Ağ Evdə kritik razılaşma: Tramp sülhə yaxın, Rusiya isə prosesə sədd çəkir

Ağ Evdə kritik razılaşma: Tramp sülhə yaxın, Rusiya isə prosesə sədd çəkir
29.12.2025 17:20 Təhlil

İtaliyanın “Corriere della Sera” qəzetinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında aparılan danışıqlar yekunlaşıb.

Məlumata görə, Zelenski hazırda Avropa liderləri ilə, o cümlədən İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə ayrıca danışıqlar aparır.


Qeyd edilir ki, tərəflərin danışıqların nəticələrini yekunlaşdırmaq və növbəti addımları müəyyən etmək məqsədilə birgə mətbuat konfransı keçirməsi gözlənilir.

Maraqlıdır, bu dəfə müharibə həqiqətən sona yaxınlaşır?

Sözügedən prosesləri TodayPress TV-yə şərh edən politoloq Bakir Həsənbəyli bildirib ki, ABŞ-nin Ukrayna və Rusiya ilə ayrı-ayrılıqda apardığı danışıqlarda əsas razılaşma konturları artıq Vaşinqton və Kiyev arasında formalaşıb:


“Hazırda mümkün razılaşmanın əsas parametrlərinin böyük hissəsi ABŞ və Ukrayna arasında razılaşdırılıb. Buraya Kiyevin ABŞ və Avropa ölkələrindən almalı olduğu təhlükəsizlik zəmanətləri də daxildir. Vaşinqton bu zəmanətlərlə bağlı sənədi ratifikasiya üçün Senata təqdim etməyə hazırdır və sənəd NATO nizamnaməsinin 5-ci maddəsi əsasında hazırlanıb”.

Ekspert vurğulayıb ki, razılaşma yolunda əsas maneə Rusiyanın mövqeyi olaraq qalır:

“Rusiyanın istənilən sülh sənədi çərçivəsində Donbasın bütün ərazisinə nəzarət tələbi prosesi dalana dirəyən əsas amildir. ABŞ tərəfi atəşkəs ideyasını dəstəkləsə də, bunun logistik baxımdan çətin həyata keçiriləcəyini açıq şəkildə etiraf edir”.

B.Həsənbəyli qeyd edib ki, aparılan müzakirələr nəticəsində ABŞ prezidentinin irəli sürdüyü sülh planında ciddi ixtisarlar aparılıb:


“Həm ABŞ–Ukrayna, həm də ABŞ–Rusiya arasında aparılan müzakirələr fonunda 28 maddəlik sülh planı 20 maddəyə qədər azaldılıb. Zelenskinin Trampla görüş öncəsi 90 faizlik razılaşmanın əldə olunduğunu elan etməsi isə daha çox ABŞ prezidentinin siyasi aktivini gücləndirməyə hesablanmış addım idi. Trampın sülhə yaxın olduqları barədə bəyanatları da bunun davamıdır”.

Politoloqun fikrincə, real vəziyyət ictimaiyyətə təqdim edildiyi qədər nikbin deyil:

“Razılaşdırılmayan çox ciddi məqamlar var. Xüsusilə təhlükəsizlik zəmanətləri ilə bağlı Rusiyanın ciddi narazılığı mövcuddur. ABŞ və Aİ ölkələrinin verəcəyi zəmanətlərin real icra mexanizmi sual altındadır. Unutmayaq ki, oxşar zəmanətlər 1994-cü ildə də Ukraynaya verilmişdi, lakin nəticə ortadadır”.

Ekspert xatırladıb ki, əvvəlki razılaşmaların da icra olunmaması etimadı tamamilə sıradan çıxarıb:

“2003-cü ildə Ukraynanın sabiq Prezidenti Kuçma ilə Putin arasında sərhədlərin toxunulmazlığı ilə bağlı razılaşma əldə olunmuşdu, amma ona da əməl edilmədi. Bu gün artıq Ukrayna ərazisində II Dünya müharibəsindən sonra Avropanın ən böyük münaqişəsi yaşanır”.

Bakir Həsənbəyli bildirib ki, NATO-ya üzvlük, Zaporojye AES kimi məsələlər də hələlik açıq qalır:


“Bu mövzular razılaşmanın ən problemli hissələrindəndir və tərəflər arasında ciddi fikir ayrılıqları mövcuddur”.

Politoloqun sözlərinə görə, müharibənin səbəbi Rusiyanın ərazi ehtiyacı ilə bağlı deyil:

“Rusiyanın ərazi problemi yoxdur. Müharibədən öncə bu ölkədə 5 min kəndin boşalması ilə bağlı rəsmi statistika yayılmışdı, daha sonra isə 13 şəhərin faktiki olaraq boşaldılması barədə məlumatlar dərc edildi. Bu, Rusiyanın demoqrafik və daxili problemlərini göstərir. Münaqişənin əsas səbəbi yeni dünya düzəni uğrunda mübarizədir. ABŞ və Avropa yeni dünya düzənində Rusiyaya epizodik rol ayırmaq niyyətindədir. Rusiya isə bu düzəndə əsas oyunçu olmaq iddiası irəli sürür. Bu iddia isə artıq bir nəfərin şəxsi hikkəsinə çevrilib”.

B.Həsənbəyli əlavə edib ki, ABŞ Prezidenti münaqişənin tezliklə bitməsində maraqlıdır:

“Tramp bu münaqişəni həll edən lider kimi tarixə düşmək və öz siyasi aktivini gücləndirmək istəyir. Lakin mövcud proseslər göstərir ki, münaqişənin qısa müddətdə başa çatması real deyil”.

Politoloqun qənaətinə görə, qarşıdurma hələ uzun müddət davam edəcək:

“Gedişat onu göstərir ki, münaqişə ən azı 2026-cı ilin yarısına qədər davam edəcək”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 All News