17 oktyabr — Füzuli azadlığının 5-ci ilini qeyd edir

17 oktyabr — Füzuli azadlığının 5-ci ilini qeyd edir
17.10.2025 13:21 Təhlil

“Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabr Füzuli Şəhəri Günü kimi müəyyən edilib”.


TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 


O qeyd edib ki, 1827-ci ildə əsası qoyulmuş Füzuli Azərbaycan iqtisadiyyatında, xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalında önəmli paya malik olan rayonlarımızdan olub:

“1993-cü il Ermənistan işğalı nəticəsində Füzuli ərazisinin çox hissəsi tamamilə dağıdıldı, ciddi ziyan dəydi. Böyük hissəsinin işğal edilməsi nəticəsində 83 min 544 dinc sakin didərgin salındı. İşğal nəticəsində Füzuliyə 4 milyard manata yaxın ziyan dəydi. Bütövlükdə, dövlət mülkiyyətində olmuş 22 min 635 əmlak tamamilə məhv edildi. 27 illik işğala məruz qalan Füzuli azad edilmiş torpaqlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə yüz mindən çox mina basdırılıb”.

Parlamentari əlavə edib ki, 2020-ci il oktyabrın 17-də işğaldan azad olunan Füzuli şəhəri Prezident İlham Əliyevin tapşırığına əsasən yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. Füzulidə artıq 3500-dən çox keçmiş məcburi köçkün məskunlaşıb.


“Şəhərin digər yaşayış məntəqələrinin bərpası istiqamətində işlər sürətlənib. Kifayət qədər böyük iqtisadi potensialı olan Füzuli Qarabağ iqtisadiyyatının formalaşmasına və reinteqrasiyasına xüsusi töhfə verəcək. Bu, Füzuli üçün yeni inkişaf səhifəsinin açılması deməkdir”, - deyə V.Bayramov fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, 5 il əvvəl – 17 oktyabr 2020-ci ildə Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib.

Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub.


Üstəlik, Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Bütün Xəbərlər