ni ciddi şəkildə narahat edir: 


Neftin qiymətinin yüksəlməsi ölkədə narazılığı artıracaq və Trampın onsuz da yüksək olmayan reytinqi daha da aşağı düşə bilər. Buna görə, İranın ABŞ-ni dalana sıxışdırdığı iddiasını dərhal söyləmək düzgün olmaz. Hərbi əməliyyatların gedişi barədə obyektiv məlumatlar demək olar ki, verilmir. İran özünün qalib olduğunu iddia edir, ABŞ və İsrailin təsiri altında olan kütləvi informasiya vasitələri isə hər şeyin plana uyğun olduğunu və İranın məğlub olduğunu bildirirlər”.

Analitikin qənaətincə, hazırkı prosesdə kimin məqsədinə nail olduğunu söyləmək üçün hələ müəyyən zamana ehtiyac var. Ancaq aydındır ki, hər iki tərəf çətin vəziyyətdədir və hərbi əməliyyatların dayandırılmasında maraqlıdır. Lakin təşəbbüs qarşı tərəfdən gözlənilir. Nəticədə hərbi əməliyyatlar davam edir, insanların faciəsi artır, şəhərlər dağıdılır, hərbçilər ölür və bu ölümlərin artmaq ehtimalı çox yüksəkdir.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 All News