ABŞ-nin F-35 qərarı bölgəni silkələyir: İsrail narahat, Ər-Riyad iddialı..

ABŞ-nin F-35 qərarı bölgəni silkələyir: İsrail narahat, Ər-Riyad iddialı..
18.11.2025 17:29 Təhlil

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına beşinci nəsil F-35 qırıcılarının satılacağını təsdiqləyib. Bu qərar vəliəhd şahzadə Məhəmməd bin Salmanın Vaşinqtona gözlənilən səfəri ərəfəsinə təsadüf edir. Ər-Riyad ABŞ-dən təhlükəsizlik zəmanəti almağa çalışır.

İsrail isə münasibətlərin normallaşdırılması baş vermədən Səudiyyə Ərəbistanına  F-35 satışına qarşı çıxır.   Qeyd edək ki, Bayden dövründə müzakirə olunan bu satış həmin vaxt baş tutmamışdı. 

Bəs İsrailin etirazı fonunda Səudiyyə Ərəbistanına F-35 satışının ABŞ-nin  regional təhlükəsizlik strategiyasında hansı prioritet dəyişikliyini göstərdiyi hesab oluna bilər? 


Məsələ ilə bağlı TodayPress TV -yə danışan siyasi şərhçi Elmir Səftərov bildirib ki, ABŞ-nin Səudiyyə Ərəbistanına  F-35 satışı əməkdaşlığı artırır:

 "ABŞ-nin Səudiyyə Ərəbistanına F-35 qırıcılarını satmağa razılıq verməsi iki ölkə arasında təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi və ABŞ-yə investisiyaların təşviqi ilə bağlıdır".

Onun fikrincə , İsrail bu addımın  hərbi balansı dəyişəcəyini düşünür:

"Hazırda bölgədə F-35-lərə sahib olan yeganə ölkə İsraildir. Təl-Əviv hesab edir ki, bu təyyarələrin Səudiyyəyə verilməsi hərbi balansı dəyişə və İsrailin üstünlüyünə mənfi təsir göstərə bilər".

E. Səftərov vurğulayıb ki, Səudiyyə normallaşma üçün Fələstin məsələsində irəliləyiş tələb edir və bu da danışıqlarda gərginlik yaradır:

"Səudiyyə Ərəbistanı isə bildirir ki, İsraillə münasibətlərin normallaşması üçün əvvəlcə Fələstin məsələsində real irəliləyiş təmin olunmalıdır. Ər-Riyad Fələstinlilərin dövlət qurmaq hüququnu dəstəkləyir və İsrail qoşunlarının 1967-ci ildən bəri işğal etdiyi İordan çayının qərb sahillərindən çıxmasını tələb edir. Məhz bu məqamlar tərəflər arasında diplomatik gərginlik yaradır və danışıqları dalana salır".

O, qətnamənin  prosesi irəli apara  və İsrailin etirazını zəiflədə biləcəyini istisna etməyib:

"Bununla belə, BMT Təhlükəsizlik Şurasında Qəzzaya dair ABŞ tərəfindən irəli sürülmüş qətnamənin qəbul edilməsi fonunda Vaşinqtonun təşəbbüsü ilə prosesdə müəyyən irəliləyiş mümkündür. Güman olunur ki, ABŞ Səudiyyə Ərəbistanının gələcəkdə Birləşmiş Ərəb Əmirlikləri kimi “İbrahim sazişləri”nə qoşulmasını nəzərdə tutur. Bu halda İsrail də F-35-lərin Ər-Riyada satışına ciddi müqavimət göstərməyə bilər".

Şərhçi sonda diqqətə çatdırıb ki, ABŞ-nin bu addımı göstərir ki, Yaxın Şərqdə regional təhlükəsizlik strategiyasında yeni mərhələ başlayır. Vaşinqton artıq güc balansını yalnız İsrail üzərində qurmaqdan imtina edərək, İrana qarşı regional qarşıdurmada Səudiyyə və digər Körfəz ölkələrinin hərbi potensialını gücləndirməyə üstünlük verir". 

Jalə Rövşən

TodayPress TV 


NEWS FEED
16 JUNE 2026
Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 All News