ABŞ-yə “yox” deyildi: Yaponiyadan körfəzə ordu...

ABŞ-yə “yox” deyildi: Yaponiyadan körfəzə ordu...
17.03.2026 18:17 Təhlil

ABŞ-nin Yaponiyadan Yaxın Şərqə 2500 nəfərlik elit dəniz piyada bölməsini köçürməsi bölgədə münaqişəsinin yeni mərhələsinin başlanmasına səbəb ola bilər.


Bu barədə "The Daily Telegraph" nəşri yazıb.

Qəzetin məlumatına görə, elit bölmənin yaxın 10-15 gün ərzində "USS Tripoli" desant gəmisinin göyərtəsində gəlməsi gözlənilir və bu, müharibənin yeni mərhələsinin - ABŞ-nin quru əməliyyatlarına hazırlıqdan xəbər verə bilər. 

Sözügedən məsələni politoloq Tofiq Abbasov TodayPress TV-yə şərh edib.


O, bildirib ki, Donald Trampın hazırda siyasi arenada vəziyyəti müəyyən qədər gərginləşib:

“Bunun əsas səbəblərindən biri onun plansız addımları və Benyamin Netanyahu ilə münasibətlərdə səlahiyyət balansının qeyri-müəyyən görünməsidir. Belə şəraitdə İran tərəfi dialoqdan qəti şəkildə yayınır və bunu açıq şəkildə əsaslandırır: əvvəlki danışıqlar zamanı aldadıldıqlarını və paralel olaraq  zərbələrə məruz qaldıqlarını bildirirlər. Bu səbəbdən də yeni danışıqlara inamsız yanaşırlar və mümkün müharibənin başlanmasının qarşı tərəfdən asılı olacağını, lakin onun nəticələrinin öz nəzarətlərində ola biləcəyini vurğulayırlar”.     

Analitik qeyd edib ki, mövcud vəziyyətdə üçüncü tərəflərin hərbi müdaxiləsinin həlledici rol oynayacağı inandırıcı görünmür: 

“Çünki İran regionda kifayət qədər gücə malikdir. Digər tərəfdən, Avropa və ümumilikdə NATO ölkələrinin ABŞ ilə  bu istiqamətdə koordinasiyadan çəkinməsi göstərir ki, heç kim aydın perspektivi olmayan münaqişəyə qoşulmaq istəmir. Bu kontekstdə baş verənlər daha çox İsrail–İran qarşıdurması kimi qiymətləndirilir və ABŞ-nin İsrailə dəstəyi ilə müşayiət olunur. Buna görə də beynəlxalq hüquq baxımından mübahisəli görünən bu məsuliyyəti üzərinə götürmək istəyən tərəf yoxdur”. 

Ekspertin qənaətincə, Yaponiya və Cənubi  Koreya kimi ölkələr ənənəvi olaraq ehtiyatlı siyasət yürüdürlər:


“Bu səbəbdən onların belə gərgin vəziyyətdə hərbi iştirak qərarı verəcəkləri real görünmür. Körfəz regionunda onsuz da yüksək gərginlik mövcuddur və belə şəraitdə proseslərdən müəyyən qədər uzaq durmaq daha rasional yanaşma hesab olunur. Lakin  diplomatik kanalların tam bağlandığını demək doğru olmaz. Üçüncü tərəflər vasitəsilə ABŞ və İran arasında qeyri-rəsmi əlaqələrin davam etdiyi ehtimal olunur. Eskalasiyanı artırmaq əvəzinə, müvəqqəti fasilə verərək danışıqlara qayıtmaq ən optimal variant kimi görünür”.  

Politoloq qeyd edib ki, İran hazırda həm mənəvi, həm də asimmetrik müharibə baxımından müəyyən üstünlük hiss edir və bu səbəbdən tələblərini irəli sürür. ABŞ isə bu tələbləri qəbul etməyə meylli deyil, çünki bu, Vaşinqton üçün siyasi baxımdan zəiflik kimi qiymətləndirilə bilər.

T.Abbasov əlavə edib ki, yaranmış bu  pat vəziyyətində ən düzgün addım müəyyən müddət aktiv hərəkətlərdən çəkinmək ola bilər və ABŞ həqiqətən sülhdə maraqlıdırsa, ilk növbədə hücumları dayandırmalı və İsrailə də təsir göstərməlidir. Paralel olaraq İran da gərginliyi azaltmağa yönəlik addımlar ata bilər. Yalnız bu halda daha sabit mühitdə real siyasi həll yolları tapmaq mümkün olar.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 All News