ABŞ Maduronu Azərbaycana göndərəcək? - RƏY

ABŞ Maduronu Azərbaycana göndərəcək? -    RƏY
19.11.2025 12:06 Təhlil

"Politico" nəşrinin yazdığına görə, ABŞ administrasiyası Venesuela Prezidenti Nikolas Maduronu devirdikdən sonra onu ölkədən sürgün etməyi nəzərdən keçirir.

Mənbələrin sözlərinə görə, Vaşinqton Maduro hakimiyyətdən uzaqlaşdırılacağı təqdirdə ölkəni təhlükəsiz şəkildə tərk etməsi üçün bir neçə variantı müzakirə edir.

Maduronun gedə biləcəyi mümkün ölkələr arasında Azərbaycanın da adı çəkilir. Mənbələrə görə, Maduro hakimiyyətdən gedərsə, Rusiyaya, Azərbaycana və ya Kubaya getməyə razı olmazsa, Türkiyəyə köçməyi düşünməli olacaq.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tamilla Qulami bildirib ki, ABŞ administrasiyasının Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq və ona təhlükəsiz çıxış imkanı yaratmaq planı həm regional, həm də qlobal miqyasda ciddi siyasi proseslərin xəbərçisidir. 


Onun sözlərinə görə, Tramp hakimiyyətinin bu məsələni prioritet kimi gündəmdə saxlaması təsadüfi deyil və artıq Maduronun mümkün sürgün məkanı kimi Azərbaycanın adının çəkilməsi də beynəlxalq səviyyədə diqqət doğuran faktordur:

“Vaşinqtonun “safe exit” mexanizmini işə salmaq istəyi göstərir ki, ABŞ bu dəfə hərbi müdaxilə deyil, yumşaq siyasi-diplomatik yol seçib. Dövlət Departamenti, Pentaqon və digər federal qurumların koordinasiyalı şəkildə işləməsi sübut edir ki, məsələ təsadüfi diskussiya deyil, planlaşdırılan və mərhələli şəkildə icra edilə biləcək bir siyasi prosesdir. ABŞ Maduronu zorakı şəkildə devirmək yox, yeni siyasi düzən yaratmaq yolu ilə regionda öz mövqeyini möhkəmləndirməyə çalışır”.

Ekspertin sözlərinə görə, ABŞ-nin bu yanaşması Maduronun qarşısında həm yeni risklər, həm də çıxış yolları yaradır:

“Maduro üçün risk realdır. ABŞ onun barəsində narkoticarətlə bağlı ittiham irəli sürüb və tutulmasına görə 50 milyon dollarlıq mükafat elan edib. Hakimiyyətdən uzaqlaşdırılacağı təqdirdə onu məhkəmə və həbs ehtimalı gözləyir. Bu mənzərədə amnistiya və üçüncü ölkədə təhlükəsiz həyat təklifi Maduro üçün ən məntiqli alternativə çevrilir”.

Tamilla Qulami əlavə edib ki, Azərbaycanın adının çəkilməsi heç də təsadüfi deyil və bunun bir neçə siyasi səbəbi var:

“Azərbaycan Venesuela ilə dost ölkədir, iki ölkə arasında diplomatik münasibətlər və OPEC+ çərçivəsində əməkdaşlıq mövcuddur. Azərbaycan nə ABŞ üçün rəqib ölkədir, nə də Latın Amerikası siyasətinə təsir edən güc mərkəzi. Eyni zamanda ölkə sabitliyə, güclü təhlükəsizlik sisteminə və nəzarət mexanizmlərinə malikdir. Bu baxımdan Azərbaycan ABŞ üçün həm neytral mövqe daşıyan, həm də riskləri minimum edən ölkə kimi görünür. Rusiya və Kuba Maduronun müttəfiqləri olduğundan, Vaşinqton bu ölkələri sürgün üçün məqbul saymır. Azərbaycan isə nə siyasi risk yaradır, nə də Maduronun fəaliyyətini siyasi alətə çevirəcək mühit formalaşdırır”.

Analitikin qənaətincə, Maduronun doğrudan da Azərbaycana və ya başqa üçüncü ölkəyə göndərilməsi bir sıra amillərdən asılı olaraq formalaşacaq:

“Bu ssenarinin reallaşması Venesuelada daxili gərginliyin pik həddə çatmasından, Maduronun real cinayət riski ilə üzləşməsindən, ABŞ planının siyasi konturlarının tam formalaşmasından və beynəlxalq aktorların reaksiyasından asılı olacaq. Hazırda Maduro ordu və xüsusi xidmət orqanlarının dəstəyini qoruyur, bu isə prosesin sürətlənməsinə mane olan əsas faktorlardan biridir”.

Tamilla Qulami vurğulayıb ki, ABŞ-nin bu planının yaxın zamanda reallaşıb-reallaşmayacağı hələ də qeyri-müəyyən olaraq qalır, lakin Azərbaycanın adının prosesdə çəkilməsi ölkənin artan qlobal nüfuzunun göstəricisidir:

“Azərbaycanın postmüharibə dövründə qazandığı siyasi çəkisi, regional proseslərdə artan rolu və beynəlxalq arenada etibarlı tərəfdaş imici onu müxtəlif qlobal ssenarilərdə önə çıxarır. Azərbaycan bu kimi məsələlərdə neytral, sabit və balanslaşdırılmış dövlət nümunəsi kimi təqdim olunur. Bu isə ölkəmizin beynəlxalq siyasi sistemdə yerinin daha da möhkəmləndiyini göstərir”.

Qiymət Mahir

TodayPress TV

PHOTOS

ABŞ Maduronu Azərbaycana göndərəcək? -    RƏY — 1
NEWS FEED
15 JUNE 2026
Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 All News