ABŞ Paşinyanı belə cəzalandırır – “Kurator səfir” geri çağırılır

ABŞ Paşinyanı belə cəzalandırır – “Kurator səfir” geri çağırılır
23.12.2025 17:53 Təhlil

ABŞ Prezidenti Donald Trampın və hökumətin qərarı ilə dünyanın 30 ölkəsindən geri çağırılan səfirlər arasında Ermənistandakı nümayəndə də var. “Hraparak” qəzeti ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinin Vaşinqtona çağırılmasının İrəvan hökumətində ciddi narahatlığa səbəb olduğunu yazıb. Qəzet bildirir ki, Kuinin səlahiyyət müddətinin bitməsinə bir neçə ay qalsa da, işinə erkən son verilib.

Əvvəllər Ukraynada Ağ Evin müvəqqəti işlər vəkili funksiyasını yerinə yetirən Kuinin son iki ildə Ermənistanın əsas kuratoru olduğu iddia edilir. Belə ki, Baş nazir Nikol Paşinyan hökumətinin müxalifətə və kilsəyə qarşı kampaniyalarına, Ermənistanda ard-arda müşahidə olunan həbslərə Vaşinqtonun məhz buna görə səssiz qaldığı, prosesin Kuinin nəzarətində həyata keçirildiyi bildirilir.

ABŞ səfirinin Ermənistanda əsas əlaqə qurduğu şəxs şübhəsiz ki, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyandır. Heç təsadüfi deyil ki, ikili arasında tez-tez müxtəlif formatlarda görüşlər keçirilirdi. Paşinyan məhz Qriqoryan xətti ilə ABŞ ilə əlaqələrin qurulması planını həyata keçirirdi. Eyni zamanda, Vaşinqtonun sakit reaksiyası Paşinyan hökumətini müxalifətə qarşı təzyiq məsələsində daha da həvəsli edirdi.

Kilsəyə qarşı hökumətin artan təzyiqi fonunda ABŞ-da olan erməni diasporu bu məsələni Ağ Ev qarşısında qaldıraraq səfiri ifşa etmişdi. Aparılan araşdırmalar sübut etdi ki, Kristina Kuin müxtəlif maraqlar qarşısında Paşinyan hökumətinin müxalifət və kilsəyə qarşı apardığı təzyiq kampaniyası qarşısında sakit qalıb və hadisələri Vaşinqtona fərqli təqdim edib.

Bu məsələnin ifşası və xanım səfirin geri çağırılmasının 3 mühüm nəticəsi ola bilər:

Birincisi, Ermənistan hökumətinin Tramp administrasiyası ilə münasibətlərində soyuqluq yaranacaq. Nikol Paşinyanın qorxduğu ən pis variant məhz budur. Ermənistan hökuməti bunun baş verməməsi üçün istənilən şəxsi qurban verməyə hazırdır.

İkincisi, hökumətin kilsəyə və müxalifətə qarşı münasibətində dəyişiklik yarana bilər. Ehtimal olunur ki, Vaşinqtondan İrəvana gələcək yeni səfirin ilk təşəbbüsləri məhz həbs edilən şəxslərin hüquqları ilə bağlı olacaq. ABŞ bu tip məsələlər üçün Paşinyan hökumətinə təzyiq siyasətinə başlaya bilər.

Üçüncüsü və ən maraqlı tərəfi, bu məsələnin müxalifət tərəfindən yaxınlaşan seçkilərdə Paşinyan əleyhinə istifadə olunmasıdır. Ölkənin ən böyük müxalif media qurumlarından olan “Hraparak” bu hadisə ilə bağlı Paşinyan hökumətini açıq şəkildə tənqid edib. ABŞ səfirinin Ermənistanın kuratoru olması faktı göstərir ki, qonşu ölkə heç də müstəqil dövlət deyil. Onlar lazım gələndə adi bir səfirin qarşısında belə əyilib onun iradəsinə tabe ola bilirlər.

Müəllif: Zeynal Əmrəliyev

NEWS FEED
30 JULY 2026
“Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 All News